"Fransa Azərbaycan və Ermənistan münasibətlərinə birbaşa pozuculuq fəaliyyəti ilə təsir edir"-POLAD MEHDİYEV

"Fransa Azərbaycan və Ermənistan münasibətlərinə birbaşa pozuculuq fəaliyyəti ilə təsir edir"-POLAD MEHDİYEVRəsmi Paris Azərbaycanı yenidən Yeni Kaledoniyanın və Fransanın digər dənizaşırı ərazilərinin daxili işinə qarışmaqda və "sabitliyi pozma" əməliyyatlarında günahlandırıb.
Hər bir dövlət yürütdüyü siyasətlə tarixdə iz qoyur, müəyyən mərhələlərdən keçməklə özünü təsdiq edir, nüfuz qazanır və yaxud əksinə. Təbii ki, öz azadlığı, müstəqilliyi uğrunda mübarizə aparan bütün xalqların tarixində müharibələr, münaqişələr baş verib.
Lakin tarixi yalnız qaranlıq səhifələrdən ibarət, qırğınlar, qətliamlar törətmək, müxtəlif xalqlara məxsus torpaqları zəbt edib yerli əhalini əsarətdə saxlamaqla öz ərazilərini genişləndirən və bununla da "güc sahibi" iddiasında olan ölkələr də var. Özünə soyqırımları ilə dolu bir tarix yazan Fransa buna ən bariz nümunədir. 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirib, öz azadlığı uğrunda döyüşən insanların kəllə sümüklərini hələ də muzeydə eksponat kimi sərgiləyən, "insan hüquqlarının müdafiəçisi" olan bu ölkənin tarixi insanlıq adına sığmayan, utancverici və dəhşətli cinayətlərlə doludur. Milyonlarla insanı öz müstəmləkə siyasətinə məruz qoyan, öldürən, işgəncələr verən, alçaldan, qul ticarəti ilə məşğul olan Fransanın bu "zənginliyi" bütün dünyaya məlumdur.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Polad Mehdiyev bildirib ki, Fransanın Azərbaycanı daxili işlərinə qarışmaqda və onların təbirincə desək, Fransanın ərazi məsələlərinə müdaxilə etməkdə günahlandırması reallığı əks etdirmir:

"Fransa Azərbaycan və Ermənistan münasibətlərinə birbaşa pozuculuq fəaliyyəti ilə təsir edir"-POLAD MEHDİYEV"Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışan siyasət həyata keçirmir və həmçinin də Fransanın daxili işlərinə qarışmır. Əksinə, Fransa Azərbaycan və Ermənistan münasibətlərinə birbaşa pozuculuq fəaliyyəti ilə təsir edir.
Digər tərəfdən isə Fransanın təəssüflər olsun ki, XXI əsrdə kolonial siyasəti davam etdirməsi diqqətə layiqdir. Fransanın Avropada oturub, Afrikada yerləşən Yeni Kaledoniyada müstəmləkəçilik siyasəti aparması təməl insan hüquq və azadlıqlarına ziddir. Bu, beynəlxalq hüququn prinsiplərinin pozulması deməkdir.
Beynəlxalq hüququn prinsipləri arasında xalqların öz müqəddaratını təyin etmək hüququ xüsusi yer tutur. Özünü demokratik, hüquqi dövlət hesab edən Fransa, bu gün beynəlxalq hüququn prinsiplərini pozaraq xalqların öz müqəddaratını həll etmək hüququnu qəbul etmək istəmir və hələ də müstəmləkəçilik siyasətini həyata keçirməyə çalışır.
Digər tərəfdən, Azərbaycan "Qoşulmama" Hərəkatına sədrlik edən bir ölkə kimi müstəmləkəçilikdən əziyyət çəkən dövlətlərin müstəqilliklə bağlı atdığı addımları narahatlıqla izləyir və onların problemlərini həyəcanla dinləyir. Bu məsələdə Azərbaycan beynəlxalq hüquqa hörmət edir, xalqların hüquq və azadlıqlarına diqqət göstərirsə, hansısa ölkənin daxili işlərinə qarışmış ola bilməz.
BMT-nin aparıcı üzvü olan bir ölkənin daxili işlərinə Azərbaycanın qarışmaq kimi imkanı varsa, ölkəmiz bu qədər güclü və qüdrətli hesab edirsə, bizim deyəcək sözümüz yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1184   Tarix: 28 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. BİG.AZ xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliy

10:00 160
.

Məktəbin dünyəviliyi - hüquqi dövlətin, azad düşüncənin və müasir cəmiyyətin təməl prinsipi

Məktəb yalnız bilik verilən bir müəssisə deyil, həm də cəmiyyətin gələcəyinin formalaşdığı, insanın dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və mənəvi dəyərlərinin təşəkkül tapdığı mühüm ictimai institutdur. Buna görə də təhsil ocağının dünyəvi mahiyyətinin qorunması təkcə təhsil sisteminin deyil, bütövlükd

10:26 154
.

Uşaqlar siyasi mübarizənin vasitəsinə çevrilməməlidir

Uşaqların dünyası məktəb, ailə, dostluq və gələcəyə dair arzularla zəngin olmalıdır. Onlar böyüklərin siyasi mübahisələrinin, ideoloji qarşıdurmalarının və emosional çağırışlarının ön sırasına çıxarılmamalıdır. Çünki uşağın əsas hüququ kiminsə siyasi mövqeyini nümayiş etdirmək deyil, təhlükəsiz mühitd

10:18 174
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15:54 64
.

Uşaqların gələcəyi ideoloji mübarizələrdən üstün tutulmalıdır

Bu gün ölkəmizdə məscidlərin, kilsələrin və digər dini abidələrin bərpası dövlətimizin bütün dinlərə və inanclara hörmətlə yanaşmasının bariz nümunəsidir. Məhz bu siyasət Azərbaycanı tolerantlığın, birgəyaşayışın və dünyəviliyin nümunəsinə çevirib. Belə bir şəraitdə vahid məktəbli formasının tətbiqin

10:54 168
.

AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlət başçısı tədbirdə çıxış edib

12:31 294
.

Azad Füzuli sürətlə bərpa edilir

30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait

13:01 227
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14.10.2026 298
.

Saleh Səmədova hökm oxundu

İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, indilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Prosesin əvvəlində vəkil Ceyhun Məmmədov müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın v

15:31 100
.