Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfər çoxlarının yuxusunu ərşə çəkib - RƏY

Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfər çoxlarının yuxusunu ərşə çəkib - RƏYBaydenlər, makronlar və onların təhriki ilə Azərbaycanı hədəfə götürənlər təzyiq yolu ilə heç nəyə nail ola bilməyəcəklər.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələr Ermənistanda revanşizmi alovlandırırlar:

"Prezident İlham Əliyev Zəfər Parkının açılışında olduqca önəmli mesajlar verdi. O, bu günün Azərbaycan tarixini ən şanlı səhifələrindən birinə çevrildiyini vurğulamaqla yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub. Azərbaycanın qələbəsini həzm etməyən qüvvələr Ermənistanda revanşizmi alovlandırır. Aydındır ki, onların məqsədi Ermənistanı yenidən müharibəyə sürükləməkdir".

Deputat Azərbaycanın dəfələrlə bu təxribatların qarşısını almasına baxmayaraq, regionda sabitliyi pozmağa çalışan Fransanın Ermənistanı silahlandırmağa davam etdiyini vurğulayıb:

"Bəzi qüvvələr Ermənistanı sülh tərəfdarı, Paşinyanı isə demokratik dövlət başçısı kimi təqdim etməyə çalışırlar. Bayden administrasiyası anti-Azərbaycan siyasətini ən pik həddə çatdırıb. Azərbaycanın dəfələrlə bu təxribatların qarşısını almasına baxmayaraq, Fransa Ermənistanı silahlandırmağa davam edir.

Prezidentimiz çıxışında bu məqama da toxunub. Təkcə Fransanın yox, Amerikanın da təzyiq cəhdlərini və Ermənistana haqsız dəstəyini gördük. Ermənistanı silahlandıran ölkələr sırasında Hindistan da var. O həm də BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir. Düşünürəm ki, militarizasiya siyasəti həyata keçirən, aqressiv addımlar atan, yeni münaqişə ocaqları yaradan daha bir ölkə bu cür mühüm bir qurumda təmsil olunmamalıdır. Çünki bu, Azərbaycana narahatlıqdan başqa bir şey verməyəcək".

C.Məmmədov deyib ki, bütün dövlətlər Azərbaycanda xalq birliyinin möhkəmliyini və güclü ordusunun olduğunu bilməlidir:

"Baydenlər, makronlar və onların təhriki ilə Azərbaycanı hədəfə götürənlər bilməlidir ki, təzyiq və təhdid yolu ilə heç nəyə nail ola bilməyəcəklər. Lazım gələndə Azərbaycan yenə də hamıya layiqli cavab verəcək. Ermənistan sülhə töhfə verməyə fokuslanmalıdır. Əks halda nə o, nə də onun havadarları uğur qazana bilməyəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 455   Tarix: 09 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16.10.2026 391
.

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır

15:05 128
.

"Environmental Protection First" koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

"Environmental Protection First" koalisiyası Ermənistanda COP17 - Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. COP17 təbiə

16.10.2026 380
.

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib. Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən "Sosial, iqtisadi inkişaf" aylıq məruzəsində məluma

16.10.2026 422
.

Köhnə cins şalvarlar yenidən dəbdə

2026-cı ilin payız mövsümündə cins şalvar dəbində gözlənilməz dəyişikliklər baş verir. Bir vaxtlar dəbdən düşmüş hesab edilən modellər yenidən populyarlıq qazanır. Ola bilsin ki, bu mövsümün ən dəbli cins şalvarı artıq uzun müddətdir qarderobunuzda saxladığınız köhnə geyimdir. xarici KİV-ə istinadə

16.10.2026 381
.

Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir

Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır

16.10.2026 409
.

Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi

Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən

15:14 133
.

Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam

Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycanın siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, oktyabrın 19-da Milli Məcli

15:50 126
.

Elnarə Abdullayeva nənə oldu

Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub

10:35 310
.