QHT Azərbaycan Polisi ilə bağlı bəyanat verdi

QHT Azərbaycan Polisi ilə bağlı bəyanat verdiİnsan Alverinə Qarşı Mübarizə Təşkilatı son günlər bəzi şəxslərin sosial şəbəkə hesablarında Azərbaycan polisinə qarşı apardıqları qarayaxma kampaniyasını pisləyib.

Təşkilat bu kimi xoşagəlməz hallarla bağlı Bəyanat yayıb.

Bəyanatda deyilir:

"Azərbaycan Polisi ölkəmizdə ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşlarımızı hər zaman hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Biz bunun yanvarın 18-də Azərbaycan Respublikasının Milli Qəhrəmanı Hökümə Əliyevanın atası Cəlil Əliyevə məxsus bank kartından 80 509 manat pulun oğurlanması zamanı növbəti dəfə şahidi olduq. Dərhal Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görüldü. Nəticədə isə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanıldı, onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verildi və Milli Qəhrəmanımızın atasına dəymiş ziyan geri qaytarıldı. Bu, bir daha sübut edir ki, Azərbaycan Polisi hər zaman öz vətəndaşının yanındadır və onların təhlükəsizliyini, ictimai asayişi qorumaq üçün gecə-gündüz xidmətdədirlər.

Ancaq təəssüflər olsun ki, son günlər Azərbaycan Polisinə qarşı bəzi şəxslər, daha dəqiq desək - ölkəmizdəki sabitliyi, ictimai asayişi istəməyən şəxs və ya şəxslər tərəfindən qarayaxma kampaniyaları aparılır.

Ötən gün – yanvarın 18-də İmişli rayonunda baş vermiş qəzadan bəziləri öz məkrli planları üçün istifadəyə cəhd etdilər. Həmişə olduğu kimi, bu dəfə də onların "planları" ürəklərində qaldı. Təəssüflər olsun ki, hadisə nəticəsində iki azyaşlı uşaq həyatını itirdi. Belə bir hadisənin baş verməsini heç kim istəməz və ya qəsdən etməz. Daxili İşlər Nazirliyi hadisədən dərhal sonra qəzanın görüntülərini yaydı. Görüntülərdən də aydın şəkildə görsənir ki, digər mülki avtomobil yol hərəkəti qaydalarını pozaraq Dövlət Yol Polisi Xidmətinin avtomobilinin qarşısına çıxır və hər birimiz üçün nəticəsi ağır olan hadisə baş verdi.

Xatirinizdədirsə, 2024-cü ilin dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından öz şəxsi mənafeləri üçün istifadəyə cəhd edənlər, faciəni siyasiləşdirərək qəzada həlak olanların yaxınlarının hisslərindən sui-istifadəyə çalışanlar bu dəfə də eyni əməlləri törətdilər.

Əminik ki, bu hadisəyə səbəb olan şəxs və ya şəxslər qanun qarşısında ədalətli cəzalarını alacaqlar.
Eyni zamanda, sosial şəbəkələrdə yayılan videolarda polis avtomobilinə hücum edən şəxslərin hər biri də qısa müddətdə müəyyən ediləcək və onlar qanun çərçivəsində məsuliyyətə cəlb olunacaqlar. Bundan əlavə, bu hadisə ilə bağlı sosial şəbəkələrdə dövlət əleyhinə çağırışlar edən və ya belə çağırışları yayanlar barəsində də hüquq-mühafizə orqanlarımız müvafiq addımları atacaqlar.

Əlbəttə ki, Azərbaycan xalqı bunların haradan qaynaqlandığını yaxşı bilir. Hər birimiz dövlətimizin və xalqımızın təhlükəsizliyini öz canları bahasına qoruyan Azərbaycan Polisinin xidmətlərini unutmamalı və onlara sahib çıxmalıdır. İmkan verməməliyik ki, hansısa xarici ölkələrin xüsusi xidmət orqanlarına qulluq edən, onların sifarişlərini yerinə yetirən milli şura adlanan dərnək üzvləri Azərbaycan dövlətinə və onun Polisinə ləkə vurmağa nail olsun!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 932   Tarix: 19 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ölkədə temperatur 47 dərəcəyə çatacaq

İspaniya yay mövsümünün üçüncü isti hava dalğasına hazırlaşır. Sinoptiklər ölkənin bəzi bölgələrində havanın temperaturunun 47 dərəcəyə qədər yüksələ biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, bu barədə İspaniya Dövlət Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. Bildirilib ki

23.07.2026 314
.

Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu gözlənilən isti hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. "Qafqazinfo" xəbər verir ki, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağ

10:32 159
.

SON DƏQİQƏ: ABŞ İranı bombalayır

ABŞ ordusu İran ərazisinə növbəti hava hücumları həyata keçirib. Məlumata görə, bu, ABŞ-ın İrana qarşı apardığı əməliyyatların ardıcıl 13-cü gecəsidir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, zərbələr zamanı İranın hərbi obyektləri, o cümlədən raket, dron və hava hücumundan müdafiə sistemləri il

23.07.2026 479
.

Aygün Bəylərin bacısı soyadını dəyişdi

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova soyadını dəyişdiyini açıqlayıb. Axşam.az xəbər verir ki, ifaçılıq fəaliyyəti ilə məşğul olan Zümrüd bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, bundan sonra Zümrüd Aygün adı ilə fəaliyyət göstərəcək:. "Qərarı

23.07.2026 346
.

"Xanımlar, kişilərin arxasınca qaçmayın"

"Doğulduğum mühit, ailəm və kasıbçılıq məni bir qərar almağa vadar etdi. Özümə söz verdim ki, böyüyəndə çox yaxşı həyatım olacaq, varlı olacağam, ailəmə və ətrafımdakı insanlara kömək edəcəyəm. Niyyət etdim və istədiyim həyata nail oldum". Axşam.az xəbər verir ki, bu sözləri keçmiş model, sosia

11:28 157
.

Kaya Kallas: Aİ-Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığını daha da gücləndirəcək

Aİ ilə Böyük Britaniya arasında xarici siyasət, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq heç vaxt indiki qədər mühüm olmayıb. APA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X"-də bildirib. O, Böyük Britaniyanı

23.07.2026 252
.

İran dövlət mediası xəbər verir: İrana endirilən zərbələr nəticəsində 4 nəfər ölüb

İran dövlət mediasının məlumatına görə, cümə günü səhər saatlarında İranda bir neçə əraziyə endirilən zərbələr nəticəsində ən azı dörd nəfər həlak olub. CNN bu məlumatları müstəqil şəkildə təsdiqləyə bilmir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, İranın Press TV kanalının verdiyi məlumata görə, dör

10:59 151
.

Sabah da 39° isti olacaq

İyulun 25-də gözlənilən hava şəraiti açıqlnıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26 isti, gündüz 33-38 ist

12:56 63
.

Satışdakı sular nə dərəcədə təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son illər evlərə və ofislərə çatdırılan qablaşdırılmış içməli suya tələbat xeyli artsa da, istehlakçılar arasında bu məhsulların keyfiyyəti ilə bağlı narahatlıqlar da səngimir. Bəzi vətəndaşlar aldıqları suların dad və keyfiyyət baxımından adi kran suyundan fərqlənmədiyini iddia edir, hətta bazarda satışd

12:26 109
.

TOP MP3