"Rafet istəyirdi ki, adı mənimlə hallansın"

"Rafet istəyirdi ki, adı mənimlə hallansın""İnsanlar tərəfindən tanınmışlara bir aqressiya var. Bizi ciddiyə almırlar. Sanki bizim ürəyimiz, hisslərimiz yoxdur. Sanki heç kim səhv etmir. Sadəcə, bizi o qədər qəbul etmirlər ki... Bizə aşılayıblar ki, sən tanınmışsan, hər şeyin göz qabağında olub, bunları etmisən. Qınaqlar... Bilmək olmaz, bəlkə də ən gözəl ailə, qayınana, həyat yoldaşı məndə oldu, başıma fırlandılar".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Pərvizə görə" verilişində deyib. Sənətçi tənqidlərdən, ana olmaq istəyindən danışıb.

"Hər qadın kimi ən böyük arzularımdan biri ana olmaqdır. Artıq hiss edirəm ki, məndən ana olar. Məncə, ana olmaq üçün ideal yaş 25-26-dır" deyə, Pərvin əlavə edib.

Türkiyədə fəaliyyət göstərmə təklifindən söz açan aktrisa bunları söyləyib:

"Nəsrin Cavadzadənin müsbəti ondadır ki, o, Türkiyədə böyüyüb. Ona orada yaşamaq rahatdır. Mən orada təhsil alanda bir neçə menecerdən təklif gəldi. Sadəcə, təklifdə olan bəzi maddələr məni qorxudub. Hansı ki, onların qanunlarıdır. Beş illik müqavilədir, o müddət ərzində onlar nə istəsə, onu etməlisən. Azadlığıma önəm verən insanam. Tez-tez ölkəmə gedib-gəlmək istəyirəm, buna icazə vermirlər. Onların istədiyi kimi həyatını qurmalısan. Türkiyə şou-biznesindəki populyarların həyatının çoxu yalandır. Məsələn, iki məşhur sima guya sevgilidir, lakin əslində belə deyil. Biri digərini məşhur etmək üçün pul alır. Mənə o vaxt demişdilər ki, gəl, səni filankəslə sevgili edək, elə bilsinlər ki, sevgilisiniz. Rafet El Roman deyil, başqası idi. Əslində Rafet özü istəyirdi ki, adı mənimlə hallansın. Mən də söhbətdən elə çıxdım ki, alındıra bilmədi. Doğru üzə çıxacaq, yalandan insanlara niyə bunu göstərim ki".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2113   Tarix: 18 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayan Babakişiyeva psixoloji travmasından danışdı

Müğənni Ayan Babakişiyeva ev təmizliyi ilə bağlı həssaslığından danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" proqramında danışıb. O, evdə təmizliyə xüsusi önəm verdiyini və xüsusilə də mətbəxi başqa birinin təmizləməsinə icazə vermədiyini bildirib:. "Məndə ev təmizliy

10.10.2026 257
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11.10.2026 275
.

Cim Kerri üçüncü dəfə gizli evləndi

Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss

01.10.2026 577
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

04.10.2026 333
.

İranlı rejissorun filmində baş rola çəkiləcək

Məşhur türkiyəli aktrisa Hande Erçelin yeni beynəlxalq layihəsi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada lentə alacağı "Diaspora" adlı filmdə baş rolu canlandıracaq. Filmin çəkilişlərinə 2027-ci ilin ilk aylarında başlanılması planlaşdırılır

10.10.2026 369
.

Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...

Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc

11.10.2026 688
.

Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"

"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini

03.10.2026 309
.

Tanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü

Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. -ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyo

03.10.2026 268
.

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - VİDEO

Müğənni Ayaz Babayevlə bloqer Mehin Məclislərdən birində səmimi görüntüləri ilə diqqət çəkiblər. xəbər verir ki, məclis zamanı ikilinin birlikdə romantik rəqs etdiyi anlar bloqer Əfruzə tərəfindən lentə alınıb. Sözügedən görüntülər daha sonra sosial şəbəkədə paylaşılıb. Əfruzə paylaşımında Ayaz Babaye

04.10.2026 725
.