Tramp daha bir sadiq tərəfdarına yüksək vəzifə verib

Tramp daha bir sadiq tərəfdarına yüksək vəzifə veribABŞ-nin seçilmiş prezidenti Donald Tramp Keşyap Pateli Federal Təhqiqat Bürosunun direktoru vəzifəsinə təklif edib.

"Report" xəbər verir ki, bu barədə amerikalı siyasətçi sahibi olduğu "Truth Social" sosial şəbəkəsində yazıb.

"Qürurla Keşyap "Keş" Patelin FTB-nin növbəti direktoru olacağını elan edirəm. Keş parlaq hüquqşünas, müstəntiq və "Öncə Amerika" mübarizidir, o, öz karyerasını korrupsiyaya qarşı mübarizəyə, ədaləti müdafiə etməyə və Amerika xalqını qorumağa həsr edib. O, "Russia, Russia, Russia Hoax"u ifşa etməkdə mühüm rol oynayıb və həqiqətin, məsuliyyətin və Konstitusiyanın müdafiəçisi kimi çıxış edib", – respublikaçı qeyd edib.

"Russia, Russia, Russia Hoax" Donald Trampın 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi və onun kampaniyasının Moskva ilə əlaqələri barədə araşdırmaları təsvir etdiyi ifadədir. Tramp iddia edirdi ki, bu araşdırmalar siyasi "əcinnə ovu"nun bir hissəsi idi və prokurorluğun təqdim etdiyi sübutlar isə saxta idi.

Tramp FTB-nin yeni direktoru ilə "Amerikada cinayətkarlıq epidemiyasına son qoyacağına, miqrantlardan ibarət cinayətkar qruplaşmaları zərərsizləşdirəcəyinə və ABŞ sərhədindən keçən narkotik və insan alverini dayandıracağına" əminliyini ifadə edib.

44 yaşlı Patel Trampın keçid komandasının üzvüdür və növbəti administrasiyada əsas vəzifələrə namizədlərin müzakirəsində iştirak edir. NBC telekanalının qeyd etdiyi kimi, Patel "Trampın maksimum sadiq tərəfdarı" hesab olunur və o, 2020-ci il seçkilərində qələbənin demokrat Cozef Bayden tərəfindən "oğurlandığına" əmindir. Trampın məğlubiyyətindən sonra Patel "Amerika vətəndaşlarına yalan danışan və Baydenə seçkilərin nəticələrini saxtalaşdırmağa kömək edən" məmurlar və jurnalistlərlə məşğul olacağına söz verib.

Əvvəllər Patel Ağ evin Milli Təhlükəsizlik Şurasında işləyib, milli kəşfiyyat direktorunun vəzifəsini müvəqqəti icra edənin müşaviri olub və Trampın prezidentlik müddətinin sonunda ABŞ müdafiə nazirinin aparatına başçılıq edib. "Associated Press"ə görə, Konqresin Senatı tərəfindən onun namizədliyi təsdiq edilərsə, Patel büronun işində radikal dəyişikliklər edəcək. Agentlik xatırladır ki, əvvəllər Patel FTB və ABŞ Ədliyyə Nazirliyində təmizləmələrin aparılmasını dəstəkləyib və büronun Vaşinqtondakı qərargahının bağlanmalı və orada "Dərin Dövlət muzeyi"nin təşkil edilməli olduğunu bəyan edib. ABŞ-də "dərin dövlət" dedikdə böyük təsirə malik olduğu düşünülən kölgə bürokratik strukturlar nəzərdə tutulur. "Dərin dövlət" anlayışı XX əsrdə Türkiyədə yaranıb və hərbi qüvvələr, xüsusi xidmət orqanları və bürokratiyanı əhatə edən, demokratik nəzarətdən kənar fəaliyyət göstərən gizli hakimiyyət strukturlarını təsvir etmək üçün istifadə olunub. Bu termin rəsmi qurumları kənarda qoyaraq siyasətə təsir göstərə bilən gizli şəbəkələri ifadə edir. ABŞ-də bu termin XXI əsrin əvvəllərində, xüsusilə Donald Trampın prezidentliyi dövründə siyasi diskursda populyarlaşıb.

Patel FTB direktoru vəzifəsində Kristofer Reyi əvəz edəcək. Rey bu vəzifəyə 2017-ci ildə Trampın ilk prezidentlik müddətində təyin edilmişdi. Büro rəhbərinin səlahiyyət müddəti 10 il təşkil edir, lakin "Associated Press"in qeyd etdiyi kimi, Reyin ehtimal olunan istefası gözlənilməz olmayacaq, çünki Tramp onun işindən çoxdan narazıdır. Respublikaçı dəfələrlə bəyan edib ki, xüsusi xidmət orqanı öz vəzifələrinin öhdəsindən gələ bilmir və onun rəhbərliyi araşdırmaları siyasiləşdirir. Noyabrda "The Washington Post" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Rey "2025-ci ilin əvvəlindən sonrakı dövr üçün iş qrafikini tərtib edir və istefaya getmək niyyətində olduğuna dair heç bir əlamət göstərmir".

Xatırladaq ki, daha əvvəl Britaniyanın "The Guardian" qəzeti Trampın ona "sadiq olanlara səxavətlə mükafat verəcəyini, düşmənlərindən isə amansız qisas alacağını gizlətmədiyini" yazmışdı. Belə ki, köşə yazarı Arva Mahdavi Trampın keçmiş tənqidçilərinin birdən-birə onun haqqında "yanıldıqlarını" başa düşdükləri vəziyyəti qeyd edərək bunu "yaltaqlığın qızıl çağı" kimi təsvir etmişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 819   Tarix: 01 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakının bu rayonunda 30 bina söküləcək

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". "Qafqazinfo" -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, sökünt

16.10.2026 303
.

Yeni səfir ailəsi ilə Prezidentin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlha

16.10.2026 312
.

"Hamı mənim balama ağladı"

Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd

16.10.2026 245
.

Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?

Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında

16.10.2026 220
.

"Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq"

"Ukrayna münaqişəsini həll etmək mümkün olacaq, lakin artıq Zelenskisiz". Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Newsmax"a müsahibəsində bildirib. Rusiyanın neft emalı zavodlarına zərbə endirilməməsi ilə bağlı xahişlərinin nəticəsiz qalması barədə danışan AB

16.10.2026 182
.

Zəhərli hörümçək udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

16.10.2026 190
.

Bu ölkədə ev alanlara 40 min avroyadək dəstək - Şərtlər AÇIQLANDI

İspaniyanın La-Rioxa bölgəsində kiçik yaşayış məntəqələrində ev almaq və ya tikmək istəyənlərə 40 min avroyadək subsidiya verilir. Yardımla mənzilin dəyərinin 40 faizədək hissəsini qarşılamaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "Revive" adlı proqram kənd yerlərində əhalini

16.10.2026 156
.

"Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY

"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə

16.10.2026 230
.

Təyyarədə belə oturmaq tromb riskini artıra bilər - XƏBƏRDARLIQ

Təyyarədə uzun müddət hərəkətsiz oturmaq sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə ayaqları çarpazlaşdıraraq oturmaq qan dövranına mənfi təsir göstərə və ayaqlarda şişkinliyə səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, pulmonologiya və intensiv terapiya üzrə mütəxəssis Nin

16.10.2026 209
.