"Kişilərin başında mikrofon sındırmışam" – "Niqulya xanım" ilə MÜSAHİBƏ

"Kişilərin başında mikrofon sındırmışam" – "Niqulya xanım" ilə MÜSAHİBƏLent.az-ın müsahibi hamının "Tamara", "Niqulya xanım" kimi tanıdığı məşhur müğənni Kəmalə Günəşlidir

- Kəmalə xanım, istəyirəm öncə sizi tamaşaçılarınıza yaxından tanıdaq.

"Onlar necə tez böyüyürlər" - Maksim Qalkin uşaqlarını göstərdi
Mətanət İsgəndərli 2 plastik əməliyyat etdirməyə hazırlaşır
- Məni çox adam rayonlu bilir. Çünki rayon toylarından həddən çox dəvət alıram. Şirvan, cənub zonası mənə baxır (gülür), bakılıyam. Yasamalda anadan olmuşam. Atam "Sovetski"də, anam Türkanda doğulub. 7 yaşım olanda Günəşliyə köçmüşük. 30 ildir orada yaşayıram. Ona görə Günəsli təxəllüsünü götürmüşəm. Səhnəyə ilk çıxanda sadəcə Kəmalə adı ilə çıxırdım. Amma düzünü deyim, lap belə pulunu verib efirlərə çıxsam da, tanınmırdım. Uşaqlıqdan oxuyuram. Anam toy müğənnisi idi, indi uzaqlaşıb. Tam musiqi təhsilim olmasa da, təhsilsiz də deyiləm. Musiqi dərsləri almışam. "Tamara" mahnısı ilə ulduzum bir gecədə parladı. Bu gün oxudum, səhər oyananda gördüm məşhuram. Ondan sonra da heç kim adımı demədi, elə hamı Tamara deyir.

- Bir də Niqulya xanım deyirlər axı sizə.

- (Gülür). Hə, ölkədə yeganə müğənniyəm ki, prodüserim məni yox, mən prodüserimi məşhurlaşdırmışam, onun adı ilə tanınıram. Nigar xanımla bir neçə ildir birlikdəyik. Bu ideya məndən gəldi, dedim çəkək. Hər dəfə ona videoçarxda "Niqulya xanım" deyə müraciət edirəm. Çox bəyənildi, başladılar mənə Niqulya deməyə. Atam-anam qoyan ad qalıb kənarda, Tamara deyirlər, Niqulya deyirlər. Tamara məni haralara aparmadı. "O qara qıza zəng elə", sonra "Çini çaydan" mahnılarım trend oldu.

- "Tamara"nı özbəklərdən götürüb özəlləşdirmisiniz. Müəllif hüquqları davasına düşmədiniz?

- Yox. "Tamara"nın melodiyasını eşitmişdim, özüm ona söz yazdım, Sabirabadda məclisdə oxudum. Məndə mahnıya bədahətən söz qoşmaq, xiridarlıq var. Bu qabiliyyət hər müğənnidə olmasa da, peşəkarlarda var. Hansısa mahnını "oxu" deyirlər, sözləri bilmirəm, bayatılar qoşub oxuyuram, "bilmirəm" demirəm. "Tamara"ya görə, etmədiyim toylara, ölkələrə, məclislərə getdim, pullar qazandı. Özbək mahnılarını məndən əvvəl də oxuyanlar olub. Həmişə onlar bizdən oxuyublar, indi biz onlardan.

- Xəbəriniz varsa, indi sosial şəbəkələrdə Həmail adlı bir xanım sizi parodiya edir, mahnılarınızla məclislərə gedir?

- Xəbərim var, o müğənni deyil, blogerdir, dostumuzdur. Bir məclisə çağırmışdı, gedə bilmədim. O da mənim kimi geyinib, fonoqramımı qoyub mənim yerimə oxumağa başlayıb. İndi o da olub Kəmalə Günəşli (gülür).

- İzləyicilərinizə çox maraqlıdır, sizin sponsorunuz var?

Azərbaycanda yeganə müğənniyəm ki, öz hesabıma irəli getmişəm. Nə "həcim" var, nə sponsorum. Hansısa həci mənə maşın almayıb, yaxın günlərdə doğum günüm oldu, özümə bir ev, bir də avtomobil hədiyyə etdim.

"Kişilərin başında mikrofon sındırmışam" – "Niqulya xanım" ilə MÜSAHİBƏ- Ailəlisiniz?

- Bəli. Həyat yoldaşım da musiqiçidir. İkinci dəfə ailə qurmuşam. Gözəl ailəm var. Məni anlayır.

