Stadiona icazəsiz daxil olan azarkeşi hansı cəza gözləyir?

Stadiona icazəsiz daxil olan azarkeşi hansı cəza gözləyir?Futbol dünyasında azarkeşlərin emosional reaksiyaları bəzən oyun zamanı meydançaya icazəsiz daxil olmaları ilə nəticələnir.

Məsələn, 1966-cı ildə keçirilmiş Futbol Dünya Kuboku finalında meydançaya daxil olan bir azarkeşin sonradan futbol dünyasında məşhur bir hadisəyə çevrilməsi keçmiş nəslin xatirində indi də qalıbdır. 1982-ci ildə isə bir azarkeşin komandasına etiraz əlaməti olaraq meydançaya plakatla qaçması və bunun ictimaiyyət tərəfindən dəstəklənməsi uzun müddət medianın gündəmində qalmış maraqlı hadisələrdən biri olmuşdu.

Təbii ki, azarkeşlərin niyə belə davranışlara yol verməsinin bir sıra səbəbləri vardır. Bəzən şəxsi diqqət cəlb etmə arzusu olanlar sosial mediada populyarlıq qazanmaq üçün belə hərəkətlərə yol verirlər. Bəzən isə bunun səbəri azarkeşlərin komanda məhəbbəti və ya məğlubiyyətlərə sərt emosional reaksiya vermədi ilə bağlı ola bilir. Bəzən də bu hala yol verənlər meydançaya qaçmalarını zarafat və ya etiraz forması kimi etdiklərini deyirlər.

Nə səbəb olursa-olsun, bu xoşagəlməz etikadan kənar hərəkət, təkcə ictimai təhlükəsizlik və qayda-qanun baxımından ciddi problemlər yaratmır, həm də hüquqi məsuliyyətin tətbiqi ilə məsələsini meydana çıxarır.

İcazəsiz futbol meydançasına daxil omanın hüquqi məsuliyyətinə bir neçə aspektdən yanaşa bilərik:

Ölkə qanunvericiliyində nəzərdə tutularsa, tədbir təşkilatçısının qaydalarını pozaraq icazəsiz daxil olma hər şeydən əvvəl inzibati hüquq pozuntusu yarada bilər.

Stadiona icazəsiz daxil olan şəxs həyat və sağlamlıq əleyhinə (məsələn, ehtiyatsızlıqdan və ya qəsdən sağlamlığa zərər vurma və s.) eləcə də ictimai təhlükəsizlik əleyhinə (məsələn, xuliqanlıq və s.) hər hansı bir cinayət əməlinə yol verərsə, onsuz, cinayət məsuliyyətinə cəlb edilə bilər.

Oyun meydançasına qanunsuz daxil olan şəxsin mülki məsuliyyəti də yarana bilər. Belə ki, o, kluba və ya təşkilatçıya vurulan maddi və mənəvi zərərlər vurarsa, ona qarşı mülki mühakimə icraatı qaydasında müvafiq məbləğdə kompensasiya ödəməsi barədə iddia qaldırıla bilər.

Bu pozuntu ilə bağlı tətbiq oluna bilən beynəlxalq sanksiyalar da vardır.

Dünya ölkələrinin təcrübəsində bu cür əməllərə yol vermiş şəxslərə tətbiq olunan sanksiyalar maraq doğurur. Məsələn, futbol həvəskarlarına yaxşı məlum olduğu kimi dünya futbolunun ən məşhur "meydança basqınçı"larından biri olan ispaniyalı azarkeş "Jimmy Jump" 2004-cü ildən etibarən müxtəlif beynəlxalq oyunlarda meydançaya daxil olmuş və simvolik hərəkətləri ilə tanınmışdı. Nəticədə ona qarşı müxtəlif ölkələrdə cərimələr və ömürlük stadion qadağaları tətbiq edilmişdir.

