Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır - Siyahı

Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır - SiyahıCOP29-la əlaqədar 57 marşrutun hərəkət sxemi dəyişdirilir, 15 marşrutun fəaliyyəti dayandırılır.

BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətə uyğun olaraq 11-22 noyabr tarixlərini əhatə edəcək.

Dəyşikliyə əsasən:

- 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "28 May" Nəqliyyat Mübadilə Mərkəzi təyin edilib. Belə ki, başlanğıc dayanacağı Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 2 nömrəli, "Nəriman Nərimanov" metrostansiyası olan 5 nömrəli və "Dərnəgül" metrostansiyası olan 88 nömrəli marşrut avtobuslarının təyinat nöqtəsi "28 May" NMM olacaq.

- 7 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Elmlər Akademiyası" metrostansiyası təyin edilib. Başlanğıc dayanacağı "Azadlıq prospekti" metrostansiyası olan 6 nömrəli, Yasamal Yaşayış Kompleksi (MİDA) olan 10 nömrəli, 9-cu mikrorayon olan 18 nömrəli, Badamdar qəsəbəsi olan 31 nömrəli, Yeni Yasamal yaşayış massivi olan 39 nömrəli, Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 96 nömrəli, Lökbatan qəsəbəsi olan 125 nömrəli marşrut avtobuslarının son dayanacaq məntəqəsi metronun "Elmlər Akademiyası" stansiyası olacaq.

- 12 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Ulduz" metrostansiyası təyin edilib. Yeni Günəsli qəsəbəsini metro ilə əlaqələndirən 36 nömrəli marşrutun sxemindən Müzəffər Həsənov küçəsi (Yeni klinika), Tibb Universiteti və metronu birləşdirən 38 nömrəli marşrutun sxemindən isə Keşlə qəsəbəsi çıxarılıb. 71 nömrəli marşrut "Azadlıq prospekti" və "Ulduz" metrostansiyalarını əlaqələndirəcək.

Başlanğıcını Balaxanı (105 nömrəli), Buzovna (107 və 131 nömrəli), Bilgəh (172 nömrəli), Nardaran (189 nömrəli), Ramana (204 nömrəli), Məmmədli (217 nömrəli), Maştağa (M8 nömrəli) qəsəbələri və Savalan yaşayış massivindən (139 nömrəli) götürən marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

- 4 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Xətai" metrostansiyası təyin edilib. Belə ki, Cəmşid Naxçıvanski küçəsindən başlanğıcını götürən 30 və 32 nömrəli, "Əhmədli" metrostansiyasından fəaliyyətə başlayan 21 nömrəli və Mehdi Hüseynzadə küçəsində (68 nömrəli məktəb) başlanğıc dayanacağı olan 49 nömrəli marşrutların təyinat nöqtəsi metronun "Xətai" stansiyası olacaq.

- 13 nömrəli marşrut Bakı Beynəlxalq Avtovağzal Kompleksini "Gənclik" Nəqliyyat Mübadilə Mərkəzi ilə, 15 nömrəli marşrut Keşlə qəsəbəsini Azər Manafov küçəsi ilə, 46 nömrəli marşrut Günəşli qəsəbəsini Həmrəylik küçəsi ilə, 60 nömrəli marşrut Polad Həşimov və Yavər Əliyev küçələrini, 61 nömrəli marşrut paytaxtın 9-cu mikrorayonunu Rəşid Behbudov küçəsi (Mərkəzi Bank) ilə, 65 nömrəli marşrut 9-cu mikrorayonu Azərbaycan prospekti ilə, 70 nömrəli marşrut "AzərSu" Tikinti Xəstəxanasını "Neftçilər" metostansiyası ilə, 77 nömrəli marşrut Yeni Yasamal yaşayış massivini Hüseyn Cavid prospekti (FHN) ilə əlaqələndirəcək.

