"Fransa Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmaqla, burada gedən proseslərə müdaxilə etmək istəyir" - DEPUTAT

"Fransa Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmaqla, burada gedən proseslərə müdaxilə etmək istəyir" - DEPUTAT"Fransa hökuməti Azərbaycanın son illər ərzində qazandığı uğurları həzm edə bilmir. Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın bərqərar olunması, Azərbaycanın Cənubi Qafqaz bölgəsində böyük nüfuz qazanması, bu bölgəyə müdaxilə etmək istəyən Fransanın bu müstəvidəki siyasi kursuna ciddi zərbə vurdu".

Bunu BiG.AZ-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, Fransa Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmaqla, burada gedən proseslərə müdaxilə etmək istəyir:

"Tam əminliklə deyə bilərik ki, Fransa hökumətinin bu siyasəti uğursuzluqla nəticələndi. Fransa hökuməti bununla barışa bilmir. Ona görə də bütün yollarla çalışır ki, Azərbaycan höküməti tərəfindən keçirilən tədbirlərə kölgə salsın. Fransa Azərbaycana qarşı qarayaxma kampaniyasını tək özü deyil, həm də nəzarətində olan dövlətlər vasitəsilə də edir. Makaron hökuməti informasiya məkanında da Azərbaycana qarşı şər-böhtan dolu kampaniyanın aparılmasından çəkinmir və Avropa parlamentində nüfuz sahibi olmasından istifadə edərək böyük türk dünyasının tərkib hissəsi olan Azərbaycanın uğurlarına kölgə salmağa çalışır".

Deputat vurğulayıb ki, COP29 dediyimiz çox mötəbər tədbir faktiki olaraq həm də Paris sazişinin icrasını özündə ehtiva edir:

"Bu sənəd 2015-ci ildə qəbul edilib və Paris də imzalanıb. BMT-nin iqlim dəyişikliyi üzrə tərəflər konfransının əldə rəhbər tutduğu həmin o sazişin bu şəhərdə imzalanması, rəsmi Parisin təşəbbüsü ilə dövriyyəyə atılıb. Bu gün iqlim dəyişikliyi dedikdə ilk əvvəl Paris sazişinə istinad olunur. Bu sazişdə əksini tapmış müddəalarda əks olunan öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müzakirələr COP29-da öz əksini tapır. Rəsmi Parisin belə bir vacib tədbirdə iştirak etməməsi bu ölkənin öz sənədinə hörmətsizlik etdiyinin sübutudur.

Azərbaycan türk dünyasının tərkib hissəsidir. Fransanın türk dünyası ilə bağlı olan mövqeyi Fransa-Türkiyə münasibətində də özünü göstərir. Azərbaycanın uğurlu siyasəti nəticəsində Cənubi Qafqaz bölgəsinə Fransa prezidentinin müdaxiləsinin qarşısının alınması rəsmi Bakını böhtan hədəfinə çevirdi. Bunu da Fransa müxtəlif yollar və bəhanələrlə edir".

Deputat söyləyib ki, Fransanın beynəlxalq aləmdə mötəbər tədbirin keçirildiyi şəraitdə və Azərbaycanın gündəmdə olduğu halda ölkəmizə qarşı şər-böhtan kampaniyası aparması informasiya məkanında fiyasqoya uğradı. 196 dövlətin nümayəndələrinin, 80 dövlətin prezident, vitse-prezident, baş nazirlərin Azərbaycanda iştirakı, 75 mindən çox qonağın COP29 da təmsil olunması, onlarla imzalanan sənədlər, yaradılan platformalar aparılan müzakirələr və COP30-a hesablanmış yeni strategiyanın cızılması, troyka deyilən platformada Azərbaycanın çox uğurla təmsil olunması və sonrakı proseslər onu göstərdi ki, Fransanın bu oyunları çox cılızdır. Təhlükəsizlik şurasının üzvü, 5 dövlətdən biri olsa belə Fransa özünə xas bir tərzdə çirkin oyunlar aparır.

Azərbaycan istər qoşulmama hərəkatında, istərsə də, COP formatında keçirilən tədbirlərdə beynəlxalq hüququn təməl prinsiplərini əsas gətirərək, insan hüquqlarına hörmətlə yanaşılması, beynəlxalq hüququn bütövlüyünün təmin olunması kimi prinsiplər üzərində köklənmiş bir strateji xətti müəyyən edir. Bu da bilavasitə dünyada müstəmləkəçilik təfəkkürü ilə yaşayan bir sıra dövlətləri narahat etdi ki, onlardan da biri Fransadır. Bu gün onlar yeni müstəmləkəçilik siyasəti həyata keçirirlər. Azərbaycanın çağırışları müstəmləkəçilikdən əziyyət çəkən ada dövlətlərdə rəğbətlə qarşılanır. Azərbaycan, Fransa hökümətindən, dünyanın mütərəqqi qüvvələrindən müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı hüquqlarının təmin olunmasını tələb edir. Azərbaycanın bir neçə platformalarda beynəlxalq hüququn təməl prinsiplərini əldə rəhbər tutaraq təbliğ etməsi təbii ki, Fransanın yeni müstəmləkəçilik siyasətinə ziddir.
Fransa höküməti hesab edir ki, Azərbaycan bu kimi fəaliyyəti ilə əsrlər boyu onun oturuşmuş müstəmləkəçilik rejiminin işləməsinə xələl gətirir. Buna görə də, Azərbaycan Fransa tərəfindən hədəf seçilir.

