Manana kimdir? – Gürcü gözəli niyə Bakını seçdi?

Manana kimdir? – Gürcü gözəli niyə Bakını seçdi?BiG.AZ lent.az-a istinadən"Bioqrafiya" rubrikasında 28 ildir Bakıda yaşayan gürcüstanlı müğənni Əməkdar artist Manana Çaparidzedən bəhs edir.

- Manana nə zaman və harada anadan olub?

Manana Caparidze 1978-ci il dekabrın 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub.

- Manananın musiqi təhsili var?

İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Gürcüstanda populyar olan "Toliya" və "Çiora " uşaq kollektivlərinin solisti kimi çıxış edib. Orta məktəblə paralel vokal sinfi üzrə Tbilisi İncəsənət Gimnaziyasını bitirib.

1995-2000-ci illərdə Almaniya Müasir İncəsənət, Caz və Şou-biznes Akademiyasının Tbilisi filialının vokal şöbəsində təhsil alıb. 1996-cı ildə Gürcüstanın Borjomi şəhərində keçirilən "Büllur şam ağacı" gənc ifaçılar müsabiqəsinin qalibi, 1997-ci ildə Moskvada "Büllur not" beynəlxalq gənc ifaçılar müsabiqəsinin laureatı olub. Manana azərbaycanca, rusca, gürcücə, ingiliscə mahnılar ifa edir.

- Manana Bakıya nə zaman gəlib?

1998-ci ilin axırında Manana Bakıya gəlib. Burda onun müğənnilik fəaliyyəti başlayıb. 2000-ci ilin əvvəlində Manananın "Sənə verdim ürəyimi" adlı ilk albomu işığ üzü görür. - Manana hansı müsabiqələrdə iştirak edib?

1999-cu ildə Alma-Atada "Asiyanın Səsi" festivalında "Qran-pri"yə layiq görülüb. Həmin il Ukraynada "Slavyanskiy bazar" festivalının qalibi olub. Praqada keçirilən "UNIVERSTALENT - 2000" festivalının laureatı, 2000-ci ildə Şanxayda keçirilən "GOLDEN VOICE OF ASIA" müsabiqəsinin "Qran-pri" sahibi seçilib. 2001-ci il Moskvada "Şire kruq" televiziya musiqi müsabiqəsinin qalibi olub. 2015-ci ildən The Voice müsabiqəsinin Azərbaycan versiyası olan Səs Azərbaycan yarışmasının münsifidir.

- Manana Bakıda konsert verib?

Manana Azərbaycanda iki dəfə solo-konsert verib. Birinci konsert 2000-ci ilin mart ayında, Heydər Əliyev adına sarayda keçirilib, ikinci konsert isə 2002-ci ildə, "Şəhriyar" adına konsert salonunda olub. Manana bir neçə Avropa ölkələrində də konsert proqrammı ilə çıxış edib.

- Manana ailəlidir?

Müğənni 2008-ci ilin əvvəlində ailə həyatı qurub. Əri Georgi Qabalev biznesmendir. Gürcüstanda otel biznesi var. Amma əsasən Bakıda yaşayır. İki övladı var- Elizabet və David. Uşaqları ötən ildən Gürcüstanda yaşayır.

Bu barədə o belə danışıb: "Övladlarım Gürcüstanda məktəbə gedirlər. Qızım Elizabet böyük, oğlum David isə kiçikdir. Mən Bakıda yaşasam da çox tez-tez görüşürük. Övladlarım Bakıya gəlirlər, yaxud mən Gürcüstana gedirəm.

Oğlum da, qızım da musiqi ilə məşğul olur. Amma bu yalnız onların dünyagörüşü üçündür. Əgər istedadları varsa, musiqini dərindən bilməlidirlər. Oğlum 9 yaşındadır. İdmanla da məşğul olur. O, məktəbdə yüksək qiymətlərlə oxuyur, əlaçıdır. Qızım da əlaçıdır, ingilis dillidir. On beş yaşlı qızımın uğurları çoxdur. Özü diplomat olmaq istəyir. Eyni zamanda mahnı oxuyur, rəqs edir. Həkimlik sahəsindən başqa özünü bütün sahələrdə görür - iqtisadçı, menecer, hüquqşünas, diplomat, səfir və sair. Biz valideyn kimi seçim etməkdə tələsmirik, əsas odur, əlaçıdır, çalışqandır. Həmişə mənə deyir Kİ, Ana, elə yaşayacam ki, sən də, atam da mənimlə fəxr edəcəksiniz. Oğlum da belədir. Biz valideyn kimi onları dəstəkləyirik və dua edirik ki, yolları açıq olsun".

- Azərbaycana sevgi, maraq Mananada haradan yaranıb?

Bu barədə özü belə danışıb: "Mən artıq 28 ildir ki, Azərbaycandayam. 28 il bundan əvvəl Azərbaycan haqqında çox şey bilmirdim. Müğənnilərdən təkcə Zeynəb Xanlarovanı tanıyırdım. Evdə həmişə atam, babam onun mahnılarına qulaq asırdı. Mən də uşaq idim, Zeynəb xanımın mahnılarını zümzümə edirdim. Böyük arzum idi ki, müğənni olum.

İlk dəfə "Kinoklub" verilişindən tanındım. Verilişin rəhbəri Etibar Babayev səsimin gözəl olduğunu bildirib məni verilişə dəvət etdi. O zaman 16-17 yaşım var idi. Həmin verilişdə iştirak edərkən mən qətiyyən sizin dildə danışa bilmirdim, heç nə başa düşmürdüm. Verilişin qonaqları alqış edəndə mən də alqışlayırdım, güləndə gülürdüm. Özümə müəllim tutmuşdum. Amma müəllimdən də əlavə çalışırdım ki, insanlarla çox ünsiyyətdə olum. Hətta xahiş edirdim ki, mənimlə rus yox, Azərbaycan dilində danışsınlar. Səhər-axşam qəzetlər, kitablar oxuyurdum. İndi daha qonaq yox, azərbaycanlıyam. Evimiz buradadır. Gürcüstana getsəm də yenə bura qayıdıram. Gürcüstana gedəndə də Azərbaycanı təmsil edirəm. Oradakı verilişlərdə qonaq olarkən hamını Azərbaycan dilində salamlayıb, bu dildə mahnı oxuyuram."

Noyabrın 18-də Manananın anası Makvala xanım vəfat etdi. Əməkdar artist bu ağır itkidən sarsıldı. Anası barədə son paylaşımında "Mənim sevimli, əziz, misilsiz anam, qoruyucu mələyim, öz mehriban ürəyini və dualarını mənə buraxdı. Onun nurlu ruhu isə atam və qardaşımladır. Ana, sevginə, qayğına ,mənə verdiyin həyata, mənə etdiyin hər şeyə görə, sənə təşəkkür edirəm. Sən əbədi mənimlə və ürəyimdə, canımda, dualarımda qalacaqsan. Bu cür misilsiz anaya, qoruyucu mələyə görə, uca Allaha təşəkkür edirəm" yazaraq onu əbədiyyətə yola saldı.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1260   Tarix: 01 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.