Ötən il spirtli içkilərdən 64 nəfər zəhərlənib - Zəhərlənmə halları nə ilə bağlıdır?

Ötən il spirtli içkilərdən 64 nəfər zəhərlənib - Zəhərlənmə halları nə ilə bağlıdır?Müvafiq qurumlar tərəfindən mütəmadi olaraq restoranlarda istər qida vasitələrinə, istərsə də alkoqollu və alkoqolsuz içkilərə nəzarət edilir, yoxlamalar aparılır. Belə yoxlamalardan biri də iki gün öncə paytaxtda yerləşən restoranlardan birində aparılıb və saxta alkoqollu içkilər aşkarlanıb. Bu içkilər insan sağlamlığı üçün hansı təhlükələri yaradır?

Öyrənmədən əvvəl ötən il məhz spirtli içkilərdən zəhərlənənlərin statistikasına nəzər salaq:

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, 2024-cü il ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə alkoqoldan zəhərlənmə səbəbi ilə 64 nəfər qəbul edilib.

"Zəhərlənən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Stasionar müalicələrdən sonra evə buraxılıblar",- deyə o əlavə edib.

Bəs spirtli içkilər nə vaxt zəhərlənmə yaradır?

Mövzu ilə bağlı Trend-ə danışan toksikoloq Aynur Məmmədova bildirib ki, spritli içkilər əsasən miqdarından çox qəbul edildikdə zəhərlənmə verir.

"İnsanlar, daha çox kişilər, bunu nəzarətsiz qəbul edəndə əvvəlcə sərxoşluq, daha sonra zəhərlənmə halları baş verir. Spirtli içkidən zəhərlənmə zamanı insanlarda ürəkbulanma, qusma, huşun itməsi, qıcolma, təzyiqin qalxması kimi hallar olur. Hətta kəskin ürək-damar və tənəffüs çatışmazlığına kimi gətirib çıxara bilir. Əgər alkoqollu içki qəbul edən adamda qusma, kəskin baş ağrısı, ürək ətrafında ağrılar varsa, dərhal təcili yardıma müraciət edib onu xəstəxanaya çatdırmaq lazımdır. Spirtli içkidən zəhərlənən şəxslərə özbaşına yardım etmək olmaz. Çünki xəstələr huşsuz vəziyyətdə olanda süni qusma refleksini yaradanda onlarda aspirasiya olunur. Aspirasiya odur ki, xəstə huşu özündən olmadığı üçün qusma zamanı idarə etməsi olmur və qusuntu kütləsi tənəffüs yollarına keçir. Bu zaman da tənəffüs çatışmazlığı yaranır. Hətta bu xəstənin ölümünə qədər gətirib çıxara bilir. Təəssüf ki, biz xəstəxanada belə hallara daha çox rast gəlirik. Evdə süni olaraq qusmanı yaratmaq istəyəndə və yaxud da xəstə huşsuz vəziyyətdə olanda, xəstədə qusma refleksi olanda çalışmaq lazımdır ki, xəstənin başını yan tərəfə çevirək. Başı arxaya tərəf qoymaq olmaz. Onda qusuntu kütləsi ağıza gəlir və tənəffüs yoluna düşür. Bu da ağır fəsadlar törədir və ölümə gətirib çıxara bilir", - o qeyd edib.

Həkim saxta alkoqollu içkilərdən istifadə zamanı yaranan fəsadlardan və onlardan qorunma yollarından da söz açıb:

"Bir ara bəzi xəstələrimiz olub ki, deyir içkinin ağzını açanda asan açıldı, əvvəlkindən fərqlidir, saxta olduğunu düşündüm. Belə olan hallarda fikir vermirlər, diqqətli olmurlar. Restoranlarda, yol qırağında olan kafelərdə buna daha çox rast gəlinir. Ona görə məsləhətdir ki, şübhəli olan yerlərdə oturduqda yaxşı olar ki, spirtli içkilərdən istifadə etməsinlər. Restoranlarda alkoqollu içkilərdən istifadə zamanı da tələb etməlidirlər ki, içki onların gözləri qabağında açılsın. Eyni zamanda diqqət etməlidirlər ki, içki şüşələrinin üzərində aksiz markaları olsun, ağzı kustar üsullarla bağlanmış olmasın. Eyni zamanda içkinin şəffaflığına da diqqət edilməlidir ki, çöküntüsü olmasın. Saxta spirtli içkilər mütləq ki, seçilir. Bahalı içkilərin ucuz qiymətə təklif edilməsi də onun saxta olduğuna işarədir".

