Bu müayinə olmadan estetik əməliyyata gedənlər intihara əl ata bilər- Psixoterapevt ŞOK faktlar açıqladı

Bu müayinə olmadan estetik əməliyyata gedənlər intihara əl ata bilər- Psixoterapevt ŞOK faktlar açıqladıRövşən Nəcəfov: "Estetik əməliyyatlara müraciət edən şəxslərin psixoloq və psixiatr müayinəsindən keçməsi qanunla tənzimlənməlidir"

Ötən həftə ginekoloq Rəşad Sultan "TV Müsavat"ın efirində bildirib ki, estetik əməliyyata gedən hər bir pasiyent psixoloq, psixiatr müayinəsindən keçməlidir: "Bunu dünya təcrübəsinə əsasən deyirəm. Yəni bilməliyik, bu pasiyentin ağlı yerindədirmi rekonstruksiya istəyir? Bəlkə başı xarabdır, gündə bir yerini doğratdıracaq".

Bəs dünya təcrübəsində bu necə tənzimlənir? Əsasən hansı əməliyyatlar üçün psixoloji yoxlama zəruridir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb.

O deyib ki, klinik psixoloji müayinə, estetik əməliyyatların tibbi və etik çərçivədə icra olunmasının əsas prinsiplərindən biri olmalıdır:

"Belə bir yanaşma həm pasiyentlərin emosional sağlamlığını qoruyar, həm də cəmiyyətdə estetik əməliyyatlara daha müsbət və balanslı bir münasibət formalaşdırar. Estetik əməliyyata klinik psixoloji qiymətləndirməsiz gedən pasiyentlərdə əməliyyat sonrası peşmanlıq, emosional məyusluq, hətta intihar düşüncələri ola bilər. Bu səbəbdən, klinik psixoloji müayinəni təmin etmək həm pasiyentin rifahını qorumaq, həm də həkimlərin hüquqi məsuliyyətini minimuma endirmək baxımından vacibdir. Burun əməliyyatı, liposaksiya və bədən şəkilləndirmə kimi prosedurlar pasiyentin özünə münasibətini ciddi şəkildə dəyişdirə bilər. Təkrarlanan və ya rekonstruktiv əməliyyatlar isə emosional gərginlik riski daşıyır".

Bu müayinə olmadan estetik əməliyyata gedənlər intihara əl ata bilər- Psixoterapevt ŞOK faktlar açıqladıMütəxəssis əlavə edib ki, estetik əməliyyatların populyarlığı rəqəmsal dünyanın inkişafı ilə tənzimlənir: "İnsanlar daha yaxşı görünmək, özünə inamını artırmaq və sosial həyatda daha rahat hiss etmək məqsədilə bu prosedurlara müraciət edirlər. Bəzi hallarda bu əməliyyatlar pasiyentin emosional və psixoloji vəziyyətini daha da ağırlaşdıra bilər. Estetik əməliyyata qərar verən şəxslərin emosional vəziyyəti və əməliyyata motivasiyası diqqətlə analiz edilməlidir. Dismorfofobiya, depressiya və ya realist olmayan gözləntilər kimi psixoloji problemlər olan pasiyentlərdə əməliyyat sonrası məyusluq və ya ciddi emosional problemlər yarana bilər. Dismorfofobiya, insanın görünüşü ilə bağlı davamlı narazılıq və özünütənqidlə müşayiət olunan psixoloji bir problemdir. Dismorfofobiyası olan pasiyentlər tez-tez təkrar əməliyyatlara müraciət edir və heç bir nəticədən razı qalmırlar. Klinik psixoloji müayinə, bu kimi riskləri erkən mərhələdə müəyyənləşdirərək pasiyentin rifahını təmin etməyə və əməliyyatların daha sağlam nəticələrə gətirib çıxarmasına xidmət edir.

Klinik psixoloji müayinə pasiyentin əməliyyat qərarını daha yaxşı anlamağa və onun sağlam emosional vəziyyətini təmin etməyə imkan verir. Dünya təcrübəsinə uyğun olaraq estetik əməliyyatlara müraciət edən şəxslərin psixoloq və psixiatr müayinəsindən keçməsi qanunla tənzimlənməlidir. Hüquqi yanaşma həm pasiyentlərin sağlamlığını qorumaq, həm də estetik əməliyyatların tibbi və etik standartlara uyğun icra olunmasını təmin etmək baxımından əhəmiyyətlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 564   Tarix: 25 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saleh Səmədova hökm oxundu

İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, indilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Prosesin əvvəlində vəkil Ceyhun Məmmədov müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın v

15:31 147
.

İnsanlar dərdlərini niyə süni intellektə danışırlar? Alimlər risklərə diqqət çəkir

İnsanlar artıq təkcə məlumat almaq üçün deyil, şəxsi problemlərini bölüşmək, münasibətlərdə yaşadıqları çətinlikləri müzakirə etmək və emosional dəstək tapmaq üçün də süni intellektə müraciət edirlər. Bəs insanın özünü süni intellektlə danışarkən daha rahat hiss etməsinin səbəbi nədir və bu ünsiyyə

15:32 137
.

Uşaqların gələcəyi ideoloji mübarizələrdən üstün tutulmalıdır

Bu gün ölkəmizdə məscidlərin, kilsələrin və digər dini abidələrin bərpası dövlətimizin bütün dinlərə və inanclara hörmətlə yanaşmasının bariz nümunəsidir. Məhz bu siyasət Azərbaycanı tolerantlığın, birgəyaşayışın və dünyəviliyin nümunəsinə çevirib. Belə bir şəraitdə vahid məktəbli formasının tətbiqin

10:54 170
.

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:54 84
.

"Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi

15:58 134
.

Dinin siyasi alətə çevrilməsi və Azərbaycana yönələn mesajlar

Türkiyə siyasi və ictimai ziddiyyətlərin tez-tez üzə çıxdığı ölkələrdən biridir. Bəzən bir-birinə tamamilə əks mövqelərin eyni siyasi mühitdə necə yanaşı mövcud olduğunun şahidi oluruq. Oktyabrın 13-də Ankarada baş verən hadisə də bu ziddiyyətləri bir daha gündəmə gətirdi. Məlum olduğu kimi, oktyabrı

11:10 177
.

Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb

Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı "Blowin' in the Wind" ("Cavab küləkdədir" ) mahnısıdır. xarici mediaya istinadən xəbər verir ki

18:45 1
.

"Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

14:09 156
.

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -

11:44 287
.