Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.
BiG.AZ xatırladır ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub.
1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsi ilə başa vurub.
2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə təyinatı cəbhə bölgəsindəki hərbi hissələrdən birinə verilib.
19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. O, səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb.
2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub.
2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.
2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində heykəli ucaldılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 849 Tarix: 07 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəudiyyədən rekord: Dünyanın ilk 1 kilometrdən hündür göydələni tikilir (FOTO)
Hazırda dünyanın ən hündür binası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən 828 metrlik Bürc Xəlifədir. Lakin Səudiyyə Ərəbistanında tikilən yeni layihə bu rekordu geridə qoymağa hazırlaşır. Qaynarinfo xəbər verir ki, "Geekweek Interia" nəşrinin yazdığına görə, Ciddə şəhərind
23.07.2026 153 Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
ABŞ Prezidenti Donald Tramp husilərin yenidən gəmilərə hücum etməsi halında buna görə İranın məsuliyyət daşıyacağını bildirib. APA xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Bir il əvvəl ABŞ husilərin ticarət və kommersiyaya mane olmaq üçü
23.07.2026 202 "Harri Potter"i geridə qoydu: Bu yay ən çox oxunan romanlardan biri hansıdır?
Enn Patçettin yeni "Whistler" romanı artıq bir neçə həftədir ki, "Amazon"un ən populyar kitabları arasında yer alır və ədəbi tənqidçilərdən yüksək qiymət alır. Qaynarinfo "Parade"yə istinadən xəbər verir ki, "Whistler" "Amazon"un ən populyar bədii kitablar
23.07.2026 162 Fransada meşə yanğını böyüyür: 12 min nəfər təxliyə edildi
Fransanın qərbində yerləşən Jironde departamentində baş verən güclü meşə yanğını sürətlə genişlənərək 2 min hektar ərazini əhatə edib. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, təhlükənin artması səbəbindən təxminən 12 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Məlumata görə, yanğın Somaux kommunas
23.07.2026 198 İordaniya ordusu İranın üç raketini vurduğunu bildirib
İordaniya dövlət xəbər agentliyinin verdiyi məlumata görə, İordaniya ordusu son 24 saat ərzində İranın dörd raketi və altı dronunu vurduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bildirilib ki, bu səhər üç raketi vurub, dördüncüsü isə yaşayış olmayan əraziyə düşüb. Həmçinin əlavə edi
23.07.2026 209 Sabah 39° isti olacaq
İyulun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25 isti, gündüz 33-38 isti olacaq. Atmosfer təzyiqi normada
23.07.2026 193 Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Rusiyanın neft emalı zavodlarına (NEZ) Ukraynanın endirdiyi zərbələrdən sonra rəsmi Moskva Hindistanda öz neftindən istehsal olunan benzini idxal etməyə başlayıb. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Financial Times nəşri yayıb. Məlumata görə, Rusiyaya Hindistanın Vadinar neft emalı zavodunda
23.07.2026 169 İsrail Hizbullahın mövqelərinə hava zərbələri endirib
İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatına məxsus olduğu bildirilən hədəflərə hava zərbələri endirib. İsrail tərəfi bildirib ki, əməliyyat zamanı Hizbullah terror təşkilatının hərbi infrastrukturu və silahlı qrup üzvləri hədəfə alınıb. Zərbələrin qruplaşmanın fəaliyyətinin qarşısın
23.07.2026 206 Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat
23.07.2026 282