İlham Əliyev Trampı təbrik etdi

İlham Əliyev Trampı təbrik etdiPrezident İlham Əliyev ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.

"Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Tramp,

Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.

Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.

Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi.

Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim.

Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.

Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 809   Tarix: 06 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Əvvəllər də bir-iki qoyun satıb evdən gedib" - Salyanda müəmmalı şəkildə itən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT - VİDEO

Salyanda 85 baş qoyunu oğurlanan təsərrüfat sahibinin hadisədə şübhəli bilinən oğlundan hələ də xəbər yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, təsərrüfatlarındakı 85 baş qoyunu otarmaq üçün örüş sahəsinə aparan kənd sakini Ramiz Rüstəmov günorta saatlarında hətta evlə görüntül

10:32 233
.

Uşaqpulu haqda YENİ MƏLUMAT - Üstünlük bu ailələrə veriləcək

Son illər Azərbaycanda doğum göstəricilərinin azalması artıq təkcə statistik rəqəm deyil, ölkənin uzunmüddətli demoqrafik, iqtisadi və sosial inkişafı baxımından strateji çağırış kimi qiymətləndirilir. Globalinfoaz-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki,Əhalini

00:13 482
.

Azərbaycan Ordusunun giziri vəfat edib - FOTO

Azərbaycan Ordusunun giziri Azər Binnətov vəfat edib. BİG.AZ Bakıvaxtı.az-a istinadla xəbər verir ki, o, səhhətində yaranmış problemlərlə əlaqədar bir müddət müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb

01:35 426
.

"Bloomberg": ABŞ İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün vəsait axtarır

Əlavə xərclər paketinin təsdiqlənməsi prosesi konqresdə faktiki olaraq dalana dirəndiyindən ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün maliyyə mənbələri axtarır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumata görə, Vaşinqtond

19:00 7
.

Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb: Xəsarət alanlar var - FOTO

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Qəza zamanı "Mercedes" markalı təcili tibbi yardım avtomobili ilə "Cherry" markalı avtomobil toqquşub. Nəticədə təcili tibbi yardım avtomobili aşıb. Təcili tibb

10:27 179
.

Tramp zarafatla prezidentliyə namizədliyini yenidən irəli sürməyi planlaşdırdığını bildirib

ABŞ Prezidenti Donald Tramp zarafatla 2028-ci ildə yenidən dövlət başçısı postuna namizədliyini irəli sürəcəyini elan edib. Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir. "Mən ABŞ prezidenti postuna dördüncü müddətə namizədliyimi irəli sürməyi planlaşdırıram",

14:00 159
.

Azər Əmirov: "Əmanətlərin sığortalanması sistemində kəskin dəyişikliklər gözlənilmir"

Hazırkı mərhələdə əmanətlərin sığortalanması sistemində kəskin dəyişikliklər gözlənilmir. "Report"un Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlı

12:10 159
.

Çində kritik vəziyyət: Ölkədə "narıncı" təhlükə səviyyəsi elan edildi

İyulun 25-də Çin hökuməti "Honqsya" tayfununun yaxınlaşması səbəbindən ölkənin bir neçə bölgəsində "narıncı" (yüksək) təhlükə səviyyəsi elan edib. xəbər verir ki, bu barədə Çin Meteorologiya İdarəsi məlumat yayıb. Qurumun məlumatına görə, "Honqsya" səhər saatlarında tropi

25.07.2026 261
.

Sarukyana qarşı yeni cinayət təqibi başladılıb

Ermənistanda həbsdə olan "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Sarukyana qarşı vergidən yayınma maddəsi ilə yeni ictimai cinayət təqibi başlanılıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə 12 saatdan çox davam edən dindirmədən sonra Sarukyanın vəkillərindən biri Emi

17:40 135
.

TOP MP3