120 nömrəli marşrut Hövsan Yaşayış Kompleksi (MİDA) və "Həzi Aslanov" metrostansiyasını, 141 nömrəli marşrut Buzovna-Şüvəlan şosesi və Mərdəkan qəsəbəsini, 149 nömrəli marşrut Sahil qəsəbəsi və "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzini, 198 nömrəli marşrut isə Zabrat dəmiryol stansiyası və Zabrat dairəsini birləşdirəcək.

- Zabrat qəsəbəsindən başlanğıcını götürən 3 sayda müntəzəm marşrutun (118A, 118B və 148 nömrəli) son dayanacaq məntəqəsi Sabunçu dəmiryol stansiyası təyin edilib.

- 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (dəmiryol stansiyası) təyin edilib. Belə ki, başlanğıc dayanacağı Ramana Yeni Yaşayış Kompleksi olan 163 nömrəli, Suraxanı qəsəbəsi olan 184 nömrəli və Ramana qəsəbəsi (Şuşa şəhərciyi) olan 214 nömrəli marşrutların təyinat nöqtəsi "Koroğlu" metrostansiyasının cənub çıxışı ("Piramida" tərəf) olacaq.

- 62 nömrəli marşrut Sabunçu qəsəsini Nəsirəddin Tusi küçəsi ilə, 93 nömrəli marşrut "Dərnəgül" metrostansiyasını Sabunçu qəsəbəsi ilə, 166 nömrəli marşrut isə Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsi ilə əlaqələndirəcək. Marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

- 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi Zabrat dairəsinə təyin edilib. Başlanğıcını Pirşağı qəsəbəsindən götürən 173A və 173B nömrəli və Savalan yaşayış massivindən fəaliyyət göstərən 197 nömrəli marşrutların təyinat nöqtəsi Zabrat dairəsi olacaq.

- Sabunçu və Günəşli qəsəbələrini əlaqələndirən 40 və 55 nömrəli marşrutların fəaliyyəti Asif Əsədullayev və Yavər Əliyev küçələri ilə təşkil ediləcək.

- 140 nömrəli marşrut Şüvəlan qəsəbəsini "Əhmədli" metrostansiyası ilə, 160 nömrəli marşrut isə Binə qəsəbəsini "Həzi Aslanov" metrostansiyası ilə əlaqələndirəcək. Hər iki marşrut üzrə avtobuslar Qala-Pirallahı yolu və Zığ şosesi ilə hərəkət edəcək.

- Başlanğıcını Kürdəxanı qəsəbəsindən götürən 185 nömrəli marşrutun son dayanacaq məntəqəsi "8-ci km" bazarı olacaq. Marşrutun fəaliyyəti Əsildar Məmmədəliyev küçəsinə (Sabunçu dəmiryol stansiyası) daxil olmaqla təşkil ediləcək.

- 3 nömrəli marşrut "Dərnəgül" metrostansiyasını Badamdar qəsəbəsi ilə əlaqələndirəcək. Avtobusların qəsəbədən metrostansiya istiqamətində hərəkəti Badamdar şosesi, M.Müşfiq küçəsi, H.Cavid prospekti, Ə.Haqverdiyev, Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, H.Ələsgərov, Mərdənov qardaşları və A.Bakıxanov küçələri, daha sonra isə öz hərəkət sxemi üzrə təmin ediləcək. Əks istiqamətdə isə avtobus marşrutu N.Yusifbəyli, S.Vurğun, H.Əliyev, Ş.Mehdiyev, Ə.Haqverdiyev küçələri və H.Cavid prospekti, daha sonra isə öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

- 11 saylı məktəbi Yeni Yasamal yaşayış massivi ilə əlaqələndirən 17 nömrəli marşrut avtobusları Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, Mərdanov qardaşları və A.Bakıxanov küçələri, əks istiqamətdə isə H.Ələsgərov, S.Vurğun, Ş.Mehdiyev, A.Abbasov küçələri ilə hərəkət edəcək. Marşrut daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

15 sayda müntəzəm marşrutun (1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E nömrəli) fəaliyyəti müvəqqəti dayandırılacaq.

