Kartdan-karta ödəniş vasitəsi tam aradan qaldırılacaq? - ŞƏRH

Kartdan-karta ödəniş vasitəsi tam aradan qaldırılacaq? - ŞƏRHÖdənişləri POS-terminalla deyil, kartdan-karta əməliyyatı vasitəsilə həyata keçirən sahibkarlar kütləvi şəkildə cərimələnirlər. Ekspertlər görülən tədbirlərin kartdan karta köçürmələri azaldacağı qənaətindədirlər.

"POS-terminal işləmir", "POS-terminalın enerjisi bitib", "texniki nasazlıq yaranıb" kimi cümlələrlə kartla ödənişi qəbul etməyən sahibkarlıq subyektlərinin işi çətinləşib. Belə ki, ödənişləri POS-terminalla deyil, kartdan karta əməliyyatı vasitəsilə həyata keçirən sahibkarlar kütləvi şəkildə cərimələnirlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində kartdan-karta köçürülməsinə görə çoxsaylı vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib. Sahibkarlıq subyektlərinə protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

DVX-dan bildirilib ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, "Elektron ticarət haqqında" qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələridir.

Maraqlıdır, bu cərimələr ölkədə kartdan karta əməliyyatlarının həcmini azalda bilərmi?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Vergi ödəyiciləri bunun tərəfdarı deyil

Vergi üzrə ekspert Mahmud Abasquliyev "Kaspi"yə açıqlamasında bildirdi ki, "Nağdsız hesablaşmalar haqqında" qanunda bildirilir ki, iki vergi ödəyicisi arasında olan ödənişlər banklar və ödəniş terminalları vasitəsilə həyata keçirilməlidir:

"Yəni vətəndaş vergi ödəyicisindən mal yaxud hansısa xidməti alırsa, aldığı malın və ya xidmətin məbləğini POS-terminal vasitəsilə ödəyə bilməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun yeddinci maddəsində bildirilir ki, alınan mallar 17 gün ərzində nəzarət-kassa aparatının çeki əsasında dəyişdirilə və ya geri qaytarıla bilər. Vergi ödəyiciləri isə POS-terminalla ödənişin tərəfdarı deyillər. Çünki POS-terminaldan istifadə etdikdə, nəzarət-kassa aparatının qəbzi də vətəndaşa təqdim edilməlidir. Yeni nəsil nəzarət-kassa aparatı Dövlət Vergi Xidmətinə inteqrasiya olunduğu üçün qurum sahibkarlıq subyektinin dövriyyəsini müəyyən edə bilir".

Qeyri-leqal satış

Mütəxəssis deyir ki, vətəndaş nağdsız ödəniş edərkən sahibkarlıq subyektinin POS-terminalı təqdim etməməsi qeyri-leqal satış hesab olunur:

"Sahibkarlar qeyri-leqal satışı həyata keçirərək özləri üçün gəlir əldə etməyə çalışır, bu da vergidən yayınma sxemini formalaşdırır. Buna görə də Vergi Məcəlləsinin 58.7-ci maddəsində deyilir ki, əhali ilə pul hesablamalarında, POS-terminal quraşdırılmasından, istifadəsindən, nəzarət-kassa aparatının qəbzinin verilməsindən imtina edən şəxslər birinci dəfə 1 000 manat, təqvim ili ərzində ikinci dəfə qaydanı pozduqda 3 000 manat, üç və daha çox səhvə yol verdikdə 6 000 manat cərimə olunurlar. Hazırda bununla bağlı DVX ciddi şəkildə yoxlamalar aparır, hətta bəzi banklarda da kartdan karta ödənişlərdə komissiyalar tutulur. Bir müddət sonra kartdan karta əməliyyatlar azalacaq və dövriyyə çoxalacaq".

Vergi mütəxəssisi Anar Bayramov deyir ki, kartdan karta əməliyyatlarla ödənişləri qəbul edən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları ilə bağlı tədbirlər davam etdiriləcək:

"Bu, hazırda ən aktual problemlərdəndir. Görülən tədbirlər artıq bəhrəsini verir. Əvvəllər kassa aparatının, POS-terminalın quraşdırılması problem idisə, bu sahədə ciddi nəzarət tədbirlərindən sonra demək olar ki, Bakı şəhəri üzrə bütün sahibkarlıq subyektlərində nəzarət-kassa aparatı və POS-terminallar quraşdırılıb. Lakin bu, problemin həlli demək deyil. Təəssüflər olsun ki, POS-terminalların quraşdırılması vizual xarakter daşıyır və bəzi hallarda kiçik sahibkarlar, hətta orta sahibkarlar belə, ödənişləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etmirlər. Bu da ciddi şəkildə onların dövriyyələrinin gizlədilməsinə, vergidən yayınmalarına gətirib çıxarır".

Kartdan karta ödənişlər son vaxtlar dəb halını almışdı

Mütəxəssisin sözlərinə görə, kartdan karta ödənişlər son vaxtlar dəb halını almışdı, hətta bəzi satıcılar piştaxtaların önündə kart nömrələrini yazıb, nağdsız ödəmələrlə bağlı alıcılarını "məlumatlandırırdılar":

"Biz dəfələrlə kartdan karta ödənişlərin vətəndaşlar üçün təhlükəli olması ilə bağlı çıxışlar edirdik. Vətəndaş POS-terminal tələb edərkən, ondan ödənişin karta köçürülməsi tələb olunduqda "ƏDV geri al" kimi onların xeyrinə olan layihələrdən istifadə edə bilmir, hətta bəzi hallarda ödəniş alıcının bank hesabından çıxır, amma texniki xəta olduğu üçün qarşı tərəfin hesabına oturmur. Bu zaman alıcıdan pulu təkrar ödəməsi tələb olunur və alıcı ikiqat ziyana düşür. Bu proseslər vergi orqanlarını da ciddi şəkildə narahat edirdi, məhz bu səbəbdən operativ tədbirlər həyata keçirdilər".

Nəzarət tədbirləri problemi həll edəcəkmi?

Bəs görəsən nəzarət tədbirləri problemi aradan qaldıracaqmı? Mütəxəssis vurğulayır ki, cəza tədbirləri problemin tam şəkildə aradan qaldırılmasına nail olmayacaq: "Amma ciddi şəkildə azalmaya gətirib çıxaracaq ki, biz bunu artıq təcrübədən də görürük. Ən azından, mağazalardan piştaxtalardan artıq həmin kart hesabları yığışdırılıb. Həmçinin POS-terminalla ödəniş etmək istəyəndə, maliyyə sanksiyasından çəkindikləri üçün ödənişləri qəbul edirlər. Təbii ki, mərkəzdən kənara getdikcə nəzarət tədbirləri zəifləyir. Bu, həmişə belə olur, şəhər mərkəzlərində nəzarətin güclü olduğu yerlərdə ciddi qanun pozuntuları olmur, amma nəzarətin zəif olduğu yerlərdə problem qalmaqda davam edir. Amma maliyyə sanksiyalarının tətbiqi ilə yanaşı, alıcıların da nağdsız əməliyyatlardan istifadə etməsi üçün görülən stimullaşdırıcı tədbirlər bu cür qanun pozuntularının aradan qaldırılmasına kömək olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1026   Tarix: 09 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.