"Ölkəmizdə fəaliyyət göstərən USAID qanunlarımıza hörmət etməli idi"-POLAD MEHDİYEV

"Ölkəmizdə fəaliyyət göstərən USAID qanunlarımıza hörmət etməli idi"-POLAD MEHDİYEVAzərbaycan digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini daim rəhbər tutur. Lakin əfsuslar olsun ki, ərazi bütövlüyü və suverenliyini bərpa edən ölkəmizə qarşı total hücumlar səngimir. Erməni lobbisinin ciddi təsiri altında olan, anti-Azərbaycan bəyanatlarla çıxış edən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) son illər Azərbaycana münasibətdə kəskin ritorika nümayiş etdirir. Səbəb də bəllidir. Hər vəchlə müstəqil xarici siyasət yürüdən dövlətlər hədəfə alınır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Polad Mehdiyev bildirib ki, USAİD ilk dəfə 1961-ci ildə Marşal Planının davamı olaraq yaradılıb. İlk olaraq Avropanın inkişafına dəstək məqsədi üçün fəaliyyət göstərib. Sovetlər İttifaqı dağıldıqdan sonra inkişaf etməkdə olan ölkələrə "dəstək" olmağa başlayıb:

"Ölkəmizdə fəaliyyət göstərən USAID qanunlarımıza hörmət etməli idi"-POLAD MEHDİYEV"Onu xüsusi vurğulamaq lazımdır ki, təşkilat ABŞ-nin dövlət büdcəsi əsasında maliyyələşib və ABŞ səfirliklərində fəaliyyət göstərib. Təşkilatın elan etdiyi fəaliyyəti əsasən sosial sahə, kənd təsərrüfatı, təhsil, o cümlədən demokratiyanın inkişafı və insan haqlarının qorunmasıdır.
Təşkilatın fəaliyyətinə hazırda ciddi məhdudiyyətlər qoyulub. Təşkilatın büdcəsi 50 milyard dollar təşkil edir. Bu, bir təşkilat üçün kifayət qədər yüksək bir rəqəmdir. USAİD, insan haqlarının qorunması adı altında LQBT nümayəndələrinin fəaliyyətinin inkişafına da xüsusi maliyyə ayırıb.
Daha bir vacib məsələ isə ƏL-QAİDA terror təşkilatının ərzaq və geyimlə təmin edilməsinə 10 milyon dollar vəsait ayırmasıdır.
Bu cür gözlənilməyən sahələrə maliyyə ayıran USAİD-in fəaliyyətinə Tramp administrasiyası son qoyduqdan sonra bütün leqal məsələlər ortaya çıxıb.
Əslində isə fəaliyyət dövrü ərzində məlum olub ki, təşkilatın əsas məqsədi inkişaf etməkdə olan ölkələrə dəstək adı altında təmsil etdiyi güclərin maraqlarının yayılmasıdır. Məhz bu təşkilatın fəaliyyəti nəticəsində bir çox inkişaf etməkdə olan ölkədə inqilablar və dövlət çevrilişləri baş verib.
Azərbaycanla USAİD-in münasibətlərinə gəlincə, EVROVİZİON mahnı yarışmasında, COP29-da, ümumiyyətlə Azərbaycanla bağlı istənilən tədbirdə USAİD hər zaman anti-Azərbaycan mövqeyi tutub. Çünki Azərbaycanın təşkilatın təyinatına uyğun fəaliyyət göstərməsini tələb edirdi. Təəssüflər olsun ki, USAİD layihələri dövlətin daxili işlərinə qarışmaq üçün maliyyələşdirirdi.
USAİD-in bağlanması Azərbaycanın daxili işlərinə qarışan, kəşfiyyat materialları toplayan bir qurumun ləğv edilməsi deməkdir.
Azərbaycan qanunvericiliyinə görə, ölkəmizdə fəaliyyət göstərən bu cür təşkilatlar mütləq qanunlara hörmət etməli, şərtlərə uyğun olaraq qeydiyyatdan keçməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1093   Tarix: 12 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ÇL: Oyunlara hansı kanallarda baxmaq olar?

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək bəzi matçlara Azərbaycan telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə nümayiş etdiriləcək:. Azərbaycan. "CBC Sport"

14.10.2026 179
.

Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi

İsrail Baş naziri Benyamin Netanyahu hazırkı şəraitdə - ölkədə seçkilər keçirilməzdən əvvəl İrana qabaqlayıcı zərbə endirilməsinin əleyhinədir. Teleqraf xəbər verir ki, bu barədə o, İsrail Ordusunun Radiosuna müsahibəsində bildirib. "Fikrimcə, hazırda bizim üçün münasib vaxt deyil. Mən bütün həyatı

14.10.2026 179
.

Hakan Fidan Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Azərbaycana səfər edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, o, Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM (CICA

14.10.2026 270
.

Rusiyadan gətirilən minlərlə bioloji həb məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində "Nord Star Pharma" MMC tərəfindən Rusiyadan idxal olunan "Biokor" istehsal müəssisəsinə məxsus "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029

14.10.2026 174
.

Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?

Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə

14.10.2026 200
.

QIZ UŞAQLARININ UŞAQLIĞINI KİM ƏLİNDƏN ALIR? İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahın acı həqiqətləri

Azyaşlı qızların ərə verilməsi, susdurulan səslər, yarımçıq qalan təhsil və məhv edilən gələcəklər: hansı ənənə uşağın hüququndan üstün ola bilər?. Bir qız uşağı hələ məktəb partasında oturmalı, kitab oxumalı, gələcəyi barədə xəyallar qurmalı, dostları ilə oynamalı və həyatın gözəlliklərini kəşf etməlidir

14.10.2026 226
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14.10.2026 159
.

Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video

Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər

14.10.2026 325
.

Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video

Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi

00:02 132
.