Düzgün qidalanmasanız qanınız azalacaq - Həkimdən XƏBƏRDARLIQ

Düzgün qidalanmasanız qanınız azalacaq - Həkimdən XƏBƏRDARLIQMütəxəssis-ekspert, hematoloq Şəhla Şabanova düzgün qidalanmamanın fəsatlarından danışıb.

Lent.az mütəxəssisin məsləhətlərini təqdim edir:

- Payız-qış mövsümündə hansı meyvə-tərəvəzlə qan azlığını aradan qaldırmaq olar?

- Bildiyimiz kimi, bir çox vitamin və mikroelementlər qan yaranmada aktiv iştirak edir. Bu vitamin və mikroelementlərdən ən vacibləri dəmir elementi, sianokobolamin (vitamin B12) və Fol turşusudur (vitamin B9). Təbiətdə bunların hər biri bitki və heyvani mənşəli qidalarda rast gəlinir.
Əlbəttə ki, hər bir meyvə-tərəvəz öz mövsümünə uyğun olaraq istifadə edilməlidir.

- Dəmir mikroelementinin orqanizm üçün nə kimi faydası var?

- Bildiyiniz kimi, qana qırmızı rəng verən hüceyrə eritrosit və onun tərkibindəki hemoqlobin zülalıdır. Bədənimizdəki dəmir miqdarının təxminən 2/3-si hemoqlobinin tərkibindədir. Yəni, dəmirin çatışmazlığı ilə hemoqlobin azlığı bir başa əlaqəlidir. Dəmirin miqdarında azalma, dəmir itkisi və ya qida vasitəsilə qəbulunun azalması nəticəsində qan azlığı (anemiya) izlənilə bilər.

Qırmızı qan hüceyrəsinin əsas funksiyası oksigenin ağciyərdən toxumalara daşımaqdır. Qan azlığı zamanı bu funksiya tam təmin edilmədiyi üçün toxumaların qidalanma və oksigenizasiyası yetərli olmur. Bu səbəbdən erkən yorulma, təngnəfəslik, halsızlıq, baş gicəllənmə, ətrafların soyuq olması, ürək döyüntüsünün artması, saçların qırılaraq tökülməsi, ağız bucaqlarında çatların yaranması və s. kimi şikayətlər izlənilə bilər. Şikayətlər mütəxəssis həkim tərəfindən dinlənilərək, anemiya müayinəsi ilə tamamlanmalıdır. Müalicə həm medikamentoz, həm də duzgün qidalanma ilə aparılır. Duzgün qidalanma dedikdə, dəmirlə zəngin qida rasionu nəzərdə tutulur.

Dəmirlə ən çox zəngin qida məhsulu əsasən qırmızı ət, yumurta, quru meyvələr, yarpağı tünd olan tərəvəzlər (çuğundur, pazı), orqanik meyvələr, tut bəhməzi, qarabaşaq hesab olunur. Qan yaranmada rol oynayan dəmir bioyararlığına görə heyvani və bitki tərkibli dəmirə ayrılır. Heme dəmiri və ya heyvan mənşəli dəmirə üstünlük verilir, çünki bədən tərəfindən asanlıqla sorulur. Nə qədər mövsumi meyvə-tərəvəzlər dəmirlə zəngin olsa da, birtərəfli bitki mənşəli qidalanmada yenə də qan azlığı yarada bilər. Bu səbəbdən, həm meyvə-tərəvəz, həm də ət məhsullarından istifadə edilməlidir.

B12 vitaminin çatışmazlığı da qanazlığı yarada bilər. Vitamin B12 və Fol turşusu çatışmazlığı zamanı Meqaloblastik dediyimiz qan azlığı yaranır. Bundan əlavə, B12 vitamini DNT sintezində, sinir sisteminin doğru işləməsində orqanizm üçün vacib rol oynayır. Onun çatışmazlığı qan azlığı ilə birgə, immun sisteminin zəifləməsi, metobolizma pozğuluğu, nevroloji və psixoloji dəyişikliklər yarada bilər.

B12 vitamini daha çox heyvani mənşəli qidalarda rast gəlinir. Ət, balıq, yumurta, süd və süd məhsulları bu vitaminlə zəngin qida vasitələridir. Taxıl məhsulları, bitki südləri, soya və badam südü də B12 vitamini ilə zəngin hesab edilir.

