Suriya üsyançılarının əsas lideri DANIŞDI: "Əsəd rejimi ölüb"

Suriya üsyançılarının əsas lideri DANIŞDI: "Əsəd rejimi ölüb""Cəbhət ən-Nusra"nın lideri Əbu Məhəmməd əl-Culani müsahibə verərək, təşkilatının imicini yumşaltmağa çalışıb. ABŞ-da bu, terrorçu hesab olunur. Əl-Culani deyib: "Mən artıq gəncliyimdə olan fikirlərə əməl etmirəm. Yeni Suriyada azlıqların öz yerləri olacaq".

Lent.az bildirir ki, əsl adı Əhməd əş-Şara olan əl-Culani CNN-ə müsahibəsində təşkilatın yeni tərəfini göstərməyə çalışıb. O, əvvəllər ictimailəşməkdən yayınırdı. 2013-cü ildə müsahibələrində üzünü gizlədirdisə, indi açıq şəkildə, gündüz və maskasız ünsiyyət qurur. Bu addım onun fəaliyyətini qanuniləşdirmək səylərinin bir hissəsidir.

Keçmişdə "Əl-Qaidə" ilə əlaqəsi olan "Cəbhət ən-Nusra"nın lideri fikirlərinin dəyişdiyini etiraf edib. "20 yaşında olan insan 30, 40 və ya 50 yaşında olandan fərqli düşünür. Bu normaldır" deyib.

Əl-Culani həmçinin "digər qrupların qəddar taktikalarından" uzaqlaşaraq, özünün heç vaxt mülki şəxslərə qarşı hücumlarda iştirak etmədiyini bildirib. "Biz ölkədəki xristianların və digər azlıqların təqib edilməməsi üçün hər cür səy göstərmişik", - o vurğulayıb.

O, Bəşər Əsəd rejimi ilə bağlı vəziyyəti də şərh edib: "Rejimin məğlubiyyətinin toxumları həmişə öz daxilində olub. İranın və daha sonra Rusiyanın müharibəni dayandırmaq cəhdləri Əsədə yalnız vaxt verdi, lakin bu, heç nəyi dəyişmir - rejim ölüb".

Onun sözlərinə görə, rejimin süqutu Suriyadakı xarici qüvvələrin problemini də həll edəcək: "Biz xarici qoşunların ölkəmizi tərk etməsini istəyirik".

Əl-Culani Suriyanın gələcəyini funksional dövlət institutlarının yaradılmasında görür. "Suriyalıların özbaşına qərarlar verən bir adamın hakimiyyətinə deyil, hökumətin idarə etdiyi nizama ehtiyacı var", - o deyib. O, yeni Suriyanın qurulmasını böyük layihə adlandırıb.

Liderin fikrincə, onun təşkilatı əsas məqsədinə - Əsəd rejiminin devrilməsinə nail olan kimi yox ola bilər. "Biz bu dialoqun tərəflərindən yalnız biriyik", - o, yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1031   Tarix: 06 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

TOP MP3