"Həmin həkimlərdən biri də Xatirə İslamın bacısıdır"

"Həmin həkimlərdən biri də Xatirə İslamın bacısıdır"Azərbaycanda fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımları ilə gündəmdən düşməyən ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova bu dəfə müğənni Xatirə İslamın həkim bacısı Günel Əzizova ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, jurnalist onun tibb diplomu olmadığını idda edib:

"Azərbaycanda tibb sahəsində necə "yaradıcı" yollarla həkim titulunun paylandığı və şou-biznesin bu prosesdəki "qeyri-rəsmi rolu" haqqında danışmaq istəyirəm. Burada həm ciddi bir məsələni qabardacağam, həm də bir az sarkazmla məsələyə işıq tutacağam. Başlayaq özünü "həkim" kimi təqdim edən Günel Əzizovadan. Xatırladım ki, Günel xanım sosial şəbəkələrdə pasiyentlərini qəbul edərkən onların video görüntülərini yayımlayır, üstəlik, müayinə zamanı deontoloğiya elminə əməl etməyərək onları sözlə əzirdi…

Bir az araşdırmadan sonra məlum oldu ki, Günel xanımın tibb təhsili yoxdur. Amma bu, onun əməliyyatlar aparmasına, ginekoloji prosedurlar həyata keçirməsinə mane olmayıb. Əksinə, o, özünə o qədər güvənir ki, hətta bəzən əməliyyatlara başçılıq edib. Amma heç bir sənəddə adı keçmir. Belə görünür ki, Azərbaycanın bəzi özəl klinikaları üçün əsas məsələ tibbi təhsil yox, "yaradıcılıq" bacarığıdır. Ən maraqlı məqam isə Günel Əzizovanın məşhur bacısıdır – Azərbaycanın şou-biznes ulduzu Xatirə İslam. Xatirə xanımın təsiri ilə Günel Əzizova bir zamanlar tibb müəssisələrində Mirezim Zaidov adlı həkimin köməkçisi kimi işə başlayıb".

G.Ataşova bildirib ki, G.Əzizova əvvəl bir müddət yeni doğulmuş uşaqların olduğu ginekoloji şöbədə işləyib. Jurnalist onun daha sonra tək fəaliyyət göstərdiyini yazıb. O, əvvəllər kosmetolok işləyən G.Əzizovanın daha sonra həkim-ginekoloq kimi fəaliyyət göstərdiyini bildirib.

"Maraqlıdır ki, bu məsələlərdə bəzi klinikaların rəhbərliyi heç bir tədbir görmür. Görünür, TikTok və digər sosial media platformaları artıq tibbi peşəkarlıqdan daha üstün tutulur. Əgər həkimlərimiz bu cür səviyyələrə düşəcəksə, gələcəyimizə necə ümidlə baxa bilərik? Sonda deyim ki, məqsədim kimisə incitmək yox, cəmiyyətimizi maarifləndirməkdir. Həkimlərimizdən isə bir ricam var: TikTok səviyyəsinə düşməyin. Çünki bu səviyyə nə sizə yaraşır, nə də Azərbaycan səhiyyəsinə" deyə, G.Ataşova əlavə edib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2365   Tarix: 02 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsmail Hacıoğlu "Yeraltı"nda

"NOW" kanalında yayımlanan "Yeraltı" serialına daha bir aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində İsmail Hacıoğlu rol alacaq. O, layihədə "Bozo"nun Uraz Kayqılaroğlu düşmənini canlandıracaq. Qeyd edək ki, "Yeraltı"nda baş rolları Devrim Özkan

19.07.2026 552
.

Corcio Armani haqda serial çəkilir

Məşhur italyan modelyer Corcio Armaninin həyatından bəhs edən serial hazırlanır. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Adı açıqlanmayan layihənin istehsalını İtaliyanın "Lux Vide" şirkəti "Armani" moda evi ilə birgə həyata keçirəcək. Ekran işini

02.08.2026 211
.

Ayrılmaları ilə bağlı suala etiraz etdi

Türkiyəli aktyor Kubilay Aka sevgilisi Hafsanur Sancaktutan ilə ayrılması barədə yayılan iddialara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktyor münasibətlərinin davam etdiyini açıqlayıb. "Əlaqəmiz davam edir, heç bir problem yoxdur. Münasibətlər sosial mediada yaşanmır", - deyə Kubila

19.07.2026 381
.

Aysel Teymurzadənin yeni görüntüsü AĞILLARI BAŞDAN ALDI - FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Aysel dərin yarıqlı ağ libasda göz oxşayıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımın

26.07.2026 648
.

Yeni layihəsi bəlli oldu

Türkiyəli aktyor Fikrət Kuşkanın yeni layihəsi bəlli olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Evlilik güzeldir" serialında rol alacaq. O, layihədə "Mesut Bahtiyar" obrazına həyat verəcək. Qeyd edək ki, layihə "TRT1" kanalında yayımlanacaq

25.07.2026 266
.

"İstirahət burnumuzdan gəldi" - Ayan XOŞAGƏLMƏZ HADİSƏ İLƏ ÜZLƏŞDİ

Müğənni Ayan Babakişiyeva istirahət zamanı xoşagəlməz hadisə ilə üzləşib. İfaçı mobil telefonunu istirahətdən qayıdarkən Antalyada hava limanında unutduğunu bildirib. Ayan qeyd edib ki, buna görə istirahətlərinin zövqü yarımçıq qalıb. "Selena sağ olsun. Telefon Antalya hava limanında qalıb. Bütü

19.07.2026 630
.

Şakira Mbappeni klipində oynamasına necə razı saldı?

Kolumbiyalı dünya ulduzu Şakira 2026-cı il Dünya çempionatının rəsmi himni olan "Dai Dai" mahnısı ilə yenidən turnirin simalarından birinə çevrilib. xarici mediaya istinadən xəbər verir ki, mahnının klipində Lionel Messi, Erlinq Holand, Harri Keyn, Luis Dias, Camal Musiala, Kilian Mbappe kim

26.07.2026 454
.

Kadir İnanırın mirası kimə qalacaq?

Türkiyənin tanınmış aktyoru Kadir İnanırın vəfatından sonra onun mirası və vəsiyyəti ilə bağlı yeni detallar ortaya çıxıb. Axşam.az xəbər verir ki, sənətçi 2015-ci ildə bir, 2022-ci ildə isə notarius iştirakı ilə daha iki ayrı vəsiyyətnamə hazırlayıb. Bildirilir ki, hazırda məzmunu gizli saxlanılan vəsiyyətnamələ

26.07.2026 421
.

Elşad Xosenin ÖLÜM XƏBƏRİ YAYILDI - AÇIQLAMA

Reper Elşad Xose barədə sosial şəbəkələrdə ölüm xəbəri yayılıb. Məsələ ilə bağlı Axşam.az-a danışan reper Dado yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib. "Elşadın yaxınları ilə danışmışam. Hər şey qaydasındadır, sağ-salamatdır. Ölməyib. Yaxın vaxtlarda Elşad özü də bununla bağlı açıqlam

01.08.2026 701
.

TOP MP3