- Toylara gedir sizinlə?

- Çox zaman hər yerə Niqulya ilə gedirəm.

- Övladlarınız var?

- Bəli var. Əsgər anasıyam. Bir də qızım var.

- Toya neçəyə gedirsiz? Hamı üçün əlçatansınız bu mənada?

- Kasıb-kusubu nəzərə alan müğənniyəm. Toy qiyməti demirəm. Dağına baxıb qar yağdırıram. Ürəyi məni istəyir, dediyim qonorara gücü yetmirsə, deyirəm bu qədər məbləğə 15 dəqiqəlik gəlib oxuya bilərəm. İstəmirəm qəlbi qırılsın.

- Yarım saatlıq toy oxumaq daha çox sərf edir müğənnilərə. Bir gündə ən çox neçə toya getmisiniz?

- Bakıda olub ki, bir günə ayrı-ayrı 7 məclisə getmişəm. Hamısını da razı salmışam.

- Bəs aldığınız qonorardan əlavə əlinizə verilən o şabaşlar nə qədər olur təxminən?

- Elə olub ki, 2-3 min manat olub. Məsələn dünənki məclisdə əlimdə 1500 manat var idi.

- Rayon toylarının da gündə ikisinə gedə bilirsiniz?

- Rayonda günorta başlayan "palatka" toyundan çıxıb axşam saat 6-da başqa bir rayonda başlayan toya gedib çatmışam. Düzünü desəm son zamanlar yarım saatlıq məclislərim çoxalıb deyə daha "palatka" toyları götürmürəm.

- Bəyənmirsiniz daha "palatka" toylarını?

- "Palatka" toyu yorucudur, ağırdır, nəfəs istəyir, baqaj istəyir, savad istəyir. Sona qədər canlı oxumalısan. Fonoqramı o vaxt oxuyarsan ki, yanında ansamblın yoxdur və ya sifariş edilən musiqini canlı oxusan əvvəlki effekti verməyəcək. Tutaq ki, "Buleyli" mahnısını niyə fonoqram oxuyum? Bu gün mənə tələbat çoxdur. Heç kimdən zəif deyiləm. "Nömrə birəm" deməzdim, amma sevilən müğənniyəm, yetərincə kütləm var, maşından düşəndə hamı üstümə qaçır şəkil çəkdirməyə.

- "Çini çaydan" mahnısında "yarım yar olsa günü neylər mənə?" cümləsi var. Toy günü kişinin ikinci arvad alacağına dair subminal mesajdı bu?

- Mən bildim ki, bu sözlər qalmaqal yaradacaq. Qalmaqalla sevildi. Ən çox kişilər sevdi. Xanımlar qısqanclıqla qarşıladı, amma kişilərə ləzzət elədi. Yarı belə, yarı elə axır ki, sevilməyi bacardım.

- Ən bahalı mahnıya nə qədər pul vermisiniz?

- 2-3 min, eləsi olub 7 minə başa gəlib.

- Yox. Oxuyurlar. "O qara qıza zəng elə"ni ilk dəfə Habil Əzimov oxuyub, amma mənim ifamda sevildi. Bu ona pis təsir etsə də, acı həqiqət budur, onda sevmədilər. "Çini çaydan" isə Əflatun Qubadovundur. Moskva, Çita, Gürcüstan, Özbəkistanı gəzmişəm bu mahnı ilə.

- Çita dünyanın o başıdır. Ora toya neçəyə getmişdiz?

- Elə baha deyildi. 8 min dollara getmişdim. 10 saat təyyarədə yol getdik.

- Yolunuza daş qoyan olub?

- Tik Tok, Yotube səhifələrimi şikayət edib bağlatdılar. Amma heç kimin gücü çatmadı. Mən sağlam rəqabət aparmışam. Bir xanım var. İstəyir qalmaqal yaratsın. Adını çəksəm, reklam olar. Onu öz trend-brend mahnılarımla məhv eləmişəm.

- Toylar kraliçası kimdir?

- Elə özüm. Elə burdan çıxıb toya gedəcəm.

- Plastik əməliyyat etdirmisiniz?

- Bədən şəkilləndirmə etmişəm. Üzümdə cərrahiyyə əməliyyatı olmayıb. Estetik prosedurlar olub.

- Toylarda qadınlar sizi ərlərinə qısqanıb heç?

