"Tramp milyarder olduğuna görə ermənilərdən asılılığı yoxdur" - Elman Nəsirov - VİDEOMÜSAHİBƏ

"Tramp milyarder olduğuna görə ermənilərdən asılılığı yoxdur" - Elman Nəsirov - VİDEOMÜSAHİBƏ"Bir çox ABŞ prezidentləri erməni lobbisinin girovuna çevrilirdi. Çünki güclü lobbi və böyük maliyyə imkanları var. Konqresmen, senat, prezident düşünür ki, erməni lobbisinin dəstəyini alsa, seçilə bilər. Amma Trampın belə asılılıiğı yoxdur. Çünki Trampın özü milyarderdir. Onun erməni lobbisinin dollarına, sentinə ehtiyacı yoxdur. Tramp daha obyektiv siyasət həyata keçirəcək. Tramp implusivdir, emosionaldır, amma kifayət qədər ağıllı insandır. Tramp dövründə Azərbaycan-ABŞ münasibətlərində yeni imkanlar pəncərəsi açılacaq".

Bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov BiG.AZ-a müsahibəsində deyib.

O qeyd edib ki, Bayden ermənipərəst siyasəti ilə yadda qalıb:

"Bayden o qədər ermənipərəst oldu ki, indiyə kimi ABŞ-nin digər prezidentlərinin atmadığı addımı atdı. O, qondarma erməni soyqırımını tanıdı.Hakimiyyətdən getməyinə az qalmış Ermənistanla strateji tərəfdaşlıq sazişi imzaladı. Ermənistan- ABŞ münasibətləri strateji dialoqdan strateji tərəfdaşlığa qalxdı. Bu sənədə görə ABŞ-nin Ermənistanın İranla sərhədi boyunca hərbi kontingentini təmsilçiliyi də nəzərdə tutulur.İndi rus əsgərləri Ermənistan-Türkiyə sərhədini qoruyurlar, amma sirr deyil ki, bir müddət sonra orada ABŞ əsgərləri olacaq. Bütün bunlar göstərir ki, Bayden administrasiyası ermənipərəst siyasət həyata keçirib.
Biz ərazi bütövlüyümüzü 2020-ci ildə təmin etdik. Həmin vaxt ABŞ prezidenti Donald Tramp idi. Bu, cənab prezidentin 17 illik hazırlıq prosesi nəticəsində baş verdi. Amma bu reallığı da nəzərdən qaçırmamaq lazımdır ki, məhz Tramp o zaman prezident idi".

Deputat həmçinin qərbi azərbaycanlıların qayıdışı, Fransanın Azərbaycana qarşı ittihamları ilə bağlı sualları cavablandırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1367   Tarix: 28 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. BİG.AZ xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliy

10:00 160
.

Məktəbin dünyəviliyi - hüquqi dövlətin, azad düşüncənin və müasir cəmiyyətin təməl prinsipi

Məktəb yalnız bilik verilən bir müəssisə deyil, həm də cəmiyyətin gələcəyinin formalaşdığı, insanın dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və mənəvi dəyərlərinin təşəkkül tapdığı mühüm ictimai institutdur. Buna görə də təhsil ocağının dünyəvi mahiyyətinin qorunması təkcə təhsil sisteminin deyil, bütövlükd

10:26 154
.

Uşaqlar siyasi mübarizənin vasitəsinə çevrilməməlidir

Uşaqların dünyası məktəb, ailə, dostluq və gələcəyə dair arzularla zəngin olmalıdır. Onlar böyüklərin siyasi mübahisələrinin, ideoloji qarşıdurmalarının və emosional çağırışlarının ön sırasına çıxarılmamalıdır. Çünki uşağın əsas hüququ kiminsə siyasi mövqeyini nümayiş etdirmək deyil, təhlükəsiz mühitd

10:18 174
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15:54 64
.

Uşaqların gələcəyi ideoloji mübarizələrdən üstün tutulmalıdır

Bu gün ölkəmizdə məscidlərin, kilsələrin və digər dini abidələrin bərpası dövlətimizin bütün dinlərə və inanclara hörmətlə yanaşmasının bariz nümunəsidir. Məhz bu siyasət Azərbaycanı tolerantlığın, birgəyaşayışın və dünyəviliyin nümunəsinə çevirib. Belə bir şəraitdə vahid məktəbli formasının tətbiqin

10:54 168
.

AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlət başçısı tədbirdə çıxış edib

12:31 294
.

Azad Füzuli sürətlə bərpa edilir

30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait

13:01 227
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14.10.2026 298
.

Saleh Səmədova hökm oxundu

İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, indilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Prosesin əvvəlində vəkil Ceyhun Məmmədov müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın v

15:31 100
.