Ayrı-ayrı ölkələrdə bu cür hallara dair çoxsaylı nümunələr göstərmək olar. Məsələn, İngiltərədə 2022-ci ildə "Manchester City" azarkeşi oyun sonrası meydançaya qaçaraq "Aston Villa" qapıçısına hücum etmişdi. Bunun nəticəsində həmin azarkeşə altı ay azadlıqdan məhrumetmə cəzası təyin olunmuş və onun stadionlara girişi ömürlük qadağan edilmişdir.

ABŞ-da da oyunlar zamanı meydançaya daxil olan şəxslər adətən ciddi cərimələr və məhkəmə qərarları ilə üzləşirlər. Məsələn, ölkədə 2019-cu ildə "Seattle Sounders" azarkeşi oyun zamanı meydançaya qaçaraq komanda oyunçularından biri ilə şəkil çəkdirmək istəmiş, nəticədə o, bu hərəkətinə görə 10.000 dollarlıq cərimə və beş illik stadion yasağı ilə üzləşməli olmuşdur.

Qardaş Türkiyədə də futbol oyunları zamanı bu cür hallara tez-tez rast gəlinir və adətən azarkeşlər inzibati qaydalar çərçivəsində cəzalandırılır. Məsələn, 2014-cü ildə "Fenerbahçe" - "Beşiktaş" derbisi zamanı azarkeşlər kütləvi şəkildə meydançaya daxil olduqlarından kluba cərimə tətbiq edilmiş, icazəsiz daxil olan şəxslər isə stadiondan uzaqlaşdırılmışdır.

Azərbaycana gəldikdə, bu məsələ əsasən İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə tənzimlənir. Ictimai tədbirlərin təhlükəsizliyinə zərər vuranlar cərimə və ya qısa müddətli həbs cəzası ilə cəzalandırıla bilər.

Həyat və ya sağlamlığın, eləcə də ictimai təhlükəsizlik qaydalarının pozulması zamanı zərərçəkən şəxslərə zərər vurularsa, məsuliyyət daha ağır olur və təqsirkar şəxslərə cinayət işləri başlanıla bilər.

Az da olsa, ölkəmizdə də belə pozuntulara yol vermiş şəxslər olub. Məsələn, 2023-cü ildə bir azarkeş "Neftçi" oyununda meydançaya daxil olmuş və klub təhlükəsizliyinə maneə törətdiyi üçün 200 manat cərimə edilmişdi.

Ümumilikdə götürdükdə, oyun meydanına icazəsiz daxil olma hüquqi məsuliyyətlə yanaşı, ictimai təhlükəsizlik və idman təşkilatçılığı üçün də ciddi təhlükə yaradır. Bu problemlərin qarşısını almaq üçün təhlükəsizlik tədbirləri gücləndirilməli, hüquqi tənzimləmələr daha sərt şəkildə tətbiq edilməli, lazım gələrsə, azarkeşlər arasında maarifləndirmə işləri aparılmalıdır.

Meydançaya qanunsuz daxil olmağın qarşısını almaq üçün texnologiyanın son nailiyyətlərindən də faydalanırlar bilər.

Buna aşağıdakıları aid edə bilərik:

- Üz tanıma sistemləri: Azarkeşlərin şəxsiyyəylərinin müəyyən edilməsi və qadağa siyahılarının avtomatik yoxlanışı.

- Dronlardan istifadəsi: Təhlükəsizlik baxışını genişləndirmək və meydançaya daxil olan şəxsləri tez aşkar etmək.

- Smart bilet sistemləri: Meydana girişləri avtomatlaşdıraraq icazəsiz şəxslərin əvvəlcədən müəyyən olunması.

Düzdür, azarkeşlərin sevinc hislərini biruzə verməsi baxımından onların bəzən emosional davranması başadüşüləndir, lakin bu cür hallar belə hüquqi çərçivədə müəyyən olunmuş nizam-intizam qaydalarının pozulmasına əsas vermir.

Yunis Xəlilov
hüquqşünas


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1003   Tarix: 21 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.