"Yarımfabrikat qidalar hormonal pozğunluq və xərçəng riskini artırır"-EKSPERTDƏN AÇIQLAMA
Son dövrlərdə sosial mediada paketlənmiş qidaların satışı həyata keçirilir. Təəssüflər olsun ki, satışa çıxarılan bu qidaların mənşəyi və istifadə tarixi paketləri üzərində qeyd edilmir.
Demək olar ki, hər həftə mediada qidadan kütləvi zəhərlənmələrlə bağlı xəbərlərlə rastlaşırıq. Zəhərlənmələrə səbəb kimi isə müxtəlif qidalar göstərilir - "qarpızdan", "evdə tutma turşudan", "toyda salatdan", hətta "öz həyətindən yığıb bişirdiyi göyərtidən" zəhərlənənlər barədə xəbərlər eşitmişik. Hələ müxtəlif qidaların tərkibindəki zərərli maddələrin illərlə orqanizmdə toplanıb, xəstəliyə səbəb olmasını demirik! Bəs, bu qədər məlumat içərisində özünüzü və yaxınlarınızı təhlükəli qidadan qorumaq üçün nə edirsiniz? Xüsusilə, evinizə ərzaq məhsulları alarkən hansı yolu seçirsiniz? Ən əsası, bu yol sizə təhlükəsiz qidanı əldə etməyə imkan verirmi? Bəs, qida təhlükəsizliyi? Qida təhlükəsizliyi standartına görə, qida istehsalı bütöv bir zəncirə bənzəyir. Bütün istehsalçıları, xidmət təchizatçılarını və son istehlakçını birləşdirən bu zəncirdə hər halqanın öz yeri və əhəmiyyəti var. Təhlükə istehsalın istənilən mərhələsində, həmçinin, qablaşdırma, daşınma, satış, hətta istehlak zamanı meydana çıxa bilər. Ona görə də qidanın tam təhlükəsizliyinə yalnız bütöv qida zəncirini nəzarətdə saxlayaraq zəmanət vermək olar.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, yarımfabrikat qida məhsulları müasir həyat tərzində tez-tez seçilən alternativlərdən biridir, çünki vaxt qənaəti və rahatlıq təmin edir. Lakin bu məhsulların insan sağlamlığına təsiri geniş müzakirə mövzusudur:
"Yarımfabrikatlarda məhsulun rəf ömrünü uzatmaq və dadını artırmaq üçün tez-tez süni qatqılar, rəngləndiricilər və konservantlar istifadə olunur. Bu maddələrin uzunmüddətli istifadəsi allergiyaya, hormonal pozuntulara və bəzi hallarda xərçəng riskinin artmasına səbəb ola bilər.
Çox vaxt bu məhsullar yüksək səviyyədə yağ, şəkər və duz ehtiva edir, amma vitamin və minerallar baxımından zəifdir. Nəticədə piylənmə, ürək-damar xəstəlikləri və şəkərli diabet riskini artırır.
Bəzi yarımfabrikat qidalar trans yağlarla zəngindir ki, bu da xolesterinin yüksəlməsinə, damarların tıxanmasına və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.
Xüsusilə konservləşdirilmiş və dondurulmuş məhsullarda yüksək miqdarda natrium olur ki, bu da yüksək qan təzyiqinə və böyrək problemlərinə səbəb ola bilər.
Çox vaxt təbii məhsullar əvəzinə süni dadlandırıcılar və stabilizatorlar istifadə edilir, bu da həzm sisteminə zərər verə bilər.
Sağlamlıq baxımından tövsiyə olunur ki, yarımfabrikat qidalardan az istifadə edilsin və təzə, evdə hazırlanan qidalar üstünlük təşkil etsin. Məhsul alarkən isə etiketləri diqqətlə oxumaq, qatqı maddələrinin miqdarına nəzarət etmək və daha təbii variantları seçmək vacibdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1129 Tarix: 28 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. BİG.AZ xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliy
10:00 160 Məktəbin dünyəviliyi - hüquqi dövlətin, azad düşüncənin və müasir cəmiyyətin təməl prinsipi
Məktəb yalnız bilik verilən bir müəssisə deyil, həm də cəmiyyətin gələcəyinin formalaşdığı, insanın dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və mənəvi dəyərlərinin təşəkkül tapdığı mühüm ictimai institutdur. Buna görə də təhsil ocağının dünyəvi mahiyyətinin qorunması təkcə təhsil sisteminin deyil, bütövlükd
10:26 154 Uşaqlar siyasi mübarizənin vasitəsinə çevrilməməlidir
Uşaqların dünyası məktəb, ailə, dostluq və gələcəyə dair arzularla zəngin olmalıdır. Onlar böyüklərin siyasi mübahisələrinin, ideoloji qarşıdurmalarının və emosional çağırışlarının ön sırasına çıxarılmamalıdır. Çünki uşağın əsas hüququ kiminsə siyasi mövqeyini nümayiş etdirmək deyil, təhlükəsiz mühitd
10:18 174 Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün
15:54 64 Uşaqların gələcəyi ideoloji mübarizələrdən üstün tutulmalıdır
Bu gün ölkəmizdə məscidlərin, kilsələrin və digər dini abidələrin bərpası dövlətimizin bütün dinlərə və inanclara hörmətlə yanaşmasının bariz nümunəsidir. Məhz bu siyasət Azərbaycanı tolerantlığın, birgəyaşayışın və dünyəviliyin nümunəsinə çevirib. Belə bir şəraitdə vahid məktəbli formasının tətbiqin
10:54 168 AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlət başçısı tədbirdə çıxış edib
12:31 294 Azad Füzuli sürətlə bərpa edilir
30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait
13:01 227 Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba
14.10.2026 298 Saleh Səmədova hökm oxundu
İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, indilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Prosesin əvvəlində vəkil Ceyhun Məmmədov müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın v
15:31 100