İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda dünyasını dəyişib
İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda dünyasını dəyişib.
BiG.AZ report-a istinadən xəbər verir ki, TƏBİB-dən Yeni Klinikaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmadığı bildirilib.
Qeyd olunub ki, yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq Yeni Klinikaya hospitalizasiya olunan azyaşlı qız həkimlərin çoxsaylı səyinə baxmayaraq bu gecə saat 01:45 radələrində ölüb.
Məlumata görə, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdi. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı.
Qeyd edək ki, Dövlət Yol Polisinin avtomobili xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəyib. Hadisə yerində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı. Hadisə ilə bağlı cinayət işi açılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1007 Tarix: 22 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada meşə yanğını böyüyür: 12 min nəfər təxliyə edildi
Fransanın qərbində yerləşən Jironde departamentində baş verən güclü meşə yanğını sürətlə genişlənərək 2 min hektar ərazini əhatə edib. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, təhlükənin artması səbəbindən təxminən 12 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Məlumata görə, yanğın Somaux kommunas
23.07.2026 206 Kaya Kallas: Aİ-Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığını daha da gücləndirəcək
Aİ ilə Böyük Britaniya arasında xarici siyasət, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq heç vaxt indiki qədər mühüm olmayıb. APA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X"-də bildirib. O, Böyük Britaniyanı
23.07.2026 249 Hitlerin doğulduğu ev polis bölməsi oldu - Foto
Avstriyada nasist lider Adolf Hitlerin doğulduğu ev uzun illər davam edən müzakirələrdən sonra rəsmi olaraq polis bölməsi kimi fəaliyyətə başlayıb. "Qafqazinfo" xəbər verir ki, hökumət bu addımla binanın neonasist qruplar üçün simvola və ziyarət məkanına çevrilməsinin qarşısını almağı hədəfləyir
23.07.2026 299 SON DƏQİQƏ: ABŞ İranı bombalayır
ABŞ ordusu İran ərazisinə növbəti hava hücumları həyata keçirib. Məlumata görə, bu, ABŞ-ın İrana qarşı apardığı əməliyyatların ardıcıl 13-cü gecəsidir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, zərbələr zamanı İranın hərbi obyektləri, o cümlədən raket, dron və hava hücumundan müdafiə sistemləri il
23.07.2026 446 Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Rusiyanın neft emalı zavodlarına (NEZ) Ukraynanın endirdiyi zərbələrdən sonra rəsmi Moskva Hindistanda öz neftindən istehsal olunan benzini idxal etməyə başlayıb. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Financial Times nəşri yayıb. Məlumata görə, Rusiyaya Hindistanın Vadinar neft emalı zavodunda
23.07.2026 303 Bu ölkədə "İnsan soyuducusu" hazırlandı
Yaponiyada yay istisinə qarşı "Do Hiemon Box" adlı qeyri-adi qurğu təqdim edilib. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "İnsan soyuducusu" adlandırılan kabinədə temperatur 15 dərəcə saxlanılır. İstifadəçi əyləşdikdən sonra isə baş, boyun və çiyin nahiyəsinə 5 dərəcəyədə
10:46 70 "Bunları niyə satırlar, uşaqlara travmadır"
Aparıcı Vüsalə Əlizadə mağazaların birində satılan oyuncaqlarla bağlı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı təsadüfən uşaq oyuncaqları satılan bölməyə keçdiyini və oradakı bəzi gəlinciklərin görünüşünü bəyənmədiyini bildirib. O qeyd edib ki, bu cür oyuncaqlar uşaqlara uyğun deyil:
11:07 0 Cəbrayılda traktorçu minaya düşdü
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində 2026-cı il iyulun 23-də mina partlayışı hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb. Bildirilib ki, Cəbrayıl rayon
23.07.2026 262 Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Çexiya ordusuna məxsus hərbi helikopter ölkənin şərqində qəzaya uğrayıb. Bu barədə Çexiya Silahlı Qüvvələri "X" sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, Namest nad Oslavou şəhərində yerləşən 22-ci Hərbi Hava Qüvvələri Helikopter Bazasında qəzaya uğrayan UH-1Y Venom tipli helikopteri
23.07.2026 224