Sülhün və təhlükəsizliyin təmin olunmasında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail olan Azərbaycanın Cənubi Qafqazdakı günü-gündən güclənən mövqeyi bəzi ölkələrdə milli azadlıq hərəkatının daha da yeni miqyas almasına gətirib çıxarır. Bu Fransanın xarici siyasətinə böyük zərbə vurur.

Digər tərəfdən Fransa həzm edə bilmir ki, Azərbaycan ümumiyyətlə Cənubi Qafqaz üzərində gedən bir çox trans milli layihələrin lokomotivində gedir. Bir sıra təşəbbüslərlə çıxış edir və dəstəklənir. Avropa İttifaqına daxil olan ölkələr də Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Azərbaycan həmin dövlətlərin qaz təhlükəsizliyini, enerji təhlükəsizliyini təmin edir. 10 Avropa dövləti bu gün Azərbaycan qazı ilə təmin edilir. Burada da Fransa yenə də siyasi fiyasqoya uğrayıb.

Təxmin etmək olar ki, artıq Emanuel Makron da siyasi karyerasının son dövrlərini yaşayır. Onun bu kimi davranışları ölkənin hüdudları daxilində və xaricində dəstəklənmir. Fransa Senatının sonuncu parlament seçkilərində bunu aydın görmək mümkün oldu. Bu da onu göstərir ki, cəmiyyətdə gedən proseslər Emanuel Makronun həm daxili, həm də xarici siyasəti ilə bağlı narazılıqlarını artırıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 687   Tarix: 22 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıl bahalaşdı

Qlobal əmtəə bazarlarında qiymətli metallar üzrə ticarət qarışıq dinamika ilə başa çatıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın 1 troy unsiyasının qiyməti 20,60 ABŞ dolları və ya 0,51% artaraq 4 070,80 ABŞ dollarına yüksəlib. Spot qızıl isə 3,31 ABŞ dolları və ya 0,08% bahalaşara

25.07.2026 144
.

Sürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur

Bakının müxtəlif ərazilərində mikromobillik imkanlarının artırılması məqsədilə velosiped və skuter istifadəçiləri üçün xüsusi zolaqlar və parklanma sahələri yaradılıb. xəbər verir ki, lakin bəzi istifadəçilər skuterləri nəzərdə tutulan dayanacaq yerlərində saxlamaq əvəzinə, onları səkilərdə, yol kənarlarınd

25.07.2026 172
.

Uşaqpulu haqda YENİ MƏLUMAT - Üstünlük bu ailələrə veriləcək

Son illər Azərbaycanda doğum göstəricilərinin azalması artıq təkcə statistik rəqəm deyil, ölkənin uzunmüddətli demoqrafik, iqtisadi və sosial inkişafı baxımından strateji çağırış kimi qiymətləndirilir. Globalinfoaz-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki,Əhalini

00:13 137
.

İlk dəfə "amansız isti gün" XƏBƏRDARLIĞI ELAN ETDİLƏR

Yaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən "amansız isti gün" xəbərdarlığını ilk dəfə elan ediblər. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiy

25.07.2026 185
.

65 yaşdan sonra işləyənlərə ŞAD XƏBƏR: Pensiya arta bilər...

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da rəsmi əmək müqaviləsi olmadan çalışmağa davam edənlərin sayı az deyil. Lakin bu şəxslərin adına sosial sığorta haqlarının ödənilməməsi gələcəkdə pensiyalarının yenidən hesablanması və ya əlavə pensiya hüquqlarının yaranması ilə bağlı suallar doğurur. Bə

00:21 110
.

Hökməlidə avtoyuma məntəqəsində avtomobil yanıb

Abşeronda avtoyuma məntəqəsində avtomobil yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlərin çevi

25.07.2026 174
.

Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?

Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər həqiqi hərbi xidmətə nə vaxt çağırılır?. xəbər verir ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında "Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsin

25.07.2026 126
.

Donald Tramp ermənipərəst Adam Şiffi "yekəbaş" adlandırdı

ABŞ Prezidenti Donald Tramp 2020-ci il seçkilərində Co Baydenə məğlub olmadığını bir daha vurğulayaraq, 2028-ci ildə yenidən namizədliyini irəli sürəcəyi ilə bağlı zarafatından da qalmayıb. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulund

25.07.2026 169
.

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı strateji obyektlərə zərbələrini təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin Rusiyanın logistika və enerji obyektlərinə zərbələr endirdiyini təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı teleqram kanalında məlumat yayıb. V.Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Tümen

25.07.2026 159
.

TOP MP3