Fol turşusu qan yaranmada vacib rol oynayan vitaminlərdəndir. O, DNT sintezində, qırmızı qan hüceyrələrin yaranma və çoxalmasında iştirak edir. Embrional dövrdə ilk yaranan sistemlərdən biri sinir sistemidir ki, fol turşusu sinir sisteminin yaranmasında önəmli rol oynayır. Hamiləlik dövründə yetərlı fol turşusunun qəbulu olmazsa, "Spina Bifida" dediyimiz problem, yəni ana bətnindəki dölün onurğa kanalının tam bağlanmaması izlənilir. Məhz bu səbəbdən, hamiləlik planlaşdıran xanımlara hamiləlik öncəsi bir neçə ay və hamiləliyin ilk 3 ayı fol turşusu təyin edilir. Təbii yolla fol turşusu ilə zəngin yeyəcəklər əsasən bitki tərkibli olur. Məsələn, kahı, göy soğan, cəfəri, yaşıl lobya, yaşıl mərci. Fol defisiti izlənilən şəxslərdə bu yeyəcəkləri qida rasionuna mütləq əlavə edilməsi məsləhət görülür.

- Qeyri-sağlam qidalanma qan azlığı yarada bilərmi?

- Balanslaşdırılan qidalanma sağlam yaşamın ilk təməl daşlarındandır. Balanslaşdırılan qidalanma dedikdə, zülal, karbohidrat, yağ tərkibli, eləcə də vitamin və mineral ehtiyacını qarşılayan qidalanma nəzərdə tutulur. Sağlam qidalanma immun sistemi gücləndirir, bir çox xəstəliyin qarşısını alır. Bu səbəbdən də kiçik yaşlardan etibarən gündəlik qidalanma vərdişlərinə fikir vermək və sağlam qidalanmağı vərdiş halına salmaq vacibdir. Qeyri-sağlam qidalanma zamanı orqanizm gərəkli vitamin, mineral, zülal və digər vacib qidalarla təmin olunmur.

Bəzən isə düzgün qidalanmama dedikdə, yanlış qida tərzi nəzərdə tutulur. Məsələn, bir çox qida məhsulları var ki, bunları dəmirlə zəngin qidalarla birgə istifadəsi dəmirin mədə-bağırsaqdan sorulmasını azaldaraq, dəmir defisitli anemiyaya səbəb olur. Dəmirlə zəngin qida məhsulunu kəpəkli qidalar, qara çay, qəhvə ilə birgə qəbulu zamanı dəmirin sorulması ləngiyir. Ona görə, qeyd edilən məhsulların yeməkdən 2 saat sonra qəbulu tövsiyə edilir.

- Qan azlığının immunitetə təsiri varmı?

- İmmun sistemin əsas funksiyası orqanizmi yad cisimlərdən qorumaq, mikroorqanizmləri məhv edərək, yayılmasının qarşısını almaqdır.
İmmun sistemin vacib xüsusiyyətlərindən biri də minlərlə fərqli mikroorqanizmi tanıyıb ayırd etməsidir. İmmun sistemin sağlam fəaliyyət göstərməsi üçün qida vasitələri kimi bir çox tövsiyələr var.

Diqqət alınacaq hal sağlam qidalanmama zamanı immun sistemin zəifləməsidir. Karbohidratlarla zəngin və zülalla zəngin olmayan qidalanma, artıq çəki və ya yorğunluq immun sistemini zəiflədir. Uşaq vaxtından davam edən qan azlığı, düzgün qidalanmama yenə də immuniteti zəiflədən nüanslardandır. Düzgün qidalanma və həyat rejimi, fiziki aktivlik, yuxu rejiminə diqqət etmək immun sistemə təsir edən faktorlardan hesab edilir.

- İldə neçə dəfə qan müayinəsi üçün hematoloqa müraciət edilməlidir?

- Hemoqram (yəni, qanın ümumi analizi) qanda olan qırmızı qan hüceyrəsi (eritrosit), ağ qan hüceyrəsi (leykosit), qan lövhəcikləri olan trombositlərin miqdarını göstərən sadə testdir.

