"Gənclər və idman sahəsində geniş layihələr təqdim etmək lazımdır" - Müşfiq Cəfərov

"Gənclər və idman sahəsində geniş layihələr təqdim etmək lazımdır" - Müşfiq Cəfərov"Qanunvericilik baxımından deputat 1 və ya 2 komitədə təmsil oluna bilər. Yenə də iki komitədə təmsil olunmağı planlaşdırıram və müraciət etmişəm. Ancaq bu dəfə Aqrar Siyasət yox, İqtisadi Sənaye və Sahibkarlıq komitəsində, həmçinin Gənclər və İdman komitəsində təmsil olunmağı planlaşdırmışam. Tərəfdaşlar, iş adamları ilə əlaqələrin qurulması, idmanda sponsorluq həm iqtisadiyyatı həm idmanı əhatə edir. Ona görə hesab edirəm ki,idmanın inkişafı, biznes mühütinin yaxşılaşması ölkəmiz üçün çox vacibdir".

Bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov BiG.AZ-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

-Müşfiq bəy yenidən deputat seçilmisiz. Bu fəaliyyətiniz dövründə Milli Məclisdə hansı təkliflər irəli sürməyi və yeniliklər etməyi düşünürsüz?

- 6-cı çağırış dövründə 2 komitədə təmsil olunurdum: Aqrar komitəsi və Gənclər və İdman komitəsi. Hər iki komitədə çalışırdıq ki, təkliflərlə çıxış edək. 7-ci çağırış növbədənkənar namizədlər Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldü və mən öz təşəkkürümü YAP rəhbərinə və idarə heyətinə bildirirəm. Mənə təkrar etimad göstərildi və namizədliyim irəli sürüldü. Bu dəfə namizədlik dairəm tək şəhər yox, eyni zamanda Samux rayonu və Goranboy kəndləri də oldu. İşimizi davam etdirəcəyik. İşimizi davam etdirəcəyik, xüsusilə vətəndaşlarla görüşlər keçiriləcək. Qanunvericilik baxımından deputat 1 və ya 2 komitədə təmsil oluna bilər. Yenə də iki komitədə təmsil olunmağı planlaşdırıram və müraciət etmişəm. Ancaq bu dəfə Aqrar Siyasət yox, İqtisadi Sənaye və Sahibkarlıq komitəsində, həmçinin Gənclər və İdman komitəsində təmsil olunmağı planlaşdırmışam. Təbii ki, layihələr, planlar çoxdu. Layihələr gəldikcə öz təkliflərimizi verəcəyik. Mənim idman və gənclər sahəsində daha çox təcrübəm olduğu üçün geniş layihələr təqdim etmək lazım olduğunu düşünürəm. Tərəfdaşlar, iş adamları ilə əlaqələrin qurulması, idmanda sponsorluq həm iqtisadiyyatı həm idmanı əhatə edir. Ona görə hesab edirəm ki,idmanın inkişafı, biznes mühütinin yaxşılaşması ölkəmiz üçün çox vacibdir. Buna görə də mən iki komitəni seçmişəm.7-ci çağırış müddətində seçimimi bu iki komitədə davam etdirmək niyyətindəyəm.

-Son vaxtlar Azərbaycan-Ermənistan sülh prosesində bir durğunluq müşahidə olunur. Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakıya COP29-a kimi sülh bağlamağı təklif edib. Bu müddətdə sülh müqaviləsinin imzalanması mümkündür?

- Biz 44 günlük müharibədən və antiterror əməliyyatlarından sonra öz təkliflərimizi vermişik. Belə desək, artıq top onlar tərəfdədir. Müəyyən məqamlarda tərəddüd nümayiş etdirirlər. Çünki görünən odur ki, Ermənistan hakimiyyətində özünə güvən yoxdur. Daha çox kənar qüvvələrin diqtəsi altında idarəetmə var. Ona görə qərralaşdıra bilmirlər ki, sülhmü istəyirlər yoxsa müharibə istəyirlər. Çünki Ermənistanın Fransa tərəfindən silahlandırılması göstərir ki, onlar heç də sülhə meylli deyillər. Bizim üçün müharibə bitib. Bir neçə gün öncə də cənab prezidentin sərəncamı ilə suverenliyimizi bütün dünyaya elan etdik. Bundan sonrakı addımlar bölgəyə sülh və əmin-amanlıq gətirməkdir. Hətta Qərbi Azərbaycanla bağlı qarşı tərəfin narahatçılığı var. Bizim müharibə edərək o torpaqlara getmək niyyətimiz yoxdur. Bizim niyyətimiz odur ki, qaçqın olaraq köçən vətəndaşlarımızın oraya qayıdışı cənab prezidentin dili ilə desək, tankla deyil, öz avtomobilləri ilə olsun. O da Ermənistanın mövcud qanunvericiliyində edəcəyi dəyişikliklərdən asılıdır.

-Ermənistan 2027-ci ilə kimi konstitusiyasında dəyişiklik planladığını bildirib. Sülh müqaviləsinin bağlanmasının 3 il ləngiməsi Azərbaycanın əleyhinə ola bilərmi?

- Bu, heç kimin xeyrinə olmayacaq. Təbii ki, inkişafdan kənarda qalan yenə Ermənistan olacaq. Bizim inkişaf yolumuz, tərəfdaşlarımız var. Necə ki, Ermənistan 30 il müəyyən layihələrdən kənarda qaldı, belə görünür ki, 2027-ci ilə kimi bunu davam etdirmək niyyətindədir.

-Ölkəmiz noyabr ayında COP29-a ev sahibliyi edəcək. Bu tədbiri Azərbaycana nə qazandıracaq?

- COP29 dünyanın ən böyük tədbiri hesab edilir. Burada 100-dən artıq liderin bir araya gəlməyi, 10minlərlə istirakçının olması ölkəyə dünyanın etibarını göstərir. Çünki təklif məhz ölkənin özündən gəlir. Bu qərar 1 il öncə verilmişdi. Tanıtım baxımından çox yaxşı imkandır. O cümlədən, yeni əlaqələr, tərəfdaşlar əldə etmək baxımından çox yaxşı imkandır. Hətta ölkə haqqında çox az məlumatı olan insanlar gəlib öz gözləri ilə ölkədəki inkişafı, reallıqları görürlər. Biz hər zaman dünyaya açıq ölkə olmuşuq. 44 günlük müharibədə cənab prezident 30-a yaxın dünya mediasına müsahibə verdi və açıq-aydın şəkildə hardan-hara gəldiyimizi açıqladı. Bizim böyük ərazimiz yoxdur, ancaq bu imkanlarla 30 ildə 15 respublika arasında ən irəlidə olan ölkələrdənik. Bu, ölkəmizin imicidir və bunu dünyaya tanıtmalıyıq. Əməkdaşlığımızı bu tədbirlərlə gücləndirməliyik.


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 9598   Tarix: 02 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.