O əlavə edib ki, indi zəhərlənmə halları daha da artıb.

"Xüsusilə gənclər nəzarətsiz qalır, hansısa yığıncaqlarda alkoqollu içkidən istifadə edirlər. Buna görə də ehtiyyatlı olmaq lazımdır. Əlavə olaraq müxtəlif spirtli içkiləri qarışdıraraq içmək olmaz. Çox yaxşı olar ki, insanlar sağlam həyat tərzi sürmək üçün heç vaxt alkoqollu içkilərdən istifadə etməsinlər",- deyə toksikoloq vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 582   Tarix: 26 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

17 Oktyabr - Füzuli Şəhəri Günü: Zəfərin, qayıdışın və milli iradənin təntənəsi

"17 Oktyabr Azərbaycan tarixində torpağa bağlılığın, milli iradənin, qəhrəmanlığın və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Füzuli Şəhəri Günü xalqımızın yaddaşında yalnız bir şəhərin işğaldan azad olunması tarixi deyil, həm də illərlə yurd həsrəti ilə yaşayan insanları

14:49 131
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

16:12 92
.

Azərbaycanlılar Türkiyədə niyə daha az mənzil alır? - SƏBƏB

Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar-avqust aylarında Türkiyədə 570 mənzil alıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% və ya 32 mənzil azdır. Bu barədə Türkiyə Statistika Komitəsi (TÜİK) məlumat yayıb. 2025-ci ilin ilk səkkiz ayında Azərbaycan vətəndaşları Türkiyədə 602 mənzil əld

12:46 185
.

Məktəbli forması ətrafında hay-küy: uşaqların təhsili, yoxsa ideoloji mübarizə?

Məktəbli forması ətrafında yaranan mübahisələr bəzən adi geyim məsələsini cəmiyyətin dini, siyasi və ideoloji qarşıdurma mövzusuna çevirir. Halbuki məktəb ilk növbədə bilik, tərbiyə, intizam və bərabər imkanlar məkanıdır. Burada əsas diqqət uşağın hansı geyimdə olmasına deyil, necə təhsil almasına, hans

14:16 164
.

AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlət başçısı tədbirdə çıxış edib

12:31 302
.

"Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər"

"Ermənistanın əvvəlki rəhbərliyi - Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir"​

16:05 90
.

Saleh Səmədova hökm oxundu

İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, indilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Prosesin əvvəlində vəkil Ceyhun Məmmədov müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın v

15:31 127
.

Rəqəmsal infrastruktur hədəfdə: Kibertəhlükəsizlik niyə milli təhlükəsizlik məsələsidir?

Son illərdə dövlət qurumlarının rəqəmsal infrastrukturuna qarşı kiberhücumlar qlobal təhlükəsizlik gündəliyinin əsas məsələlərindən birinə çevrilib. Dövlət informasiya sistemlərinin, elektron xidmət platformalarının və kritik infrastruktur obyektlərinin hədəfə alınması artıq yalnız texniki problem deyil

11:25 170
.

Təhsil ocağına hörmətsizlik - elmə, müəllimə və ali ictimai dəyərlərə hörmətsizlikdir

Cəmiyyətin inkişaf səviyyəsini yalnız iqtisadi göstəricilərlə, tikilən binalarla və əldə olunan maddi nailiyyətlərlə ölçmək olmaz. Bir cəmiyyətin həqiqi inkişafı onun elmə, təhsilə, müəllimə, qanuna və insan ləyaqətinə münasibətində özünü göstərir. Bu dəyərlərin qorunduğu cəmiyyət gələcəyə inamla addımlayır

10:44 172
.