Əməkdar elm xadimi KOMAYA DÜŞDÜ - FOTO
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə xəstəxanaya yerləşdirilib. O, hazırda komadadır və süni tənəffüs aparatına qoşulub.
BiG.AZ xəbər verir ki, məlumatı professorun qızı Ayfər Feyziyeva Publika.az-a təsdiqləyib.
O bildirib ki, yanvarın 16-da Nizaməddin Şəmsizadənin səhhəti qəfil pisləşib:
"Hazırda atam "Baku Medical Plaza"nın reanimasiya şöbəsindədir. Süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır. Həkimlər ona Sepsis diaqnozu qoyublar. Atam həmçinin dializ və şəkər xəstəsidir. Bu da onun vəziyyətini daha da ağırlaşdırıb. Həkimlər əlindən gələni edirlər".
Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Qubanın İspik kəndində anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib.
N.Şəmsizadə ondan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Onun "Seçilmiş əsərləri" 3 cilddə işıq üzü görüb. Professor Nizaməddin Şəmsizadə milli ideologiyamız - azərbaycançılıq nəzəriyyəsi haqqında ilk kitabın və bu gün ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" adlı fundamental dərsliyin müəllifidir. O, elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır.
Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə isə ölkə başçısının müvafiq Sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 846 Tarix: 19 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"ABŞ-Rusiya münasibətlərinin yaxın perspektivdə tam normallaşması real görünmür" - BƏHRUZ QULİYEV
"ABŞ ilə Rusiya arasında münasibətlər uzun illərdir ki, strateji rəqabət müstəvisində formalaşır və hazırkı mərhələdə də bu xəttin qısa müddətdə dəyişəcəyini gözləmək doğru olmaz. Sergey Lavrovla Marko Rubionun görüşü, ilk növbədə, tərəflər arasında dialoq kanallarının açıq saxlanılması baxımında
13:04 70 Ağdamdakı yanğın 4 kəndin ərazisinə yayıldı
Ağdam rayonunda açıq ərazidə iki gün əvvəl başlayan yanğın genişlənərək dörd kəndin ərazisinə keçib. "Qafqazinfo"nun məlumatına görə, yanğın Kəngərli kəndi istiqamətində minadan tam təmizlənməmiş ərazilərdə davam etdiyindən alovun söndürülməsi çətinləşib. Nəticədə yanğın Göytəpə, Qərvənd, Şıxla
23.07.2026 270 Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı
Qlobal əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb. Birja göstəricilərinə əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçersləri 0,61% ucuzlaşaraq 4 126,4 ABŞ dollarına düşüb. Gümüş də eyni dinamikanı nümayiş etdirib
23.07.2026 269 Daha bir Türkiyə gəmisi vuruldu - Ölən və yaralılar var
Qara dənizdə Türkiyə gəmisinə dron hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb. Məlumata görə, İstanbul limanında qeydiyyatdan keçmiş "Mv Reyhan Sarı" gəmisi kömür yükü ilə Tamandan Trabzona gedirdi. Qeyd olunur ki
23.07.2026 332 Xankəndidə kafedə yanğın - İki qadın işçi xəsarət aldı
Xankəndi şəhərində kafedə yanğın baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən "Turan" kafesində qeydə alınıb. Yanğın zamanı kafedə çalışan 1983-cü il təvəllüdlü Əsədova Zibeydə Bulud qızı və 1997-ci il təvəllüdlü Cəfərova Fidan Sücaət qız
23.07.2026 297 Tramp Si Cinpin sentyabrın 24-də ABŞ-a səfər edəcəyini bildirib
ABŞ prezidenti Donald Tramp cümə axşamı günü bildirib ki, 24 sentyabrda ABŞ-a səfəri zamanı Çin prezidenti Si Cinpinlə süni intellekt mövzusunu müzakirə edəcək. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Si Cinpin səfəri, Trampın bu ilin əvvəlində Çinə səfəri zamanı görüşməsindən sonra baş tutub. Tram
11:31 147 Bu ölkədə temperatur 47 dərəcəyə çatacaq
İspaniya yay mövsümünün üçüncü isti hava dalğasına hazırlaşır. Sinoptiklər ölkənin bəzi bölgələrində havanın temperaturunun 47 dərəcəyə qədər yüksələ biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, bu barədə İspaniya Dövlət Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. Bildirilib ki
23.07.2026 315 İstirahətə getdi, leysana düşdü
Aparıcı Samirə Mustafayeva istirahətə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Taylandın Phuket adasını seçib. Samirə bildirib ki, təxminən 24 saat davam edən uçuşdan sonra adaya çatsa da, onu xoşagəlməz hava şəraiti qarşılayıb. O, Phuketin güclü yağışların təsiri altında olduğunu qeyd edib
11:58 177 Zelenski ABŞ-yə gedir
Ukrayna Prezidenti Volodimir Zelenski bir həftə ərzində ABŞ-a səfər edəcəyini bildirib. xəbər verir ki, o bu barədə TSN telekanalına müsahibəsində qeyd edib. O, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşnerlə görüşəcəyini istisna etməyib. "Çox güman ki, ABŞ-də görüşümü
23.07.2026 237