Azərbaycan və İran birgə hərbi təlim keçirir- Münasibətlər normallaşır?

Azərbaycan və İran birgə hərbi təlim keçirir- Münasibətlər normallaşır?İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilir.

Mövzu ilə bağlı BiG.AZ- a danışan politoloq Turan Rzayev bildirib ki, təlimlərin keçirilməsini münasibətlərin tam normallaşması deyil, gərginliyin aradan qalxması və sabitlik kimi şərh etmək olar:

"Azərbaycanın İranla heç bir problemi yoxdur. Bu günə qədər baş verən gərginliklərin əsas səbəbkarı rəsmi Tehrandır. İran istər 44 günlük müharibə, istər lokal xarakterli antirerror əməliyyatı, istər danışıqlar zamanı ancaq destruktiv mövqe sərgiləyib. Azərbaycanı təhdid, şantaj etməklə məşğul olub. Azərbaycan bütün bunlara baxmayaraq, İrana qarşı təmkinli və xoş qonşu münasibətindən başqa bir şey sərgiləməyib. Hətta İran əhalisinin əksəriyyəti şiə etiqadına aid olan Azərbaycanı yox, bir çox hallarda Ermənistanı dəstəkləyib. Azərbaycan bu günə kimi həm din, həm qonşuluq amilini əsas gətirərək Qərbin İrana qarşı sanksiyasının bir parçası olmayıb. İsrail üçün nə hava məkanı, nə ərazisindən istifadəyə imkan verməyib. Amma İran tərəfi hər dəfə Azərbaycanı İsraillə əməkdaşlıqda günahlandırıb. Halbuki özü 44 günlük müharibə zamanı Azərbaycana heç bir yardım etməyib. İsrail Azərbaycanla siyasi, hərbi və bir çox sahədə əməkdaşlıq edir. O ki qaldı mövcud hərbi təlimlərə, İran Azərbaycana təzyiq yolu ilə nəsə etdirməyəcəyini başa düşdü. Qarşısında 2000-ci illərdəki kimi yox, real müharibə görmüş, beynəlxalq aləmdə nüfuzu olan, meqa layihələr icra edən bir Azərbaycan var. Etdiyi təhdidlərin heç bir nəticəsi olmadığını görüb uzlaşma yolunu seçir.Təlimlərlə onu göstərməyə çalışır ki, Azərbaycanla İran arasında heç bir problem yoxdur. Biz İranla hər situasiyada danışıqlara hazırıq. Təhdid ritorikası olarsa, eyni qaydada cavab verəcəyik. Azərbaycan regionda sülh, sabitlik və inkişafın olmasını istəyir və bu istiqamətdə xarici siyasətini davam etdirir. Bu xarici siyasətin bir parçası da İranla münasibətlərdir. Bizim iranla heç bir problemimiz yoxfur. İranın da bizimlə problemi olmadığı təqdirdə əməkdaşlıqlar və təlimlər baş tuta bilər. Tam olaraq münasibətlər normallaşmayıb. Son rəftarlardan sonra İrana qarşı həm ictimaiyyət, həm siyasi elita arasında inamsızlıq var. Ona görə təlimləri münasibətlərin tam normallaşması deyil, gərginliyin aradan qalxması və sabitlik kimi şərh etmək olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 971   Tarix: 25 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib. Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən "Sosial, iqtisadi inkişaf" aylıq məruzəsində məluma

16.10.2026 215
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16.10.2026 148
.

Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto

Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar

16.10.2026 419
.

Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar

16.10.2026 243
.

Aleksandr Lukaşenko: Ukraynada sülh 2026 və ya 2027-ci ildə əldə olunacaq

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün 2026 və ya 2027-ci ildə əldə olunacağına əminliyini ifadə edib. Teleqraf xəbər verir ki, bu barədə A.Lukaşenko "BelTA" agentliyinə açıqlama verib. "Bu sülh olacaq. Əgər bu il olmasa, gələn il. Mən tamamilə əminəm. Rusiya güclü v

16.10.2026 179
.

Həbsdə olan Nəvainin aqibəti necə olacaq?

Qazaxıstanda narkotikə görə həbsdə olan "Navai" ləqəbli azərbaycanlı reper (Nəvai Bəkirov) girov qarşılığında azadlığa buraxıla bilər. Axşam.az xəbər verir kiI, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, reperin vəkilləri həbs qətimkan tədbirinin girovla əvəz olunmasın

16.10.2026 213
.

"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video

ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund

16.10.2026 133
.

"Hamı mənim balama ağladı"

Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd

16.10.2026 245
.

Prezident sarayına raket hücumunda 5 nəfər öldü

Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray

16.10.2026 227
.