Təhlükəli gözəllik – TATU HAQQINDA BİLMƏDİKLƏRİNİZ - ARAŞDIRMA

Təhlükəli gözəllik – TATU HAQQINDA BİLMƏDİKLƏRİNİZ - ARAŞDIRMAİllər ötdükcə gözəllik xatirinə müxtəlif üsullar - tatu, pirsinq, botoks, silikon və s. meydana çıxıb. Bunlar çox zaman qəbul olunmasa da, yeniliyi və qeyri-adiliyi sevənlərin sayəsində cəmiyyətin gözü bunlara alışmağa başlayıb. Bu gün şou əhli, eləcə də gənclər tatudan geninə-boluna istifadə edir. Bəs tatu istifadəçiləri onun haqqında nə qədər məlumatlıdırlar?

Lent.az bu barədə maraqlı bir araşdırma aparıb.

Əvvəllər tatunu daha çox hərbi xidmətdə olarkən gənc oğlanlar və həbsxanada olan məhbuslar etdirirdilərsə, indi qadın və qızlar, xüsusən də məktəblilər arasında tatuya maraq böyükdür. Buraya təkcə al-əlvan şəkillər deyil, müxtəlif yazılar, imzalar da aiddir.
Tatu necə yaranıb?

İndi bu qədər geniş yayılan tatunun tarixi bizim bildiyimizdən çox-çox qədimlərə gedib çıxır.

Hindlilər, yaponlar və Afrikadakı bəzi qəbilələr tatuajı bəzək kimi qəbul etsələr də, bir çox cəmiyyətlərdə tatu xəstəliklərdən və mənfur ruhlardan qorunmaq üçün istifadə edilir. Tatu sənətinin çox qədim tarixi var. Belə ki, Misir Fironlarında tatuajın olması günümüzdə aşkar edilən mumiyalardan aydın görünür. Romada və Yunanıstanda isə tatu damğa kimi ancaq kölələrə edilərdi. Xristianlıq dini bir ara tatunu qadağan etsə də, buna qarşı çıxan ilk xristianlar bədənlərinə İsanın adını, ya da xaç naxışları daşıyan döymələr etdirmişdilər.

Tatu sənəti XX əsrin əvvəllərində dənizçilər arasında daha çox məşhur idi. Onların fikrincə, tatu romantik duyğuları və sevgini özündə birləşdirirdi. Bəzi ölkələrdə tatu vurularkən təmizlik şərtlərinə riayət edilməməsi AİDS və s. bu kimi xəstəliklərin yayılmasına səbəb oldu. Bununla da icazəsiz tatuajın edilməsinə qadağalar qoyuldu. Hazırda dünyanın bir sıra ölkələrində tatuaj sənəti var.

Qardaş ölkə Türkiyənin bir sıra kəndləri var ki, o kəndlərdə döymənin xüsusən qadınlar tərəfindən qadınlara edilməsi bir ənənədir. Döymə xüsusən iki qaşın arasına və dodaq altına edilir, mənası isə böyük bir tayfanın ən böyük xanımı deməkdir. Məhz bu xanımlığa yüksələn qadınları digərlərindən ayırmaq üçün belə formada döymələr edilir.

Avropada son illər döymə xüsusi məna kəsb edir. Belə ki, ailə quran cütlüklər nişan üzükləri yerinə məhz nişan barmağına üzük və ya hər hansı bir işarə döydürürlər. Keçici olan bu döymələr müəyyən müddətdən sonra yenidən işlənilir. Qalıcı edilməyən döymələr gələcəkdə ailənin boşanacağı təqdirdə problem yaratmaması üçün müddətli edilir. Bu üsul həm daha rahatdır, həm də sədaqət rəmzidir. Hər iki tərəf əmin olur ki, sevdiyi insan istənilən məkanda bu işarəni silib, özünü subay insan kimi qələmə verə bilməyəcək.

Azərbaycanda da tatu etdirənlər az deyil. Kimisi tatunu gözəllik, kimisi sədaqət rəmzi kimi qəbul edir. Bəziləri isə sadəcə dəbə uymağa çalışır. Daşıdığı döymənin mənasını bilmək isə ümumiyyətlə, heç kim üçün maraqlı deyil.

Gənclər tatuaja müsbət, orta nəslin nümayəndələri lazımsız, yaşlılar isə dəhşət kimi yanaşırlar.

12 illik peşəkar təcrübəyə sahib tatu ustası Ülvi Əbilov Lent.az-ın əməkdaşına bu sənətin görünməyən tərəfləri barədə danışıb:

O bildirib ki, gün ərzində qəbul etdiyi müştərilərin sayı tatunun ölçüsünə görə dəyişir:

"Bəzən 2-4 minimal, bəzi hallarda isə bir böyük tatu olur. Çünki bir böyük tatudan sonra insanın beyni çox yorulur deyə işləmək olmur".

