Azərbaycanın fındıq bağlarında məhsuldarlıq azalıb

Azərbaycanın fındıq bağlarında məhsuldarlıq azalıbAzərbaycanda havaların qeyri-sabit keçməsi fındıq bağlarında məhsuldarlığı azaldıb.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri İsmayıl Orucov bildirib.

Məhsuldarlıq 10 - 50 % azalıb

Onun sözlərinə görə, il ərzində fındıq bağlarının olduğu rayonlara bir neçə dəfə dolu yağıb, bu da məhsuldarlığa mənfi təsir göstərib: "Məhsuldarlıq ölkənin ayrı- ayrı regionlarında 10 %-dən 50 %-ə qədər azalıb. Bununla belə, əsas fındıqçılıq təsərrüfatlarının yerləşdiyi Qəbələ-Oğuz bölgəsində məhsuldarlıq normadan yüksək, məhsul isə daha keyfiyyətli olub".

İ.Orucov fındıq tədarükünə mənfi təsir edən digər amillərin olduğunu da qeyd edib: "Bu il rayonlarda qəhvəyi mərmər bağacığı xeyli artıb. İndi Qida Təhlükəsizliyi Agentliyi onunla aktiv mübarizə aparır. Amma fermerlər də bu prosesə qoşulmalıdır. Çünki bu xəstəliyin qarşısı alınmasa bizi böyük fəsadlar gözləyir. Qəhvəyi mərmər bağacığın yetkin fərdləri və sürfələri nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdlər təbii yolla (uçmaqla) 35-100 km məsafə qət edə bilirlər. Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər bağacığın gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilməlidir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanmalıdır. Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı salır".

Fındığı nəm yerə saxlayırlar

Bundan başqa, Assosiasiya rəhbəri deyib ki, fermerlər fındığı nəm yerdə saxlamaqla məhsulu xarab edirlər: "Biz daima fermerlər arasında maarifləndirmə işləri aparırıq ki, fermerlər məhsulu normalara uyğun şəkildə saxlasınlar. Əfsus ki, fermerlərin bir hissəsi fındığın çəki itirməməsi üçün onu rütubətli yerdə saxlayır. Bu da məhsulun keyfiyyətini aşağı salır".

Statistika nə deyir?

2023-cü ildə Azərbaycanda fındıq bağlarının sahəsi 81,8 min hektar olub. Bağların 95,6 %-i ənənəvi, 4,4 %-i isə intensiv bağlardır, 24,7 %-i Zaqatala, 14,3 %-i Xaçmaz, 12,9 %-i Balakən, 12,5 %-i Qax, 8,7 %-i Qəbələ, 8,2 %-i Qusar, 5,9 %-i Şəki, 5,3 %-i Oğuz, 2,6%-i İsmayıllı, 1,5 %-i Quba olmaqla, ümumilikdə 95 %-dən çoxu 10 rayonun payına düşüb.

Ötən il ölkədə 75,4 min ton fındıq istehsal edilib ki, bunun da 90 %-dən çoxu 8 rayonun payına düşüb. O cümlədən, Zaqatala 42,5 %, Xaçmaz 11,2 %, Qəbələ 9,9 %, Balakən 9,1%, Qax 7 %, Şəki 5,3 %, Qusar 4,6 %, Qazax isə 1,7 % paya malik olub. 2023-cü ildə fındığın məhsuldarlığı 1 hektara 13,9 sentner, onun 1 kiloqramının orta topdan satış qiyməti isə 4,10-5,76 manat təşkil edib.

2023-cü ildə Azərbaycan 119 milyon 555 min ABŞ dolları dəyərində fındıq ixrac edib. Bunun 51,9 %-i (62 milyon 96 min ABŞ dolları) Rusiya, 18,6 %-i (22 milyon 208 min ABŞ dolları) Almaniya, 13,1 %-i (15 milyon 699 min ABŞ dolları) İtaliya, 16,4 %-i (19 milyon 551 min ABŞ dolları) isə digər ölkələrin payına düşüb.

Ötən il fındıq ixracının 97,1%-i ləpə, 2,9 %-i isə qabıqlı formada həyata keçirilib. Əvvəlki ilə nisbətən qabıqlı fındıq ixracı 13 % azalıb, ləpə ixracı isə 8,7 % artıb.

Bu il ixracda Rusiya və digər ölkələrin payı bərabər olacaq

İ.Orucov deyr ki, Azərbaycan fındığı MDB (Rusiya, Qazaxıstan, Özbəkistan) və Avropa İttifaqı (İtaliya, Almaniya, Fransa, Çexiya) ölkələrinə ixrac edilir: "Ötən il ixracın 60 %-i Rusiyanın, 40%-i isə digər ölkələrin payına düşüb. Hesab edirəm ki, bu il ixracda Rusiyanın payı 50 %-ə düşəcək. Çünki Rusiyadan ölkəmizə pul köçürmələrində böyük problemlər var. Ödəmələr əvvəllər ABŞ dolları ilə idi, indi isə bir çox banklar dollarla ödəniş etmir. Rusiya rublunun məzənnəsinin hər gün dəyişməsi isə sahibkarların ziyanla işləməsinə səbəb olur. Üstəlik, qonşu ölkədə milli valyutanın dəyərdən düşməsi məhsulun dəyərini artırır, dəyər artanda isə istehlak azalır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 676   Tarix: 09 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16.10.2026 457
.

Zəhərli hörümçək udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

16.10.2026 494
.

Zəngilanın işğaldan azad olunması Qarabağ düyününün açılmasında həlledici oldu

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrı

14:32 132
.

Ronaldo yeni biznesə qoşulur

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo mineral su istehsalına 10 milyon avro investisiya yatırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Sic Noticias" nəşri məlumat yayıb. Biznesə 10 milyon avro yatırmış "Grup

14:18 157
.

Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi

1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl

16.10.2026 377
.

"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video

ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund

16.10.2026 406
.

"Environmental Protection First" koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

"Environmental Protection First" koalisiyası Ermənistanda COP17 - Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. COP17 təbiə

16.10.2026 379
.

Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam

Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycanın siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, oktyabrın 19-da Milli Məcli

15:50 56
.

"Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq"

"Ukrayna münaqişəsini həll etmək mümkün olacaq, lakin artıq Zelenskisiz". Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Newsmax"a müsahibəsində bildirib. Rusiyanın neft emalı zavodlarına zərbə endirilməməsi ilə bağlı xahişlərinin nəticəsiz qalması barədə danışan AB

16.10.2026 351
.