Müasir zamanda tibbin inkişafı ilə bağlı qanın umumi analizində ən azı 28 parametr baxıla bilir. Bu da böyük üstünlüklər yaradır. Qanın ümumi analizini təhlil edərkən, pasientdə ilkin vəziyyət qabaqcadan görülür. Belə ki, şəxsdə qan azlığı varsa, onun hansı növü təxmin edilir. Qan azlığını hemoglobin, eritrosit, hemotokrit dəyərlərinin normadan aşağı olması ilə izlənilir.

Digər hemoqramdaki vacib parametr orqanizmi müdafiə edən ağ qan hüceyrəsidir. O, leykosit və bu ailəyə daxil qan hüceyrələrin az və ya çox olması orqanizmdə immun vəziyyəti, allergik halı, qanın sistemik xəstəliyin olub-olmaması haqqında ilkin təxmin yaradır.

Bundan başqa, qan trombositləri (trombosit hüceyrələri) qanamada rol oynayan vacib hüceyrələrdir. Hemoqramda bu hüceyrələrin normal sərhəddən az və ya çoxluğu qan xəstəliyi barədə ilkin siqnaldır.

Qanın ümumi analizi ilkin testdir. Bir tək qanın ümumi analizi ilə hansı tərəfə istiqamət alınmalı və ya şəxsin praktik sağlam olması barədə ilkin fikirləri formalaşır.

Hər bir sağlam insan ildə iki dəfə həkim müayinəsindən keçməlidir. İlk öncə hemoqram testindən keçməlidir. Qanın ümumi analizi damardan qan alınıb qablaşdırılaraq, cihaz vasitətilə incələnir. Təxminən 1-2 saat ərzində nəticə hazır olur. İstər götürülmə mexanizmi, istərsə də cavabın tez əldə edilməsi asan olan bu test ilə bir çox xəstəliyi əvvəlcədən təxmin etmək mümkündür. Bu səbəbdən də ildə 1-2 dəfə hemoqram testi ilə hematoloq müayinəsi arzuolunandır.

Düzgün qidalanmasanız qanınız azalacaq - Həkimdən XƏBƏRDARLIQ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1037   Tarix: 29 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. BİG.AZ xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliy

10:00 160
.

Məktəbin dünyəviliyi - hüquqi dövlətin, azad düşüncənin və müasir cəmiyyətin təməl prinsipi

Məktəb yalnız bilik verilən bir müəssisə deyil, həm də cəmiyyətin gələcəyinin formalaşdığı, insanın dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və mənəvi dəyərlərinin təşəkkül tapdığı mühüm ictimai institutdur. Buna görə də təhsil ocağının dünyəvi mahiyyətinin qorunması təkcə təhsil sisteminin deyil, bütövlükd

10:26 154
.

Uşaqlar siyasi mübarizənin vasitəsinə çevrilməməlidir

Uşaqların dünyası məktəb, ailə, dostluq və gələcəyə dair arzularla zəngin olmalıdır. Onlar böyüklərin siyasi mübahisələrinin, ideoloji qarşıdurmalarının və emosional çağırışlarının ön sırasına çıxarılmamalıdır. Çünki uşağın əsas hüququ kiminsə siyasi mövqeyini nümayiş etdirmək deyil, təhlükəsiz mühitd

10:18 174
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15:54 64
.

Uşaqların gələcəyi ideoloji mübarizələrdən üstün tutulmalıdır

Bu gün ölkəmizdə məscidlərin, kilsələrin və digər dini abidələrin bərpası dövlətimizin bütün dinlərə və inanclara hörmətlə yanaşmasının bariz nümunəsidir. Məhz bu siyasət Azərbaycanı tolerantlığın, birgəyaşayışın və dünyəviliyin nümunəsinə çevirib. Belə bir şəraitdə vahid məktəbli formasının tətbiqin

10:54 168
.

AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlət başçısı tədbirdə çıxış edib

12:31 294
.

Azad Füzuli sürətlə bərpa edilir

30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait

13:01 227
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14.10.2026 298
.

Saleh Səmədova hökm oxundu

İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, indilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Prosesin əvvəlində vəkil Ceyhun Məmmədov müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın v

15:31 100
.