Ülvi Əbilov qeyd edib ki, hətta 60 yaşında Avropada yaşayan bir qadın müştərisi var ki, hər il Bakıya gələndə minimal bir tatu etdirir:

"Lakin ona tatu edəndə sanki minimal deyil, böyük bir tatu edirəm. Yaş çox olduğu üçün dəri qalın olur və ona görə də həmin xanımın bir tatusuna çox vaxt sərf edirəm".

Yaşdan söhbət düşmüşkən usta özünün iş prinsipini də açıqladı:

"Qanuna uyğun olaraq mümkün olsa da, mən 20 yaşını ötməmiş heç kimə tatu etmirəm, ümumiyyətlə, etdirməyi məsləhət görmürəm. Ölkəmizdə tatu iş məsələsində problem yarada biləcək bir amildir. Ona görə də hər zaman müştərilərimə iş və şəxsi həyatını qurduqdan sonra tatu etdirməyə tövsiyə edirəm".

"Tatu sildirməyə gələnlərin çoxunda isə səbəb iş və ya ucuz bir yerdə etdirdiyi prosedurun uğursuzluğudur. Hazırda hər yerindən duran tatu edir və çoxu da işi bacarmır. Sadəcə ucuz qiymətə olduğu üçün insanlar aldanır və nəticə xoş olmur", - deyə o əlavə edib.

Həmsöhbətimiz tatu etdirənlər arasında qadınların üstünlük təşkil etdiyini vurğulayıb:

"Kişilər "camaat nə deyər" düşüncəsi ilə çox şeyə razılıq vermirlər, gah rəngə ilişir, gah da formasında qərarsız qalırlar. Amma qadınlarla işləmək daha rahatdır. Hər hansısa bir görünüş və ya rəng təklif edirik, onlar da razılaşırlar".

Onun sözlərinə görə, müştərinin qərar verdiyi nahiyənin şəklini çəkib virtual olaraq proqram vasitəsiylə həmin hissəyə istədiyi rəsmi yerləşdirərək orijinalda necə görünəcəyini özünə göstərirlər:

"İşimizin peşəkarı olduğumuz üçün təklüflərimizdən geri qalmırıq. Rəssam və dizayner kimi müştərinin istədiyi rəsmi daha da gözəl hala gətirib yenidən özünə göstəririk. 90 % mən hazırladığım rəsm olur. Çünki müştərim bu işin içində deyil, sadəcə bir şəkil bəyənir amma onun daha yaxşı variantlarının olduğunu bilmir".

Bəzi adamlar elə düşünür ki, tatu döydürməklə daha çox diqqət çəkə və gözəl görünə bilərlər. Lakin tatu həvəskarları bir məsələni unudurlar ki, tatunun insan səhhətinə zərərləri də var. Tatu döymələri müxtəlif dəri xəstəliklərinə səbəb olur və hətta dəri xərçəngi belə yaradır. Bundan başqa hamiləlikdə qadın bədəninə döymə etdirərsə, körpənin inkişafına mənfi təsir edə və anormallığa səbəb ola bilir. Həmçinin tatu vurduran insanlarda tetanus, herpes deyilən uçuqların da yaranması mümkündür.

Tatunun yol açdığı dəhşətli xəstəliklərdən biri də Hepatit B və C xəstəlikləridir. Döymələr həm də allergik reaksiya yaradır.

Bəziləri düşünür ki, müvəqqəti döymələr daimi döymələr kimi təhlükəli deyil. Əslində bu, yanlış düşüncədir. Müvəqqəti döymələr bir ay sonra dəridən çıxsa da allergik narahatlıqlara, ciddi infeksiyalara, hətta QİÇS kimi yoluxucu xəstəliklərə səbəb ola bilir.

Əsasən də rəngli tatular bu tip xəstəliklərə səbəb ola bilər. Rəngli boyalarda müəyyən problemlər müşahidə olunur. Tatu sonrası dəri natamam olduğuna görə infeksion xəstəliklərə yoluxmalar ola bilir.

Boyaların keyfiyyət məsələsi də mühüm rol oynayır. Keyfiyyətli və orqanizm üçün nisbətən zərərsiz olan boyalar var ki, bir çox sınaqlardan keçiblər. Bir də 3-cü dərəcəli ölkələrdən gələn keyfiyyətsiz boyalar da var.

Kimlərə tatu olmaz?

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir.

Tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanoma olanlar da döymə etdirməməlidir. Həkim bildirib ki, döymə yerində əmələ gələn dəri xərçənginin gözdən qaçması ehtimalı da var.

Əziz gözəllik həvəskarları, hər hansı təhlükə ilə qarşı-qarşıya qalmamaq üçün işinizi peşəkarlara təhvil etməyiniz məsləhət görülür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1213   Tarix: 09 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

TOP MP3