"ABŞ bölgəmizdə ədavəti qızışdırmağa yönəlmiş addımlar atır" - Ceyhun Məmmədov
Milli Məclisin bir qrup deputatı ABŞ-la iki sazişə xitam verilməsi, yeni müqavilələrin razılaşdırılmaması, USAID-in Azərbaycandakı layihələrinin dayandırılması barədə xarici işlər naziri Ceyhun Bayramova müraciət edib.
Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, ABŞ Ermənistanı silahlandırır, ona siyasi dəstək verir, Ermənistanda hərbi baza yaratmağa çalışır. Bölgəmizdə sülhə yox, ədavəti qızışdırmağa yönəlmiş addımlar atır. Bu da birmənalı olaraq Azərbaycanda ciddi şəkildə etirazla qarşılanır:
"Məlum olduğu kimi, cənab prezident bir müddət öncə Cəbrayılda olarkən bu məsələyə toxundu. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün ABŞ-nin Azərbaycana qarşı həyata keçirdiyi siyasətdə qərəzli və ədalətsiz münasibəti açıq aydın görürük. Azərbaycan hər zaman Amerikanın yanında olmasına, uzun illər Azərbaycan-ABŞ arasında sıx əməkdaşlıq olmasına baxmayaraq, bu gün ABŞ bir tərəfdən Azərbaycanla dostluq etmək istədiyini deyir, digər tərəfdən isə Azərbaycana qarşı kampaniyaları aktivləşdirir. Təbii ki, ABŞ Ermənistanı silahlandırır, ona siyasi dəstək verir, Ermənistanda hərbi baza yaratmağa çalışır. Bölgəmizdə sülhə yox, ədavəti qızışdırmağa yönəlmiş addımlar atır. Bu da birmənalı olaraq Azərbaycanda ciddi şəkildə etirazla qarşılanır. Bir neçə gün öncə də Milli Məclisin deputatları xarici işlər nazirinə müraciət etdi. Azərbaycan Amerika ilə münasibətlərdə maraqlıdır, amma biz bu münasibətlərdə qərəz və ədalətsizliyə son qoymağa çağırırıq. Bu gün 10 min kvadrat km ərazisi Ermənistan tərəfindən dağıdılan Azərbaycana münasibət ədalətli deyil. Azərbaycan hər zaman öz siyasətində ədalət prinsipini qoruyub. Ermənistanın ərazilərimizi barbarcasına dağıtması, 10minlərlə azərbaycanlını qətlə yetirməsi heç zaman nəzərə alınmır. Xocalı soyqırımına görə Ermənistana heç bir sanksiya tətbiq edilmir. Bu ədalətsizliyə son qoyulmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 682 Tarix: 09 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814