"Vikipediyanın lazımı səviyyədə olmamasının günahı Azərbaycan cəmiyyətindədir"- Səmral Quluzadə
Xəbər verdiyimiz kimi bir müddət əvvəl Azərbaycan şəhidlərinin 3 mindən çoxu haqqında vikipediya məlumatları silinib. Ədəbiyyat xadimlərinin də vikipediya məlumatlarının silinməsi haqqında şayələr yayılmaqdadır.
Mövzu ilə bağlı vikipediyanın fəal istifadəçisi Səmral Quluzadə BiG.AZ-a bildirdi ki, məşhur ədəbiyyat xadımləri və məşhur idmançıların vikipediya məlumatlarının silinmə ehtimalı yoxdur. Çünki, hər biri, bir mənalı şəkildə ensklopedikdir. Lakin görkəmli şəxslər haqqında məlumatların vandalizimdən qorumaqda çətinlik çəkirik:
"Çünki, Azərbaycanca vikipediyada 200 min məqalə var. Bunun qarşılığında fəal istifadəçi sayı təxminən 30 nəfərdir. Qeydiyyatdan keçmiş istifadəçilərin sayı çoxdur. Onların sayı 300 mindən çoxdur. Lakin aktiv şəkildə fəaliyyət göstərən, məqalələri qoruyan istifadəçi sayı təxminən 30 nəfərdir. Buna görə də 30 nəfərlə 200 min məqaləyə nəzarət etmək mümkün deyil.
Təəssüflər olsun ki, bizim cəmiyyətin əksər nümayəndələri məqalələrə daxil olub, orda yersiz dəyişikliklər edirlər. Bəzən çox vacib olan ədəbiyyat nümayəndələrinin həyatlarına dair məqamları silirlər. Təəssüflər olsun ki, bu vandalizmin qarşısnı almaq bizim üçün çətindir".
Səmral Quluzadə qeyd etdi ki, şəhid məqalələrinin silməsi məsələsinə gəlincəsə bu məlumat, tamamilə böhtan və yalandır. Suni ajetaj yaratmaq üçün millətimizin həsas yeri olan şəhidlərimizdən istifadə edirlər. Bu şayəni yayanların məqsədi xalqı incitməkdir. Səbəbi isə o şəxslərin və onun tərəftarlarının məqalələrinin ensklopedik dəyəri olmadığından məqalələrinin vikipediyadan silinməsidir:
"Hazırda silinən şəhid vikipediyalarının mühüm bir qismi vahid siyahılarda birləşdirilib. Bu da vikipediya qaydalarına tam uyğundur. Vikipediyanın və onun qaydalarının tələbidir ki, hər şəhid haqqında ayrıca məqalə ola bilməz.
Bu gün dünyada baş verən müharibələrdə iştirak edən heç bir hərbiçinin vikipediya məlumatı yoxdur. Buna müharibə şəraitində olan Ukrayna, Rusiya, Fələstin, İsrail və başqa ölkələr daxildir.
Lakin bizdə seçilən və igidliyinə görə fərqlənən milli qəhrəmanlarımızın hamısının vikipediyada ensklopedik məlumatları mövcuddur.
Bu silinmə məsələsi ilə bağlı şikayət edənlər çoxdur. Amma insanlar düşünmür ki, vikipediya könüllü layihədir. Şikayətlənmək əvəzin hər kəs əlini bu daşın altına qoymalıdır ki, Azərbaycanca vikipediya inkişaf etsin. Biz vikipediyaçılara elə davranırlar ki, sanki biz buranın maaşlı işçiləriyik. Hətta bizdən yersiz məqamların tələbini də edirlər. Onlar anlamalıdırlar ki, vikipediya yetəri qədər güclü deyilsə, burda günahkar biz deyilik, Azərbaycan cəmiyyətidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1072 Tarix: 01 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi
18:20 0 Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?
Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
13:00 174 Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say
17:00 0 İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır
İran Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə yeddigünlük planı Qətər vasitəsilə Birləşmiş Ştatlara təqdim edib və Vaşinqtonun cavabını gözləyir. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın xarici işlər naziri Abbas Əraqçinın Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT
19:30 0 Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş
Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli
00:27 334 Türkiyədən növbəti dəstək dalğası: "Azərbaycan xalqının yanındayıq" - Foto
"X" platformasının Türkiyə seqmentində istifadəçilər "Araplaşmayacağız" həştəqi ilə çoxsaylı paylaşımlar edirlər. -ın məlumatına görə, Azərbaycan dilinə tərcümədə "Ərəbləşməyəcəyik" mənasını verən həştəq altında istifadəçilər türk kimliyi, mədəniyyəti və adət-ənənələri il
12:19 203 Qazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
17:10 0 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu
12:10 187 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video
Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak
16:00 64