Laçının işğaldan azad edilməsindən dörd il ötür
Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür.
"Report" xatırladır ki, rayonun yadelli düşmən tapdağından qurtulmasından dörd il ötür.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.
Laçın rayonu Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ilin mayın 18-də işğal edilib.
Laçının azadlığına gedən yol isə 2020-ci ilin payızında başlayıb. Həmin ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib. Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatıb, işğalçılardan təmizlənən şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli şanlı bayrağımız ucaldılıb.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamıyla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib.
Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km məsafədə yerləşir.
Ümumi sahəsi 1 835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrlə 3 600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3 594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, o da Araz çayına qovuşur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 859 Tarix: 01 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəyat yoldaşınız sizdən uzaqlaşır? - Evlilikdə diqqət çəkən 7 əlamət
Münasibətlərdə böhran həmişə mübahisələr və ya boşanmaq barədə söhbətlərlə başlamır. Bəzən ər-arvad arasındakı emosional məsafə səssizcə artır: söhbətlər azalır, bir-birinin həyatına maraq zəifləyir, gündəlik qayğı və nəvaziş unudulur. xarici mediaya istinadla xəbər verir ki, "Psychology Today"
16.10.2026 224 Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist - Axtarışa verildi
Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə müxtəli
16.10.2026 274 "Hamı mənim balama ağladı"
Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd
16.10.2026 245 Afaqın ailəsində toy
Aparıcı Afaq Gəncəlinin ailəsində xoş gün yaşanıb. Axşam.az xəbər verir ki, aparıcının qardaşı qızı ailə qurub. Afaq Gəncəli məclisə şou-biznes nümayəndələrini də dəvət edib. Gecədən görüntülər sosial şəbəkədə paylaşılıb
16.10.2026 349 Aleksandr Lukaşenko: Ukraynada sülh 2026 və ya 2027-ci ildə əldə olunacaq
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün 2026 və ya 2027-ci ildə əldə olunacağına əminliyini ifadə edib. Teleqraf xəbər verir ki, bu barədə A.Lukaşenko "BelTA" agentliyinə açıqlama verib. "Bu sülh olacaq. Əgər bu il olmasa, gələn il. Mən tamamilə əminəm. Rusiya güclü v
16.10.2026 179 Köhnə cins şalvarlar yenidən dəbdə
2026-cı ilin payız mövsümündə cins şalvar dəbində gözlənilməz dəyişikliklər baş verir. Bir vaxtlar dəbdən düşmüş hesab edilən modellər yenidən populyarlıq qazanır. Ola bilsin ki, bu mövsümün ən dəbli cins şalvarı artıq uzun müddətdir qarderobunuzda saxladığınız köhnə geyimdir. xarici KİV-ə istinadə
16.10.2026 236 LED lampalar sağlamlıq üçün təhlükəlidir?
Gündəlik istifadə etdiyimiz LED lampaların sağlamlığa təsiri ilə bağlı iddialar müzakirələrə səbəb olub. Britaniyalı neyrobioloq Qlen Ceffri bu işıq mənbələrinin hüceyrələrin enerji istehsalına mənfi təsir göstərə biləcəyini bildirib. Bununla belə, adi məişət şəraitində LED işıqlandırmanın insanlard
16.10.2026 202 Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi
1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl
16.10.2026 162 Alimlər "mini beyinlər" yaratdılar: Məqsəd nədir?
Alimlər dağınıq skleroz xəstəliyinin araşdırılması və yeni müalicə üsullarının hazırlanması üçün insanın sinir sistemini təqlid edən, düyü dənəsi ölçüsündə üçölçülü hüceyrə modeli yaradıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın Monash Universiteti və Florey Neyrologiya və Psix
16.10.2026 219