"Ağır fəsadlı hadisələrin baş verməməsi üçün insanlara vaxtında xidmət göstərmək lazımdır"Elməddin Muradlı
Qış aylarında yağıntıların olması təbii olaraq yollarda nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradır. Sürücülərin bəziləri qışa tam hazır olduqlarını deyir. Bəziləri isə təkərləri dəyişdirməyə pulunun olmadığını söyləyirlər.
Adətən paytaxta qısamüddətli yağış yağanda belə bəzi küçə və prospektləri su basır, müəyyən gölməçələr yaranır, yollarda toplanan yağış suları həm avtomobillərin, həm də piyadaların hərəkətini çətinləşdirir. Bəs qar yağanda necə hansı mənzərə ilə qarşılaşacağıq?
BiG.AZ-a mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eməddin Muradlı qeyd edib ki, nəqliyyat vasitələrinin qışa hazırlığı sürücülərin hüquq və vəzifələri sırasındadır. Sürücülər gərək öz avtomobillərinə vaxtında texniki qulluq göstərsinlər. Qışa hazırlaşdırıb, saz vəziyyətdə saxlasınlar. Burada ilk növbədə avtomobil təkərlərini qeyd etmək lazımdır. Qış təkərlərindən mütləq istifadə edilməlidir. Əgər sürücülərin buna maddi imkanı çatmırsa qış mövsümünə dözə biləcək təkərlərdən istifadə etməlidirlər. Avtomobillərin isitmə və soyutma sistemlərinə də nəzarət edilməlidir:
"Yollara gəlincəsə qışa hazırlıq prosesi hələ də gedir. Çünki yolların qışa hazırlanması üçün bəzi yerlərin təmizlənməsi lazımdır. İllər ərzində verilən sözlərin nə vaxtsa gerçək olacağını görməmişik. Bu il qismən dəyişiklik ola biləcəyini düşünürəm. Yenə də qar yağanda əsas küçələr təmizlənəcək, digərləri isə diqqətdən kənarda qalacaqdır. Təəssüf ki, bu hazırda reallığımızdır. Respublika əhəmiyyətli yollarda vəziyyət nəzarət altında saxlanmalıdır. Hadisə baş verəndən sonra müdaxilə etməyə ehtiyac yoxdur.
Proqnozlar bürosu vaxtında hansı istiqamətlərdə qar yağacağı haqqında məlumat verir. Həmin istiqamətlərdə texnikalar yerində olmalıdır. Lakin qar yağdığı zaman sürücülər təxliyə edilir. Yolda qalanlara polis əməkdaşları xidmət göstərib, təhlükəsizliklərini təmin edirlər. Lakin adiyyəti qurumların xilasedicilərinin hadisə yerində görmək olmur. Hər zaman hadisə baş verdikdən sonra müdaxilə edilir. Bu da artıq gec qərar olur. Ağır fəsadlı hadisələrin baş verməməsi üçün insanlara vaxtında xidmət göstərmək lazımdır. İnsanların bu halda adiyyəti qurumlara qarşı güvəni itir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 882 Tarix: 02 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar
16.10.2026 243 Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?
Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında
16.10.2026 220 Prezident sarayına raket hücumunda 5 nəfər öldü
Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray
16.10.2026 227 Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16.10.2026 148 Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto
Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar
16.10.2026 419 "Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq"
"Ukrayna münaqişəsini həll etmək mümkün olacaq, lakin artıq Zelenskisiz". Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Newsmax"a müsahibəsində bildirib. Rusiyanın neft emalı zavodlarına zərbə endirilməməsi ilə bağlı xahişlərinin nəticəsiz qalması barədə danışan AB
16.10.2026 182 İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən daha birinin cəsədi Sarıyer rayonunun Ayazağa bölgəsindək
16.10.2026 254 Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16.10.2026 190 Təyyarədə belə oturmaq tromb riskini artıra bilər - XƏBƏRDARLIQ
Təyyarədə uzun müddət hərəkətsiz oturmaq sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə ayaqları çarpazlaşdıraraq oturmaq qan dövranına mənfi təsir göstərə və ayaqlarda şişkinliyə səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, pulmonologiya və intensiv terapiya üzrə mütəxəssis Nin
16.10.2026 209