"Toya girmədən əvvəl həmin şəxsin kartına pul atdım" - Vüsalə

"Toya girmədən əvvəl həmin şəxsin kartına pul atdım" - VüsaləAparıcı Vüsalə Əlizadə yolda başına gələn xoşagəlməz hadisədən söz açıb.

OLAY yazır ki, bu haqda televiziya aparıcısı olduğu "İncə səhər" verilişində danışıb.

Hadisə Vüsalənin sükan arxasında el şənliklərinin birinə gedərkən baş verib. Əlizadə bildirib ki, tıxacda olarkən taksi kimi fəaliyyət göstərən bir şəxsin avtomobilinin şüşəsini cızıb:

"Qaça-qaçla hazırlaşmışıq. Şəhərdə də elə bir tıxac var ki, avtomobil yerindən tərpənmir. Babək prospektində yerləşən restpranların birinə gedirdik. Tıxaca görə də məclisə özümü çatdıra bilmirəm. Ev yiyəsi də zəng vurub, bizim harada qaldığımızı soruşur. Az qala özünü öldürsün. Prodüser Samirə Xasməmmədova zəng vurub deyir ki, Vüsalə sən harada qaldın. Cavab verirəm ki, yaxındayam amma tıxaca görə tərpənə bilmirəm və heç bir çarəm yoxdur. Təbii ki, avtomobildən düşüb ayaqla da məclis olan yerə gedə bilərdim. Sadəcə geyimimin uzun və ağır olması üstəlik ayağımda hündür daban ayaqqabının olması hərəkətimi qısıdlayıb. Köməkçimə dedim ki, nə olursa olsun mən bu yoldan keçməliyəm. Əslində keçməyə yerim var idi. Sadəcə öndə dayanan taksi o qədər rahat dayanıb, yolun yarısını demək olar ki, zəbt etmişdir ki, keçmək olmurdu. Məndə bilmədən bunun yanından keçib, güzgüsünü "sürtdüm". Köməkçimə dedim ki, çıx danış o sürücü ilə çünki mən bu geyimdə avtomobildən çıxa bilmərəm. Taksi sürücüsü də çox rahatlıqla "Nömrəni yazın" deyir. Köməkçim ona dedi ki, siz narahat olmayın, biz məclisə tələsirik, biz gedək, nə xərci varsa ödəyəcəyik. Təsəvvür edin ki, həmin şəxs instaqram səhifəmdən menecerimin nömrəsini tapıb, bilib ki, bu mən aparıcı Vüsalə Əlizadəyəm. Birdə gördüm ki, bacımın həyat yoldaşı Elşən mənə zəng vurub soruşur ki, Vüsalə sən maşın vurmusan? Cavab verirəm ki, xeyr vurmamışam sadəcə keçəndə digər avtomobilinin yan şüşəsini cızmışam. Toya girmədən əvvəl kartla həmin şəxsin kartına pul atdım ki, rahat olsun. Bu qədər də olmaz da... Azərbaycanlıyıq və bir-birimizi başa düşəcək dildə danışırıq. Bəzən insanın qarşısına belə bir şəxslərdə çıxır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1243   Tarix: 15 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam

Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycanın siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, oktyabrın 19-da Milli Məcli

17.10.2026 247
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub

17.10.2026 139
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

00:37 107
.

Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki

17.10.2026 435
.

Pakistan husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlarının nəticələrindən narahatdır

Yəmən husilərinin Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin enerji infrastrukturuna hücumları mümkün uzunmüddətli iqtisadi nəticələrlə əlaqədar Pakistanda narahatlıq doğurur. "Report" AFP-yə istinadən xəbər verir ki, bunu Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb Banqkokda Beynəlxal

17.10.2026 145
.

ABŞ-də xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib

ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatlar

17.10.2026 181
.

UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

00:17 133
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

00:21 138
.

İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq

İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti

17.10.2026 198
.