Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiribTədbirlər silsiləsi 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanına təşkil olunan yürüşlə başlayıb. Gənclər, gənclər təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də Tələbə Gənclər Təşkilatlarının üzvləri 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər. Gənclər ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini hörmət və ehtiramla yad edərək, "Əbədi məşəl" abidəsi və şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər.

Tədbirlər silsiləsi çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin anım gününə həsr olunmuş "20 Yanvar: Xatirələrdən Gələcəyə" adlı panel müzakirəsi keçirilib. Tədbirdə gənclər təşkilatlarının rəhbər və nümayəndələri, gənclər, Qarabağ müharibəsinin iştirakçısı və 20 Yanvar hadisələrinin şahidləri iştirak ediblər. Müzakirə Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra natiqlər çıxış edərək qeyd ediblər ki, 20 Yanvar yalnız faciə deyil, həm də xalqımızın mübarizlik və qəhrəmanlıq simvoluna çevrilmiş bir tarixdir. Azərbaycan xalqının milli mənliyinə və azadlıq ruhuna qarşı yönəlmiş bu qanlı hadisə, bütün ağırlığına baxmayaraq, xalqın milli azadlıq uğrundakı qətiyyətini sarsıda bilməyib. Ümummilli Lider Heydər Əliyev 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və faciəyə siyasi-hüquqi qiymət verilməsində misilsiz xidmətləri olub. Ulu Öndər Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. Beynəlxalq ictimaiyyət isə bu mübarizənin nəticələrini 44 günlük Vətən müharibəsi zamanı, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə xalqımızın göstərdiyi şücaətdə bir daha aydın şəkildə görüb. Bu hadisə xalqımızın birlik və iradəsini daha da gücləndirərək, azadlıq mübarizəsinə təkan verib. Nəticə etibarilə, 20 Yanvar Azərbaycan xalqının milli ruhunun sarsılmazlığını dünyaya nümayiş etdirmiş tarixi dönüş nöqtələrindən biri olub.

"20 Yanvar – Danışan Talelər" adlı növbəti tədbir Gənclər Təşkilatlarının Resurs Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə faciə şahidləri "Azərbaycan bayrağı" ordenli Polkovnik Hikmət Ağayev və Qarabağ qazisi Hüseynov Valeh Allahverdi oğlu iştirak edərək, 20 Yanvar hadisələri haqqında öz xatirlərini gənclərlə bölüşüb və onları maraqlandıran sualları cavablayıblar.

Tədbirlərin davamı olaraq "20 Yanvar: Azadlıq və Müstəqillik Mübarizəsi" mövzularında panel müzakirələri keçirilib. Tədbir zamanı müxtəlif ölkələrdən gələn gənclər, tarixçi və beynəlxalq gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Müzakirə zamanı iştirakçılar 20 Yanvar hadisəsinin yalnız Azərbaycan tarixi üçün deyil, həm də dünya azadlıq hərəkatları üçün əhəmiyyətini vurğulayıblar. Həmçinin 20 Yanvarı digər ölkələrdəki azadlıq mübarizələri ilə müqayisə edərək, bu hadisənin beynəlxalq miqyasda necə bir simvol halına gəldiyini qeyd ediblər. Daha sonra 20 Yanvar hadisələrinin gənclər arasında təbliğ olunması və gələcək nəsillərə düzgün şəkildə çatdırılması üçün atılacaq addımlar müzakirə olunub.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiribAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiribAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 832   Tarix: 21 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.