Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ötən il də zərərlə işləyib

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ötən il də zərərlə işləyibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2023-cü ili 3,078 milyon manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2022-ci ili 2,546 milyon manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il Milli Observatoriyanın xidmətlərin göstərilməsindən gəlirləri 2 min manat (əvvəlki ilə nisbətən 5 dəfə az), əmək haqqı və onunla bağlı xərcləri 2,555 milyon manat (20,5 % çox), köhnəlmə və amortizasiya xərcləri 58 min manat (2,2 dəfə çox), icarə öhdəlikləri üzrə xərcləri 348 min manat (0,3 % çox), inzibati xərcləri 120 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənati isə 1 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə Milli Observatoriyanın aktivləri 3,022 milyon manat olub ki, bu da illik müqayisədə 14,1 % çoxdur. Hesabat dövrünə qurumun öhdəlikləri 3,4 dəfə azalaraq 20 min manata düşüb, balans kapitalı isə 16,3 % artaraq 3,002 milyon manata çatıb.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli qərarı ilə onun Nizamnaməsi təsdiq edilib. Milli Observatoriya əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması ilə məşğul olan publik püquqi şəxsdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 836   Tarix: 09 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16.10.2026 391
.

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır

15:05 128
.

"Environmental Protection First" koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

"Environmental Protection First" koalisiyası Ermənistanda COP17 - Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. COP17 təbiə

16.10.2026 380
.

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib. Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən "Sosial, iqtisadi inkişaf" aylıq məruzəsində məluma

16.10.2026 422
.

Köhnə cins şalvarlar yenidən dəbdə

2026-cı ilin payız mövsümündə cins şalvar dəbində gözlənilməz dəyişikliklər baş verir. Bir vaxtlar dəbdən düşmüş hesab edilən modellər yenidən populyarlıq qazanır. Ola bilsin ki, bu mövsümün ən dəbli cins şalvarı artıq uzun müddətdir qarderobunuzda saxladığınız köhnə geyimdir. xarici KİV-ə istinadə

16.10.2026 381
.

Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir

Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır

16.10.2026 409
.

Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi

Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən

15:14 133
.

Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam

Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycanın siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, oktyabrın 19-da Milli Məcli

15:50 126
.

Elnarə Abdullayeva nənə oldu

Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub

10:35 310
.