Sərnişinlərdən təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur. Tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına uyğun olaraq marşrutların fəaliyyəti mərhələli şəkildə bərpa ediləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1185   Tarix: 09 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Hizbullah" lideri Naim Qasım da ÖLDÜRÜLDÜ

"Hizbullah" lideri öldürülüb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Livanda "Hizbullah" lideri Molla Naim Qasım İsrailin hava hücumunda məhv edilib

09.04.2026 285
.

"Şirkətin mənə 2800 manat borcu var" - İşçilər niyə yeddi aydır maaş ala bilmirlər? - VİDEO

Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir. xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. Şikayətçilərin bildirdiyinə görə, onlar layihənin podratçısı olan "Maqro Construction" şirkət

09.04.2026 323
.

İstanbula uçan təyyarəni ildırım vurdu

Aprelin 9-da günorta saatlarında Varşava Şopen hava limanından qalxan təyyarəni Pruşkov yaxınlığında ildırım vurub. xarici mediaya istinadən bildirir ki, Varşavadan İstanbula uçan LOT hava şirkətinə məxsus təyyarəni ildırım vurması havaya qalxdıqdan bir neçə dəqiqə sonra baş verib. Pilotlar təyyarən

09.04.2026 328
.

Mübahisə faciəyə çevrildi - qadın ərini öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində 38 yaşlı qadın Peterqof şossesindəki mənzildə 54 yaşlı ərini bıçaqlayaraq öldürüb. xəbər verir ki, bu barədə Baza xəbər agentliyi öz Telegram kanalında məlumat yayıb. Məlumata görə, hadisənin səbəbi kişinin həyat tərzini dəyişdirmək qərarı ilə bağlı mübahisə olub

09.04.2026 331
.

Türkiyədə daha 14 tanınmış şəxs narkotik ittihamı ilə saxlanıldı

Türkiyədə daha 14 məşhur şəxs istintaqa cəlb olunub. Qaynarinfo "Haber Global"a istinadən xəbər verir ki, onlar barəsində "narkotik və ya psixotrop maddələri satın almaq, qəbul etmək, saxlamaq, istifadə etmək və təmin etmək" maddələri ilə saxlanılma qərarı verilib. Saxlanılan şəxslə

09.04.2026 400
.

TASS xəbər verir ki, Rusiyada keçmiş Azad Avropa/Azadlıq Radiosunun müstəqil jurnalisti dövlətə xəyanətdə ittiham olunaraq saxlanılıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) cümə axşamı günü bildirib ki, Azad Avropa/Azadlıq Radiosunun keçmiş müstəqil jurnalisti Çita şəhərində dövlətə xəyanət ittihamı ilə saxlanılıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə dövlət TASS xəbər agentliyi məlumat verib. FSB bildirib ki

09.04.2026 277
.

Marketdən aldığınız sosiskaların içindən çıxanlar dəhşətə gətirdi - VİDEO

Kulinar-texnoloq Mübariz Vəliyev kolbasa və sosiskaların zərəri haqqında danışıb. "Yeni Sabah" xəbər verir ki, o, sosiskaların tərkibində olan zərərli maddələr və qatqıları sadalayıb. O bildirib ki, marketdə satılan sosiskaların tərkibində olan maddə insanlarda təzyiq problemi yaradır:. "Üzərind

09.04.2026 333
.

NATO baş katibi ilə bağlı tənqid səsləndirildi

NATO-nun baş katibi Mark Rutte alyansı müdafiə etməkdə çətinlik çəkir. xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, həmçinin Rusiya Prezidenti Vladimir Putinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev X sosial media platformasında paylaşı

09.04.2026 254
.

Misirdə turistlər artıq gecəyarısına qədər gəzə bilməyəcək

Misirin paytaxtı Qahirənin mərkəzində yerləşən kafe, mağaza və restoranlar artıq əvvəlkindən daha tez bağlanacaq. Bu qərar ABŞ və İsrail ilə İran arasındakı münaqişə fonunda artan enerji xərclərini azaltmaq məqsədilə hökumətin yeni sərəncamı ilə qəbul edilib. xarici mediaya istinadən xəbər verir ki

09.04.2026 272
.

TOP MP3