Xəyanət üstündə boşanan qadın niyə sonradan evli kişi ilə bərabər olur?- AÇIQLAMA
Ailə, nigah münasibətləri bir qadın və bir kişinin könüllüolaraq birgə yaşayışa razılıq verməsi və vəfa, sədaqət andı içməsi ilə başlar. Ailədə xəyanət çox ciddi psixoloji travma yaradaraq ailənin dağılmasını şərtləndirən bir problemdir.
Bəs xəyanət üstündə boşanan qadın niyə sonradan evli kişi ilə bərabər olur?
Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Fərqanə Mehmanqızı bildirdi ki, bu əslində geniş və çox diqqət tələb edən mövzudur. Məsələnin kökündə duran səbəb insanın aldığı travmayla ya da onun xarakteri ilə əlaqəlidir:
"İnsan həyatında yaşadıqlarının nəticəsindən irəli gələrək hər hansı bir məsələdə qərar verir. Qadın var ki, xəyanət prosesində çox alçaldılır və bu alçaldılma onda olan eqaizmin qidalanmasına səbəb yaradır. Burda isə iki problem əsas götürülür, özünə güvənsizlik və iradəsizlik.
Bu cür qadınlar evli kişi ilə münasibət quranda daxilində özü-özünə təsəlli verərək mən yaxşıyam ki, bu adam mənimlə birlikdedir deyir. Keçmiş əri tərəfindən ona qarşı edilən alçaldıcı münasibəti, həyatına daxil olduğu evli kişinin sevgisi ilə basdırır. Beləliklə, o özünə olan güvəni bərpa edir, özünü qadın kimi hiss edir. Qadının yaşadığı bu problemin günahı əslində onun keçmiş həyat yoldaşındadır. Bu psixoloji vəziyyətin fonunda qadının evli bir kişi ilə münasibəti başlayır.
Gəlin məsələyə daha başqa bir yöndən baxaq. Qadın evli kişiyə aşıq ola bilər. Çünki atalarımız deyib ki, qadın nə qədər ağıllı olsa da, aşiq olduğu zaman gözləri kor olur. Bu vəziyyətdə qadın həyatında olan kişini çox sevdiyindən onu itirməmək üçün bölüşməyə hazırdır.
Fərqanə Mehmanqızı qeyd etdi ki, 3-cü bir tərəfdən məsələyə nəzər yetirdikdə belə bir məznərə görür ki, qadın həyatında bir kişinin olmasını istəyir. Onun evli olub, ya olmaması fərq etmir:
"Bu gün təəssüflər olsun ki, elə ailələr var ki, orda qadın və kişi ər-arvad deyil, uşaqlarının travma almaması üçün dost kimi birgə yaşayırlar. Belə ailəli kişilərlə münasibətdə olan qadınlar da var. Onlar bu vəziyyətdən xəbərdardır. Və artıq qəbul edib.
Evli şikilərlə həyat sürən qadınlarla birgə evli qadınlarla bərabər olan kişiləri də bu məsələdə unutmamalıyıq. Onların da psixoloji vəziyyəti araşdırılacaq mövzudur. Bəs kişilər hansı səbəblə evli qadınlarla ünsiyyət qoruyub, daxili eqoizimlərini qidalandırmağa çalışırlar? Bu cür qeyri-leqal münasibətlərdə əsas olan qadın və ya kişi yox, insan faktorudur.
Hər bir insanın öz qaydaları və prinsipləri var. Düşünürəm ki, bu işin kökündə insanın sevilmə arzusu, dəyər görmə istəyi, ən əsas da daxili eqoizmini qidalandırmaq dayanır. İnsanlar bu cür münasibət quraraq ruhi sağlamlıqlarını qorumağa çalışırlar".
Nuray Nəzərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1293 Tarix: 02 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
11:30 195 Minimum əməkhaqqı artacaq? - Video
Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər
16:10 73 Azərbaycanda mənzillər bahalaşdı
Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili
11:00 176 Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü
Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec
15:40 109 Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO
UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki
00:31 443 Qazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
17:10 0 Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca
18:00 0 Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Şotlandiya Milli Partiyası (SNP) Şotlandiyanın Böyük Britaniyadan müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinə hazırlıq məqsədilə kampaniyaya start verib. "Report" xəbər verir ki, bunu partiyanın lideri, Şotlandiyanın birinci naziri Con Suinni Aberdində keçirilən SNP qurultayını
12:20 163 Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Vaşinqtonun əvvəlki hərbi müdaxilə siyasəti faydasız idi. "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Corciyada tərəfdarları qarşısında çıxışında bildirib. "Əvvəllər biz içəri girir, insanları bombalayır və sonra çıxırdıq. Bilirsiniz, bu nə idi? Biz həyatları məhv etdik
10:30 173