- O qədər. Demək olar hər məclisdə bunu yaşayıram. Bir dəfə kişi əlimə 100 manat verdi, arvadı gəlib qolundan tutub dartıb apardı. Dedim, ay xanım, öz ərim var sənin ərin nəyimə lazımdır, sənin yoldaşını qoluma salıb aparası deyiləm. Ata oğlunun toyunda pul səpər də. Son zamanlar qısqananlara heç nə demirəm.

- Bəs kişi fantlarınızla münasibətləriniz necə formalaşıb. İçki məclislərində istər-istəməz xoşagəlməz məqamlar yaşanır.

- O qədər başlarda mikrofon sındırmışam. Kimsə ilişirdi, on qat cavabını verirdim. Stol üstündə çaynik-çaydan qalmırdı, vurub dağıdırdım.
Elə "Çini çaydan" belə yarandı da (gülür). Sonra dedim, bu qədər dava eləsəm, axırı nə olacaq. Xarakterimi dəyişdim. Mühafizəçim yoxdur. Sadəcə toy sahibinə deyirəm ki, qonaq məni incidir.

- Bir ara "kabinet müğənnisi" ifadəsi qalmaqal yaratdı. Kabinetlərdə də oxuyursunuz?

- Əlbəttə. Biz müğənniyik, hara getsək işimizin adı oxumaqdır. Burda ayıb nəsə yoxdur. Naxçıvanda 3 gün gecə toy olub oxumuşam. Getməyək? Kimsə buna ayrı rəng verir, başqa şey düşünürsə öz düşüncəsi kirlidir.

- Sənətinizlə bağlı bundan sonrakı arzunuz nədir?

- Zirvəyə çatmışam. Bəsimdir, bundan o yanası Allaha qalıb.

"Kişilərin başında mikrofon sındırmışam" – "Niqulya xanım" ilə MÜSAHİBƏ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2412   Tarix: 20 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

Narkotik aludəçisi olan anası tərəfindən şiddətə məruz qaldığı bildirilən uşaq xəstəxanaya yerləşdirilib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddia edilir ki, yeniyetmə illərdir anası tərəfindən zəncirlənmiş şəraitdə yaşayıb, təhsildə

25.07.2026 246
.

Azərbaycan Ordusunun giziri vəfat edib - FOTO

Azərbaycan Ordusunun giziri Azər Binnətov vəfat edib. BİG.AZ Bakıvaxtı.az-a istinadla xəbər verir ki, o, səhhətində yaranmış problemlərlə əlaqədar bir müddət müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb

01:35 72
.

Donald Tramp ermənipərəst Adam Şiffi "yekəbaş" adlandırdı

ABŞ Prezidenti Donald Tramp 2020-ci il seçkilərində Co Baydenə məğlub olmadığını bir daha vurğulayaraq, 2028-ci ildə yenidən namizədliyini irəli sürəcəyi ilə bağlı zarafatından da qalmayıb. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulund

25.07.2026 169
.

Çində kritik vəziyyət: Ölkədə "narıncı" təhlükə səviyyəsi elan edildi

İyulun 25-də Çin hökuməti "Honqsya" tayfununun yaxınlaşması səbəbindən ölkənin bir neçə bölgəsində "narıncı" (yüksək) təhlükə səviyyəsi elan edib. xəbər verir ki, bu barədə Çin Meteorologiya İdarəsi məlumat yayıb. Qurumun məlumatına görə, "Honqsya" səhər saatlarında tropi

25.07.2026 135
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bundan başqa, dələduzluğa görə axtarışd

25.07.2026 152
.

Azərbaycan alma ixracından gəlirini 10 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 47 min 867 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 38 milyon 948 min ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2 min 753,82 ton (5,4 %) az, dəyər baxımında

25.07.2026 140
.

Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır

İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə ilk sakinlərin köçü planlaşdırılır. "Report"un Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Bərpa, Tikinti və idarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib. O qeyd edib ki, kəndi

25.07.2026 169
.

Yevgeni Xmara Britaniyanın Müdafiə Nazirliyi ilə HHM məsələləri üzrə əməkdaşlığı müzakirə edib

Ukrayna müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Yevgeni Xmara yeni təyin olunmuş britaniyalı həmkarı Ues Stritinqlə Ukraynanın hava hücumundan müdafiəsinin (HHM) və hava imkanlarının gücləndirilməsini müzakirə edib. "Report" xəbər verir ki, bu barədə Y. Xmara teleqram sosia

25.07.2026 166
.

Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?

Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər həqiqi hərbi xidmətə nə vaxt çağırılır?. xəbər verir ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında "Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsin

25.07.2026 126
.

TOP MP3