"Alimentin artırılması boşanmaların sayını stimullaşdırır"- Elçin Bayramlı

"Alimentin artırılması boşanmaların sayını stimullaşdırır"- Elçin Bayramlı2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manat olacaq.

Bu məsələ insanlar arasında heç də birmənalı qarşılanmadı. Bəziləri aliment artımının boşanmaların sayını artıracağını deyir, bəziləri isə anaların "çiyinlərində olan yükün" az da olsa azalacağına sevinir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, ölkədə müəyyənləşmiş yaşayış minumumu mövcuddur. Alimentin artırılması yaşayış minimumu ilə bağlı bir məsələdir. Hazırda bu 235 manatdır. Yaşayış minimumu artırıldığı zaman təbii ki, uşaqlar üçün aliment də artır. Çunki, bir uşağın yaşaması üçün dövlətin müəyyənləşdirdiyi məbləğ mövcuddur:

"Alimentin artırılması boşanmaların sayını stimullaşdırır"- Elçin Bayramlı"Bir çoxları alimentin artırılmasını boşanmaların çoxalmasına stimul yaratdığını deyir. Təəssüflər olsun ki, bu bir həqiqətdir. Daha rahat yaşamaq, aliment almaq üçün bir çox qadın boşanmağa meyilli olur. Deməliyəm ki, bu psixoloji bir səbəbdir. Bu məsələdə alimenti kəsmək mümkün deyildir.
Ata 235 manat aliment pulu ödəyəcəksə maaşı ən az 700 manat olmalıdır. Əgər ata 500 manat maaş alırsa, bu onun və övladının yaşayış minimumunu ödəmir. Buna görə də, elə bir siyasət aparılmalıdır ki, ata aliment ödənməsində maddi problem yaşamasın.
Minimum əmək haqqı alan bir ata üçün aliment ödəmək problemdir. Belə hallarda kompensasiya sisteminə keçirilməlidir. Yəni həmin şəxs maaşı ilə alimenti ödəyə bilmirsə dövlət alimenti kompensasiya şəkilində özü ödəməlidir. Bu kompensasiya borc xarakterli olmalıdır. Yəni gələcəkdə yüksək maaşlı işdə çalışarsa həmin pulu dövlətə qaytara bilər.
Elə bir optimal mexanizm seçilməlidir ki, yaşayış minimumu üçün nəzərdə tutulan pulun qədərində aliment ödensin və digər tərəf üçün bu məsələ pul problemi yaratmasın".

Elçin Bayramlı qeyd etdi ki, məsələyə mənəvi tərəfdən yanaşsaq deməliyəm ki, burada artıq boşanmaların az olması üçün nəsə bir mexanizm yaradılmalıdır:

"Alimentin artırılması boşanmaların sayını stimullaşdırır"- Elçin Bayramlı"Qadın alimenti alıb öz bildiyi kimi yaşamaq şəraiti qurmağa gərək görməsin. Alimenti alıb özü üçün xərcləyən analar var. Buna da, nəzarət edilməlidir. Bəzi ölkələrdə müəyyən hesabatlar tələb edilir. Valideynlər dövlətə pulu hara xərclədiyini göstərən çek təqdim edir. Aydın olur ki, alınan aliment uşağın özünə xərclənib.
Bir sözlə elə bir sistem qurulmalıdır ki, qadınlar verilən alimentin pulunda maraqlı olub boşanmasınlar. Bu bir az çətin və ağır mövzudur. Uzun illərdir müzakirə edilir. Burada optimal bir yol tapılmalıdır. Ailələrə sosial dəstək proqramı tərtib edilməlidir. Uşaq pulu məsələsi də gündəmə gətirilməlidir. Ata işləməsə belə uşaq pulu ilə onların ehtiyacları təmin edilməlidir. Bir sözlə mütəxəssislər tərəfindən plan yaradılmalı, müzakirə edilməli və qanun tədbiq edilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1319   Tarix: 25 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

23 il sonra yenidən duet oxuyacaqlar

Əməkdar artist Könül Kərimova və meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəliblər. Axşam.az xəbər verir ki, Moskvada keçirilən toy məclisində görüşən sənətçilər səhnəarxası kadrları sevənləri ilə bölüşüblər. 23 il əvvəlki "Cavanlıq səhvi" duetini canlı oxuyan ifaçılar yenidən işbirliy

16.10.2026 708
.

"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video

ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund

16.10.2026 133
.

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu

Jurnalist Səidə Bəkirqızın xüsusi ittiham qaydasında şikayəti əsasında Sevinc Bağman qızı Hüseynova barəsində ittiham hökmü çıxarılıb. Məhkəmə onu həm böhtan, həm də təhqir cinayətini törətməkdə təqsirli bilib. Bu barədə Səidə Bəkirqızının hüquqlarını müdafiə edən vəkil Yaqub Nəcəflidən aldığımız məlumat

16.10.2026 469
.

AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video

Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb. xəbər verir ki, Türkiyəni

16.10.2026 276
.

Prezident Hindistanın yeni səfirini qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hindistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyin

16.10.2026 203
.

Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?

Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında

16.10.2026 220
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16.10.2026 136
.

Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir

"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml

16.10.2026 223
.

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən daha birinin cəsədi Sarıyer rayonunun Ayazağa bölgəsindək

16.10.2026 254
.