Azərbaycanın zəfəri təkcə Ermənistanın deyil, onların arxasında dayananların da məğlubiyyətidir – RƏY
44 günlük Vətən müharibəsi və antiterror əməliyyatındakı Azərbaycanın zəfəri təkcə Ermənistanın deyil, onların arxasında duranların da acı və alçaldıcı məğlubiyyətidir.
Bunu "Report"a açıqlamasında politoloq, professor Əlimusa İbrahimov deyib.
O qeyd edib ki, əgər kimsə yenidən Azərbaycanın gücünü sınamaq istəyirsə, biabır olacaq:
"Azərbaycan layiq olduğu uğuru qazanıb. İlham Əliyevin Zəfər günü münasibəti ilə olan çıxışında Azərbaycan xalqı üçün çox maraqlı müraciətlər səsləndirdi. O, çıxışında növbəti ildönümünü keçirdiyimiz zəfərin heç də asan başa gəlmədiyi və millət, xalq, dövlət rəhbərliyi birliyinin ən bariz nümunəsi olduğunu bir daha bəyan edib. Azərbaycan xalqı bu Zəfəri 30 il gözləyib. 30 illik həsrətin sonu məhz Azərbaycan şanlı ordusunun fədakarlığı sayəsində baş verdi. Bizim xalq buna layiq idi və layiq olduğu uğuru qazanıb".
Politoloq Ermənistanın Fransa və onunla eyni düşüncədə olan ölkələrin yardımı sayəsində silahlanması siyasətini davam etdirməsinə münasibət bildirib:
"Dövlət başçısı xarici siyasətdə bizi gözləyən hadisələrə də toxunaraq Ermənistanın bu gün apardığı silahlanma siyasətinə də ciddi münasibət bildirib. Şübhəsiz ki, bu silahlanma sonda Azərbaycana qarşı yönələ bilər. Buna görə də İlham Əliyev çıxışında Ermənistan və onun havadarlarının niyyətlərini açaraq onları bu hərəkətdən geri dönməyə çağırıb. Ali Baş Komandan Ermənistanın silahlandırma siyasətindən əl çəkməli olduğunu və bizimlə rəqabət aparmaq gücündə olmayacaqlarını vurğulayıb".
Professor İlham Əliyevin xəbərdarlıqlarına digər qüvvələrdən daha çox Ermənistanın qulaq asmalı olduğunu qeyd edib:
"İlham Əliyev öz çıxışında bu gün Ermənistanın müharibə ritorikasının və aktlarının arxasında məhz xarici qüvvələrin dayandığını açıq bəyan edərək həmin qüvvələrə də xəbərdarlıq edib. Amma İrəvan bu xəbərdarlıq və 44 günlük müharibədən lazımi nəticə çıxaracaqmı? Hər halda onun gələcək addımları müəyyən fikir söyləməyə imkan verəcək. Çünki sonda yenə də əziyyət çəkənlər özü olacaq".
Ə.İbrahimov Ermənistanın bugünkü acınacaqlı halının səbəbkarının Fransa kimi hegemonluq edən dövlətlər olduğunu vurğulayıb:
"Fransa kimi hegemonluq edən dövlətlər 30 il ərzində öhdələrinə götürdüyü vəzifəni yerinə yetirməyərək Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasına nail ola bilmədilər və nəticədə Ermənistan bu günkü acınacaqlı vəziyyətə düşdü. Əgər onlar öz destruktiv funksiyalarını davam etdirəcəklərsə, yenə də uduzan tərəf Ermənistan olacaq. Ermənistan üçün isə sonrakı peşmançılıq heç bir fayda verməyəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 511 Tarix: 09 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVenesuela Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq barədə yekun qərar qəbul edib. xəbər verir ki, bu barədə Bolivar Respublikasının xarici işlər və xarici ticarət naziri Feliks Plasensiya "Telegram" kanalında paylaşım edib. Nazirin sözlərinə görə, qərarın qəbul edilməsinə səbəb BCM-ni
16:40 86 Misir və ABŞ Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini sürətləndirmək istəyir
Misir və ABŞ Qəzza zolağında Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) yerləşdirilməsini sürətləndirmək istiqamətində regional tərəfdaşlarla birgə iş aparır. "Report"un "The Times of Israel"ə istinadən verdiyi məlumata görə, bu barədə Livanın "Al-Akhbar" qəzeti xəbər verir
15:00 131 Azərbaycanda MƏŞHUR HƏBSXANA RƏİSİ vəfat etdi - FOTO
Uzun illər ədliyyə orqanlarında çalışmış Elxan Sadıqov vəfat edib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, təqaüddə olan ədliyyə polkovniki ötən gün 73 yaşında dünyasını dəyişib. Qeyd edək ki, E.Sadıqov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müxtəlif vəzifələrdə çalışıb. 20 il
25.07.2026 305 12 yaşlı Əfsanənin qətlində DETALLAR: Özündən dörd yaş böyük bacısı polisə təslim olubmuş - VİDEO
Şəmkirdə bıçaq xəsarəti alan 12 yaşlı qız xəstəxanada ölüb. xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. Kənd sakini 2014-cü il təvəllüdlü Əsna Namazova ağır vəziyyətdə Şəmkir Rayon mərkəzi xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkü
25.07.2026 474 Azərbaycan alma ixracından gəlirini 10 %-ə yaxın artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 47 min 867 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 38 milyon 948 min ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2 min 753,82 ton (5,4 %) az, dəyər baxımında
25.07.2026 217 Şalva Papuaşvili: Elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir, bütün detallar araşdırılmalıdır
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə iyulun 24 və 25-də baş vermiş genişmiqyaslı elektrik kəsintilərinin bütün detallarının araşdırılmasının vacib olduğunu bildirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin elektrik kəsintilər
12:00 151 65 yaşdan sonra işləyənlərə ŞAD XƏBƏR: Pensiya arta bilər...
Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da rəsmi əmək müqaviləsi olmadan çalışmağa davam edənlərin sayı az deyil. Lakin bu şəxslərin adına sosial sığorta haqlarının ödənilməməsi gələcəkdə pensiyalarının yenidən hesablanması və ya əlavə pensiya hüquqlarının yaranması ilə bağlı suallar doğurur. Bə
00:21 283 Boşanmaq istəyən arvadını yatdığı yerdə öldürdü
Türkiyədə 40 yaşlı qadını əri yatdığı yerdə öldürüb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Adana şəhərində gecə saat 1 radələrində Yüreğir rayonunun Kışla məhəlləsində qeydə alınıb. Məlumata görə, 40 yaşlı Hatice Mine Kocamaz əri H.K.-dan boşanmaq qərarı verib. Boşanmağa qarşı çıxan H.K. bütü
14:30 150 Belçikada NATO hərbi qərargahının təcrübəçisi casusluq şübhəsi ilə saxlanılıb
NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığında (SHAPE) təcrübə keçən Çin əsilli Kanada vətəndaşı üçüncü ölkənin xeyrinə casusluq etmək və cinayətkar təşkilatda iştirak etmək şübhəsi ilə Belçikada həbs edilib. "Report" RTBF-ə istinadən xəbər verir ki, bu barədə Belçika Federal Prokurorluğ
25.07.2026 212