Sən Allah, gedin ayıbınıza kor olun!

Sən Allah, gedin ayıbınıza kor olun!Bu gün maraqlı bir eksperiment eledik. Sosial şəbəkələrdə (həm də xalqımız arasında, çünki sosial şəbəkələr elə bizim xalqdı) çox qısa zamanda məşhurlaşmış Kəmalə Günəşli adlı müğənni ilə müsahibə elədik.

Kəmalə Günəşli, Tamara, Niqulya kimi adlarla məşhurlaşmış, biabırçı, heç bir məzmunu olmayan "mahnılar" oxuyan bu xanımı uca xalqımız çox qısa müddətdə varlandırdı, ev-eşik, maşın, qızıl-briliyant sahibi elədi. Bəli, bəlli, məhz uca xalqımız elədi.

İkisinin də sağlığına qismət...

Biz müsahibəni alanda bilirdik ki, uca xalqımızın ancaq media üçün "elit takılan" nümayəndələri sosial şəbəkələrdə bizi qınayacaq, hətta təhqir edəcək. Amma axşam yenə gedib toylarına, ad günlərinə, dost-tanış məclislərinə Kəmalə xanımı çağıracaqlar. Hələ üstəlik əllərini də arada nəzir qutusu kimi 100 manatlıq və dollarlıqlarla dolduracaqlar. O xanım da bunu çəkib sosial şəbəkələrdə paylaşacaq. Uca xalqımız da bunu izləyəcək, bir-birinə göndərəcək, hətta o birilər də məclislərinə onu çağırmaq üçün yarışacaqlar.

Hələ ən ağırı o olacaq ki, yanında toya apardığı xanımına 100 manatlıq paltar almayan bir bəy o biri bəylərdən geri qalmamaq üçün Niqulya xanımın ovcuna növbəti 100-lüyü basacaq. Amma bunlar gəlib, məsələn, lent.az-ın səhifəsində "aa, Niqulyadan müsahəbiə almısınız, sizə ayıb olsun, səviyyəsizlər" yazmaqla səviyyələrini artıracaqlar, camaata "elit", yüksək dəyər sahibləri və böyük musiqinin mühafizəçiləri kimi görünəcəklər. Neçə illərdi jurnalistəm deyib, cümlənin mübtadası ilə xəbərinin yerini hələ də düz yaza bilməyənlər də bir yandan zəhləmizi tökəcək. Sən Allah, gedin ayıbınıza kor olun!

Kəmalə Günəşli adlı bu müğəninin instaqram hesabını 794 min adam izləyir. 794 min! Tiktok səhifəsinin 362 min abunəçisi var. Videolarına 12.8 milyon baxış olub! Ayrı-ayrı videolarına 100 minlərlə baxış var.

Sual yaranır, kimdi bu adamlar? Çinlilərdi, ya yaponlar? Bəlkə uzaq Braziliyadan qulaq asırlar sizin Kəmalə Günəşliyə? Bu uca xalqımızın elit nümayəndələri, sizsiniz, Kəmalə Günışlini varlandıran da, məşhurlaşdıran da, bizi ondan müsahibə almağa məcbur edən də.

Kəmalə Günəşlini söyməyə öyrəşdiyiniz media, televiziya məşhurlaşdırmayıb. Onu Siz məşhurlaşdırımısınız, çünki sosial şəbəkələrdəki sizsiniz. Onun lent.az redaksiyasına gəldiyi "Lexus"u (Sağlığına qismət!) Siz almısınız. Məhz Siz! O heç bir korrupsiya proyektinin iştirakçısı deyil, tender əməliyyatlarında iştirak etməyib. Özünüzdən hoqqa da çıxartmayın, onu varlılar da məclislərinə dəvət eləmir.

Varlılar bir vaxt sizin kabinetlərdə, palatka toylarında guya lağ üçün oxudub (indi Kəmaləyə etdiyiniz bəhanə kimi), varlandırıb, indi əliniz çatmayan, ad, titul, çoxlu pul qazananları toylarına, məclislərinə çağırır.

Kəmalə Günəşli özü demiş, " kasıb-kusub"un müğənnisidi.

Baxdığınızı, pul xərclədiyinizi, məşhurlaşdırdığınızı Sizə göstərmişik, həm də bütün "səviyyəsi" ilə, niyə qəzəblənmisiniz?

Səmimi olmağı öyrənin, bütün problemlər yalnız bundan sonra həll olunacaq...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3417   Tarix: 19 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident sarayına raket hücumunda 5 nəfər öldü

Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray

16.10.2026 330
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16.10.2026 354
.

"Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq"

"Ukrayna münaqişəsini həll etmək mümkün olacaq, lakin artıq Zelenskisiz". Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Newsmax"a müsahibəsində bildirib. Rusiyanın neft emalı zavodlarına zərbə endirilməməsi ilə bağlı xahişlərinin nəticəsiz qalması barədə danışan AB

16.10.2026 300
.

Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi

1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl

16.10.2026 306
.

Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?

Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında

16.10.2026 235
.

Aleksandr Lukaşenko: Ukraynada sülh 2026 və ya 2027-ci ildə əldə olunacaq

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün 2026 və ya 2027-ci ildə əldə olunacağına əminliyini ifadə edib. Teleqraf xəbər verir ki, bu barədə A.Lukaşenko "BelTA" agentliyinə açıqlama verib. "Bu sülh olacaq. Əgər bu il olmasa, gələn il. Mən tamamilə əminəm. Rusiya güclü v

16.10.2026 291
.

Onlar üçün vəsaitin ayrılma müddəti uzadıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilib. "Qafqazinfo"

16.10.2026 348
.

Ülviyyədən qayınana ilə bağlı posta müzakirəli şərh

Aktrisa Ülviyyə Xalinbəyova sosial mediada diqqət çəkən addım atıb. OLAY yazır ki, Ülviyyə qayınana ilə bağlı hazırlanan süni intellekt videosuna müzakirəli şərh yazıb. Belə ki, sözügedən videoda "Cəhənnəmdə yanıram" deyən qayınanaya Ülviyyə "Amin, inşallah", - deyə, qeyd edib. Qey

16.10.2026 700
.

Gənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı

Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3

10:48 0
.