"Azərbaycanlıların dinc, ləyaqətli formada yaşayış hüququ Ermənistan tərəfindən qorunmalıdır"- Tural İsmayılov
1828-ci ildən başlayaraq indiki Ermənistan ərazisinə İrandan, Türkiyədən, Suriyadan, sonralar isə Avropa ölkələrindən köçürülən ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçiriblər. Zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə cinayətlər və insan hüquqlarının kobud pozulması 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. 1918-ci ildə 10 min kvadratkilometr ərazidə himayədarlarının köməyi ilə öz müqəddəratını təyin edən, ilkin dövlətlərini (Ararat) yaradan ermənilər 1933-34-cü illərdə SSRİ rəhbərliyinin xeyir-duası ilə ərazilərini 29,8 min kvadratkilometrə çatdırıblar. Zəngəzur da daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox kənd və qəsəbələr Ermənistana verilib. Ermənistanın monoetnik dövlətə çevrilməsi milyonlarla azərbaycanlının öldürülməsi, fiziki işgəncələrə məruz qalması və dədə-baba yurdlarından qovulması hesabına başa gəlmişdir. 1828-ci ildə İrəvan şəhərində yaşayan əhalinin 80 faizini azərbaycanlılar təşkil etdiyi halda, hazırda nəinki İrəvan şəhərində, ümumiyyətlə, indiki Ermənistan ərazisində 1 nəfər də olsun azərbaycanlı yaşamır. Halbuki Azərbaycanın Qarabağ iqtisadi zonasında 20 minə yaxın erməni yaşayır.
Bu gün əzəli və əbədi torpaqlarımız olan Qərbi Azərbaycana Qayıdış məsələsi gündəmdədir.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası son 200 il ərzində indiki Ermənistan ərazisindən deportasiya olunmuş, müxtəlif təzyiqlərə məruz qalaraq qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin edən çərçivə sənədidir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, Qərbi Azərbaycana qayıdışla bağlı konkret prioritet hədəflər mövcuddur. Əlbəttə ki, Azərbaycan, soydaşlarının doğma yurdlarına dinc qayıdışını təşviq edən bir ölkədir. Bunun üçün birinci Ermənistan dövləti təhlükəsizlik öhdəliyi götürməlidir. Qərbi Azərbaycana qayıdan soydaşlarımızın rahat və dinc yaşayışı, təhlükəsizliyinin yüksək səviyyədə təmin ediləcəyinə zəmanət verilməlidir:
"Bu gün Ermənistana müxtəlif turistik səfərlər edən Türkiyə vətəndaşları və yaxud da türk video bloqerlər özəlliklə tarixi qədim Azərbaycan olan ərazilərdə sonradan məskunlaşdırılmış ermənilər tərəfindən təziq və təhdidlərə məruz qalırlar. Buna görə də, azərbaycanlıların dinc, ləyaqətli bir formada yaşayış hüququ yaxud da öz dədə-baba torpaqlarını ziyarət hüququ təhlükəsizlik baxımından Ermənistan tərəfindən yüksək səviyyədə qorunmalıdır.
Ermənistan təhlükəsizlik zəmanəti verdikdən, öz ölkəsindəki faşizm abu-havasını dağıtdıqdan, sonra, hesab edirəm ki, azərbaycanlıların Qərbi Azərbaycana dinc qayıdışı hadisəsi də mərhələli şəkildə baş verəcəkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 696 Tarix: 02 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar
16.10.2026 243 Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?
Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında
16.10.2026 220 Prezident sarayına raket hücumunda 5 nəfər öldü
Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray
16.10.2026 227 Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16.10.2026 148 Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto
Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar
16.10.2026 419 "Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq"
"Ukrayna münaqişəsini həll etmək mümkün olacaq, lakin artıq Zelenskisiz". Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Newsmax"a müsahibəsində bildirib. Rusiyanın neft emalı zavodlarına zərbə endirilməməsi ilə bağlı xahişlərinin nəticəsiz qalması barədə danışan AB
16.10.2026 182 İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən daha birinin cəsədi Sarıyer rayonunun Ayazağa bölgəsindək
16.10.2026 254 Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16.10.2026 190 Təyyarədə belə oturmaq tromb riskini artıra bilər - XƏBƏRDARLIQ
Təyyarədə uzun müddət hərəkətsiz oturmaq sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə ayaqları çarpazlaşdıraraq oturmaq qan dövranına mənfi təsir göstərə və ayaqlarda şişkinliyə səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, pulmonologiya və intensiv terapiya üzrə mütəxəssis Nin
16.10.2026 209