Bakıda polisin tapdığı 10 min manatın sahibi BƏLLİ OLDU
Bir neçə gün öncə Bakının Səbail rayonunda yerləşən Bakı İdman Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10 min manat pul tapıb sahibinə qaytarmışdılar.
BiG.AZ Prosport.az-a istinadən xəbər verir ki, həmin pul millimizin sabiq basketbolçusu, "Quba" komandasının oynayan məşqçisi Zaur Paşayevə məxsus imiş.
"Bildiyiniz kimi, Basketbol Federasiyasının ofisi Bakı İdman Sarayında yerləşir. Mühasib "Quba" komandasının əməkhaqqısını vermişdi. Mən də pilləkəndən enəndə, cibimdən 10 min manat düşmüşdü. Sağ olsun ki, polis işçiləri itirən şəxsi axtardı. Mən də oyunun başlanmasını gözləyirdim. Birdən mühasib dedi ki, onun verdiyi pulu itirməmişəm? Əlimi cibimə atdım ki, yoxdur. Dedi ki, polis artıq pulu tapıb, sənədləri gəl götür məndən, təqdim et ki, sənin pulundur. Belə oldu, pulu özümüzə qaytardılar. Allah belə polislərimizdən razı olsun (yeri gəlmişkən, federasiya rəhbərliyi həmin polisə təşəkkürnamə təqdim edəcək - red.)".
Əldə etdiyimiz məlumata görə, artıq elm və təhsil naziri, Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 10 min manatı taparaq sahibinə verən polis serjantı Nahid Zahid oğlu Abidovu mükafatlandırıb. Polis əməkdaşına fəxri diplomu icraçı vitse-prezidenti Fərrux Mahmudov təqdim edib.
Qeyd edək ki, pulun tapılması ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev "Facebook" hesabında paylaşım etmişdi. Bu paylaşımdan dəqiqələr sonra pul sahibini tapmışdı.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1263 Tarix: 22 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni intellekt uğrunda rəqabət niyə yeni mərhələyə keçir?
The Washington Post yazır ki, süni intellekt sahəsində rəqabət artıq təkcə texnologiya şirkətləri arasında deyil, dövlətlər arasında da strateji yarışa çevrilib. Son aylarda açıq mənbəli (open-source) böyük dil modellərinin sürətlə yayılması bazarda balansı dəyişdirib. Əvvəllər yalnız böyük şirkətləri
23.07.2026 215 Alimlər xəbərdarlıq edir: Dünya sularında oksigen səviyyəsi sürətlə azalır
Kaliforniya Universitetinin San-Dieqo şəhərciyində fəaliyyət göstərən "Scripps" Okeanoqrafiya İnstitutunun mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu dünya okeanları, göllər, çaylar və sahilyanı sularda oksigen səviyyəsinin sürətlə azaldığını açıqlayıb. Qaynarinfo xəbər veri
23.07.2026 245 Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat
23.07.2026 337 Bu ölkədə "İnsan soyuducusu" hazırlandı
Yaponiyada yay istisinə qarşı "Do Hiemon Box" adlı qeyri-adi qurğu təqdim edilib. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "İnsan soyuducusu" adlandırılan kabinədə temperatur 15 dərəcə saxlanılır. İstifadəçi əyləşdikdən sonra isə baş, boyun və çiyin nahiyəsinə 5 dərəcəyədə
10:46 70 Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Çexiya ordusuna məxsus hərbi helikopter ölkənin şərqində qəzaya uğrayıb. Bu barədə Çexiya Silahlı Qüvvələri "X" sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, Namest nad Oslavou şəhərində yerləşən 22-ci Hərbi Hava Qüvvələri Helikopter Bazasında qəzaya uğrayan UH-1Y Venom tipli helikopteri
23.07.2026 224 Moskvanın Tehrana kəşfiyyat dəstəyi iddiası: Yaxın Şərqdə risk artır - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ kəşfiyyat orqanları Rusiyanın İrana Yaxın Şərqdə yerləşən ABŞ hərbi hədəflərinin koordinatları və hərəkətləri ilə bağlı kəşfiyyat məlumatları ötürdüyünə dair iddiaları araşdırır. ABŞ rəsmilərinə istinadən yayılan məlumatlarda bildirilir ki, söhbət Amerika hərbi gəmiləri, təyyarələri və digər stratej
23.07.2026 235 ABŞ Malidə terrorçulara qarşı hərbi əməliyyat variantını nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp administrasiyası Malidə fəaliyyət göstərən "Cəmaat Nüsrət əl-İslam vəl-Müslimin" (CNİM) silahlı qruplaşmasına qarşı mümkün hərbi əməliyyatın keçirilməsini müzakirə edir. Məlumata görə, əməliyyatla bağlı yekun qərar veriləcəyi təqdirdə, Mali Trampın ikinci prezidentli
23.07.2026 206 SON DƏQİQƏ: ABŞ İranı bombalayır
ABŞ ordusu İran ərazisinə növbəti hava hücumları həyata keçirib. Məlumata görə, bu, ABŞ-ın İrana qarşı apardığı əməliyyatların ardıcıl 13-cü gecəsidir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, zərbələr zamanı İranın hərbi obyektləri, o cümlədən raket, dron və hava hücumundan müdafiə sistemləri il
23.07.2026 446 Səudiyyədən rekord: Dünyanın ilk 1 kilometrdən hündür göydələni tikilir (FOTO)
Hazırda dünyanın ən hündür binası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən 828 metrlik Bürc Xəlifədir. Lakin Səudiyyə Ərəbistanında tikilən yeni layihə bu rekordu geridə qoymağa hazırlaşır. Qaynarinfo xəbər verir ki, "Geekweek Interia" nəşrinin yazdığına görə, Ciddə şəhərind
23.07.2026 317