Robert Koçaryanın yeni kitabından iddiaları gülüş doğurdu
1997-ci ildə Dağlıq Qarabağdan Ermənistana gətirilən və 1998-ci ildə Ermənistan prezidenti seçilmiş Robert Koçaryan yeni kitab dərc etdirib. Koçaryan kitabında absurd açıqlamaları ilə gündəmə gəlib. Belə ki, keçmiş prezident kitabında "Ermənistan hökumətinin Kəlbəcərin işğalından sonra digər torpaqların zəbt edilməsindən xəbəri yoxdur. 1993-cü ilin 29 iyulunda BMT-nin 853-cü Qətnaməsi qəbul olundu və beynəlxalq diqqət Ağdama yönəldi, Kəlbəcər arxa plana keçdi. Ağdamdan sonra Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı, Horadizi ələ keçirdik. Hər dəfə tutduğumuz rayonlardan qalan silahlarla növbəti kəndlərə, rayonlara hücum edirdik. Əhali panikaya düşüb özləri kəndləri, şəhərləri tərk edirdilər" deyə vurğulayıb.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Robert Koçaryanın "Ermənistan hökumətinin işğaldan xəbəri yoxdur" iddiası gülünc və absurddur. Bu ideanın müəllifinin də kim olduğuna baxmaq lazımdır:
"Xocalı qatili, əli azərbaycanlıların qanına batmış bir şəxs, bir cani. Belə bir şəxsin sözünə etibar etmək təbii ki, qeyri-peşəkarlıq olardı.
Ermənilər 90-cı illər I Qarabağ müharibəsini, Qarabağlı ermənilərin öz müstəqillik hərəkatına qatılması kimi qiymətləndirirlər. Lakin reallıq ondan ibarətdir ki, Ermənistan faktiki olaraq Qarabağı işğal edib və buna işğalçı müharibədən başqa bir ad vermək olmaz. I Qarabağ savaşında Robert Koçaryanın döyüşməsinin heç bir əhəmiyyəti yoxdur. Nəticəni də dəyişmir. Bu baxımdan Koçaryanın bu iddiası rəsmi Bakının, xüsusilə cənab prezident İlham Əliyevin tez-tez dilə gətirdiyi sübutları çürütmək məqsədilə atılmış boş bir addımdır."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 845 Tarix: 13 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaqlığı əlindən alınan qızlar: İran, Əfqanıstan və ərəb cəmiyyətlərində erkən nikahın acı reallığı
Erkən nikah müasir dünyanın ən ağrılı sosial problemlərindən biri, uşaqların hüquqlarını, azadlığını və gələcəyini təhdid edən ciddi insan hüquqları pozuntusudur. Azyaşlı qızın öz uşaqlığını yaşamadan həyat yoldaşı, ana və ailənin bütün məsuliyyətlərini daşımağa məcbur edilməsi sadəcə ailədaxili qəra
14.10.2026 213 İki saata 300 manat - Konsert qiymətləri niyə cib yandırır?
Azərbaycanda musiqisevərlərin narazılığına səbəb olan məsələlərdən biri də son illər konsert biletlərinin yüksək qiymətə olmasıdır. Xüsusilə xarici ifaçıların konsertlərində ön sıralar və VIP yerlər üçün tələb olunan məbləğlər bir çox insanın büdcəsinə uyğun gəlmir. Maraqlıdır ki, 2 saat davam edən konsertləri
14.10.2026 209 Sergey Lavrov Bakıya gəldi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib
14.10.2026 208 Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini
14.10.2026 169 Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14.10.2026 261 Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec
14.10.2026 223 Kimisi yemək səsinə dözə bilmir: Bunun səbəbi nədir?
Bəzi insanlar üçün adi səslər, məsələn, kiminsə yemək çeynəməsi, burnunu çəkməsi, nəfəs alması və ya qələmlə masaya toxunması dözülməz ola bilər. Bu hal misofoniya adlanır. BİG.AZ xəbər verir ki, araşdırmalara görə, misofoniya yaşayan insanlarda müəyyən səslər qəzəb, narahatlıq, ikrah və güclü gərginli
14.10.2026 251 Rusiyadan gətirilən minlərlə bioloji həb məhv edildi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində "Nord Star Pharma" MMC tərəfindən Rusiyadan idxal olunan "Biokor" istehsal müəssisəsinə məxsus "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029
14.10.2026 174 Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib
14.10.2026 358