"Niyə səssiz qaldığını izah etsin" - Rəsmi Bakı
"Ermənistan XİN-in başçısı Ararat Mirzoyan Varşava Forumunda dezinformasiya, təbliğat və manipuliyasiya işləri həyata keçirir və bu, Azərbaycan əleyhinə fikirlər aşılamaq məqsədi daşıyır".
"Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X"də Mirzoyanın çıxışını şərh edərkən bildirib.
O qeyd edib ki, Mirzoyan beynəlxalq ictimaiyyəti çaşdırmaqdansa, Ermənistanın hərbi təcavüzü və 30 il ərzində Azərbaycan ərazilərinin işğalda olması ilə bağlı niyə səssiz qaldığını izah etsə, daha düzgün olardı:
"Beynəlxalq öhdəliklərinə baxmayaraq, nə üçün Ermənistan 10 mindən çox silahlı qüvvələrini 2023-cü ilə qədər Azərbaycandan çıxarmaqdan imtina edirdi? Bu qeyri-qanuni silahlı qüvvələr Ermənistanın dövlət büdcəsindən birbaşa hərbi-texniki, maddi-texniki və maliyyə dəstəyi hesabına təmin edilib, suveren Azərbaycan ərazisində separatizmi qızışdırmaq məqsədi güdürdü".
Ayxan Hacızadə aydınlaşdırıb ki, nazirin "dinc" erməni sakinlərinə hücum kimi təqdim etməyə çalışdığı hər şey əslində, Azərbaycanın BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarına tam uyğun olaraq, öz suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş erməni silahlı birləşmələrini tərksilah etmək üçün həyata keçirdiyi lokal antiterror tədbirləridir:
"Ermənistanın xarici işlər naziri Azərbaycan ərazilərini öz qərarı ilə tərk etmiş ermənilərlə bağlı sualı cavablandırarkən 1 milyondan çox azərbaycanlının Ermənistandan və Qarabağdan necə vəhşicəsinə, zorla qovulduğunu unudur.
Ermənistan tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıl və qanun yolunu seçməlidir.
Öz imkanları xaricində olan istəklər üçün avantürizmə girişmək Ermənistanın mühakimə qabiliyyətinin uğursuzluğunu ortaya qoyur, bu, bölgəmizdə sülh və sabitliyə ən böyük maneədir", - A.Hacızadə qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 825 Tarix: 02 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO
UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki
00:31 443 Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama
"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış
19:00 0 Azərbaycanda mənzillər bahalaşdı
Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili
11:00 176 Minimum əməkhaqqı artacaq? - Video
Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər
16:10 73 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu
12:10 187 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər
00:37 281 Ərdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"
"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa
10:00 191 Avstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
11:30 195 Tələbələrin təqaüdləri artırılacaq?
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini
13:10 158