"Seriallarda "kriminal şəxsləri" qəhrəman kimi göstərməklə biz cəmiyyətdə qara yara açırıq"- psixoloqdan AÇIQLAMA
Son vaxtlar yeniyetmə və gənclər arasında kriminal aləmə marağın artdığı müşahidə edilir. Kriminal aləmə meyil nəinki oğlanlar, hətta qızlar arasında da yayılmağa başlayıb. Bu, ailədə xüsusilə qız övladlarının ərköyünləşdirilməsi və tərbiyəsinə diqqət verilməməsi ilə bağlıdır. Çox təəssüflər olsun ki, qız övladları həssas və diqqətcil olduğu üçün ailədə əksər hallarda istər ananın, istərsə də atanın bir-birinə xəyanəti, gizli həyat yaşaması onlara daha tez təsir edir və tərbiyələrində ciddi problemlər yaranmağa başlayır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, əvvəllər yeniyetmə oğlanlar arasında çətin tərbiyə olunan uşaqlara rast gəlirdik. Bu gün isə qızları da bu situasiyaya daxil edirik:
"Bu cür qızlar haqqında danışarkən onların uşaqlıqda idmana getdiyini müşahidə edirik. Oğlanlarla davaya çıxdıqlarına rast gəlirik. Deməzdim ki, bu cür qızlarımız çoxluq təşkil edir. Əvvəlki dövürlərə nisbətdə hazırda sayı artıqdır. Hər məktəbdən bir və ya iki qızı bu aqresiyada görə bilirik. Cəmiyyət olaraq bizdə hələ ki, geniş yayılmayıb. Sadəcə olaraq bəzi məqamlarda kriminal davranış edən, hər hansısa bir sosial şəbəkədə gördüyünü təkrarlayan qızlara rast gəlirik. Bu isə o demək deyil ki, bu qızlar "kriminal şəxsiyyət" olaraq yetişir. Bu onun sübutu deyildir.
Xırda yeniyetmələrdə horman dəyişikliyi baş verdikdə sevgi və sevgiyə bənzər hisslər ortaya çıxır. Birini qısqanan zaman onu ciddi formada "cəzalandırmaq" istəyi baş qaldırır. Məhz yeniyetməlik dövründə hormonların dəyişikliyi ilə baş verən bu hallar da onların səhvə yol verməsi ilə nəticələnir.
Hər şey ailədən başlayır. Ümumi götürdükdə sağlam ailə tərbiyəsi almış yeniyetmələrdə heç zaman bu cür hallara rast gəlmirik. O, ailələrdə bu cür hallar baş verir ki, vaxt aşırı olaraq ana, nənə, bibi arasında davalar olur. Bu cür ailədə qızın xəmiri dava ilə yoğrulduğundan yeniyetməlik dövründə bu hal özünə qapanıqlıqla nəticələnir. Yaxud da emosiyalarına hakim ola bilməyib davalarda iştirak edir. Davranış pozuqluğu nəticəsində isə yaranan xüsusiyətlər sonradan insanın xarakterinə çevrilir".
Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Fərqanə Mehmanqızı da qeyd edib ki, bu cür mövzuların kişisi, qadını, qızı, oğlanı olmur. Bu mövzu insanlığa aiddir:
"Cəmiyyətdə nə təbliğ edilirsə gənclər ona yönəlir. Bu gün kanallarda yayımlanan seriallarda psixoloji və fiziki şiddətə rast gəlirik. Bu şəxslər qəhrəman kimi təbliğ edilir. Uşaq və yeniyetmələrin isə böyüdüyü ailədə kumiri, oxşamaq istədiyi şəxs yoxdursa onlar serial qəhərmanlarına oxşamağa çalışırlar. Seriallarda "kriminal şəxsləri" qəhrəman kimi göstərməklə biz cəmiyyətdə qara yara açırıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 723 Tarix: 21 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888