Olaf Şoltz Prezident İlham Əliyevə zəng edib
Noyabrın 9-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Report" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti bildirib.
Telefon danışığı əsnasında Kansler Olaf Şoltz Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib. Kansler Olaf Şoltz COP29 iqlim konfransının uğurla keçməsinin əhəmiyyətinə toxunaraq Almaniyanın yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.
Dövlətimizin başçısı COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın məqsədlərini qeyd edərək, tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğulayıb.
Kansler Olaf Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda, ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasda ölkəmizə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib. Dövlətimizin başçısı Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırladıb, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 666 Tarix: 10 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolşada it sahiblərinə yeni qadağa: Prezident qanunu təsdiqlədi
Polşa Prezidenti Karol Navrotski ötən ilin noyabrında analoji qanun layihəsinə veto qoymasından sonra itlərin zəncir və digər vasitələrlə bağlı saxlanılmasını qadağan edən qanunu təsdiqləyib. TASS agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı yeni redaktədə hazırlanmış sənədin bütün maraqlı tərəfləri
11:45 154 UKMTO Oman körfəzində tankerlə bağlı insident barədə məlumat verib
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri nəzdində Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman körfəzində tankerin iştirakı ilə baş vermiş insident barədə məlumat alıb. "Report" xəbər verir ki, bu barədə Mərkəzin rəsmi saytı məlumat yayıb. Bununla belə, UKMTO insidentin nədə
25.07.2026 183 Elbrusda ölümcül yürüş: Beş alpinistin həyatına son qoyan faciənin təfərrüatı
Elbrus dağının zirvəsinə qalxarkən orada çətin vəziyyətdə qalan yeddi alpinistin hamısının Bosniya və Herseqovina vətəndaşı olduğu müəyyənləşib. Onlardan beşi həlak olub. xəbər verir ki, bu barədə "REN TV|Novosti" "Telegram" kanalında məlumat yayılıb. Hadisə nəticəsində iki alpinis
10:26 170 Pentaqon İranla münaqişədə ölən hərbçilərin sayını gizlədir?
ABŞ hərbçiləri arasında İranla münaqişə nəticəsində həlak olanlar barədə məlumatlar artıq bir sutkaya yaxındır ki, Pentaqonun rəsmi platformasında yanlış əks olunur. Senatda təmsil olunan demokratlar qurumun rəhbəri Pit Heqsetdən məsələyə dərhal aydınlıq gətirməsini tələb edirlər. -ın CNN-ə istinadə
10:00 176 Dənizdə batan şəxs prokurorluqda müstəntiq işləyirmiş - FOTO
Dünən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, suda batan 200-ci il təvəllüdlü Ümid Taməddin oğlu Hüseyinli Qubadlı Rayon Prokurorluğund
13:16 206 Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq barədə yekun qərar qəbul edib. xəbər verir ki, bu barədə Bolivar Respublikasının xarici işlər və xarici ticarət naziri Feliks Plasensiya "Telegram" kanalında paylaşım edib. Nazirin sözlərinə görə, qərarın qəbul edilməsinə səbəb BCM-ni
16:40 17 Azərbaycanda MƏŞHUR HƏBSXANA RƏİSİ vəfat etdi - FOTO
Uzun illər ədliyyə orqanlarında çalışmış Elxan Sadıqov vəfat edib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, təqaüddə olan ədliyyə polkovniki ötən gün 73 yaşında dünyasını dəyişib. Qeyd edək ki, E.Sadıqov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müxtəlif vəzifələrdə çalışıb. 20 il
25.07.2026 304 Belçikada NATO hərbi qərargahının təcrübəçisi casusluq şübhəsi ilə saxlanılıb
NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığında (SHAPE) təcrübə keçən Çin əsilli Kanada vətəndaşı üçüncü ölkənin xeyrinə casusluq etmək və cinayətkar təşkilatda iştirak etmək şübhəsi ilə Belçikada həbs edilib. "Report" RTBF-ə istinadən xəbər verir ki, bu barədə Belçika Federal Prokurorluğ
25.07.2026 212 Aleksandar Vuçiç: Serbiya hərbi baxımdan neytral qalacaq
Serbiya hərbi baxımdan neytral qalacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün Serbiya Ordusunun ən gənc zabitlərinin buraxılış mərasimində bəyan edib. "Gərginliyin, beynəlxalq qanunsuzluğun hökm sürdüyü, BMT Xartiyasının və ya qətnamələrini
25.07.2026 230