Gürcüstan Qərbi yox, Rusiyanı seçdi?

Gürcüstan Qərbi yox, Rusiyanı seçdi?Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Gürcüstan iqtidarı dövlətin milli maraqlarından çıxış edərək belə bir addım atıb və bu, onun Rusiya ilə yaxınlaşması anlamında qəbul olunmamalıdır. Amma gürcü iqtidarı regionda dayanıqlı sülh və təhlükəsizliyin bərqərar olması,habelə,perspektivdə dövlətinə ərazi bütövlüyünün bərpa olunması ilə bağlı amillərdən çıxış edərək Rusiya ilə pozulmuş münasibətlərin bərpası istiqamətində addımlar ata bilər:

"Gürcüstanda hakim "Gürcü arzusu" partiyasının bu ölkənin Avropa İttifaqına üzvlüklə əlaqədar danışıqları 2028-ci ilə qədər dayandırmaqla bağlı qərarı Avropa parlamentinin Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etməsi ilə bağlı qərara etiraz olaraq qəbul olunmuşdur.Məlumdur ki,Avropa parlamenti Gürcüstanda keçən ay keçirilmiş parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib,onu yenidən seçkilər keçirməyə dəvət edir. Əks halda Gürcüstan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasiz gedişi ilə bağlı hüquqlarını ləğv edəcəyi ilə hədələyib.
Avropa Parlamentinin qəbul etdiyi bu qərar Gürcüstan xalqının azad seçimi və siyasi iradəsinə qarşl hörmətsizlik olub. Onun daxili işlərinə qarışmaq beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.Qərb Gürcüstanda iqtidarda görmək istədiyi siyasi qüvvələrin parlament seçkilərində uduzmasından məyus olub və seçkilərin nəticələrini tanımaq istəmir. Qərb institutları ilə bağlı olan müxalifət partiyalarl,habelə QHT-lər vasitəsilə Gürcüstan vətəndaş qarşıdurmasına sürükləyib növbəti dəfə bu ölkədə geosiyasi məzmunlu qızılgül 2 inqilabını həyata keçirmıyə çalışır.Kollektiv Qərb müstəqil Gürcüstan dövlətini təhdid edib ona israrla Qərbin təklif etdiyi "demokratiya yolu" ilə getməyi təklif edir və bu zaman gürcü xalqının istəyi,düşüncə tərzi,dünyaya baxış,mental dəyərləri,cəmiyyət və ailə instututlarına ənənəvi baxışları nəzərə alınmır,gürcülərin qərbsayağı demokratikləşdirilməsi proseslərinin həyata keçirilməsinə daha böyuk önəm verilir.
Gürcüstan dövləti və xalqı ilə təhdid dilində danışan Qərb gürcü xalqının bu istək və arzuları görməzdən gəlir. Gürcü arzusu partiyasının siyasətində "rus izi"axtarır,onu Rusiyanın maraqlarına uyğun siyasət keçirməkdə və beləliklə guya Gürcüstanın milli maraqlarına xəyanət etməkdə günahlandırır.Zamanında Gürcüstan parlamenti tərəfindən "Xarici agentura"barəsində qəbul edilmiş qanunu Qərb Rusiyanın təsiri ilə qəbul olunduğunu bəyan edir,halbuki belə bir qanun ABŞ və AB ölkələrində də çoxdandır ki,quvvədədir.
Gürcüstanda mövqeləri zəifləmiş Qərb bununla barışmaq istəmir. Artıq Gürcüstan prezidenti Zurabaşvili də Qərbin maliyyə dəstəyi ilə küçələrə çıxıb etiraz edənlərə qoşularaq onları mahiyyət etibarı ilə zorakılığa çağırır. Hakimiyyətinin sonuncu günlərini yaşadığının mahiyyətinə vardığı əyan olur.
Gürcüstan iqtidarı dövlətin milli maraqlarından çıxış edərək belə bir addım atıb və bu, onun Rusiya ilə yaxınlaşması anlamında qəbul olunmamalıdır. Hərçənd gürcü iqtidarı regionda dayanıqlı sülh və təhlükəsizliyin bərqərar olması,habelə,perspektivdə dövlətinə ərazi bütövlüyünün bərpa olunması ilə bağlı amillərdən çıxış edərək Rusiya ilə pozulmuş münasibətlərin bərpası istiqamətində addımlar ata bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1299   Tarix: 29 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.