KOBİA nümayəndə heyəti "Veysəloğlu"na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib-FOTO

KOBİA nümayəndə heyəti "Veysəloğlu"na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib-FOTOKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin əməkdaşları Məhəmmədi qəsəbəsində yerləşən Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) məxsus Logistika Mərkəzində olublar. Ziyarət çərçivəsində qonaqlar VŞQ-nin təsisçisi və İdarə Heyətinin sədri Aydın Talıbov və Qrupa aid olan biznes subyektlərinin rəhbərləri ilə birlikdə Logistik Mərkəzin iş fəaliyyəti ilə yaxından tanış olublar. İnfotur çərçivəsində KOBİA üzvlərinə pərakəndə sektoru əhatə edən tədarük zəncirinin necə həyata keçirilməsi ilə bağlı dolğun məlumat verilib, bəzi əməliyyatların icrası canlı nümayiş edilib.

KOBİA nümayəndələri Logistika Mərkəzinin yerləşdiyi ərazidə fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupuna məxsus "Xonça" istehsalat fabrikinin iş fəaliyyəti ilə də yaxından tanış olublar.

Ardınca nümayəndə heyətlərinin iştirakı ilə tərəflər arasında ətraflı fikir mübadiləsi aparılıb. Aydın Talıbov qonaqlara Veysəloğlu Şirkətlər Qrupu və ona aid olan biznes subyektləri, eləcə də, pərakəndə sektorun mərkəzi dağıtım sistemlərinin fəaliyyətinin kiçik və orta sahibkarların inkişafına necə dəstək verməsi ilə bağlı prosesi ətraflı izah edib.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov da mövzu ilə bağlı fikirlərini bildirib, pərakəndə sektorun kiçik və orta sahibkarlara dəstək olmasının zəruriliyini vurğulayıb. Qərara gəlinib ki, kiçik və orta sahibkarların pərakəndə sektor nümayəndələri ilə görüşlərinin daha da intensivləşməsi, bu sahədə olan çətinliklərin həlli istiqamətində lazımi addımların atılması məqsədəuyğundur. Həmçinin tərəflərin iştirakı ilə birgə Forumun keçirilməsi ilə bağlı da ilkin razılıq əldə olunub.

Görüş zamanı Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müşavir İlqar Nuri "Araz" və "OBA" marketlər şəbəkələrinin kiçik və orta sahibkarlara verdiyi dəstək və bundan doğan nəticələrlə bağlı ətraflı video təqdimat edib.

Qafqazın ən böyük logistika mərkəzlərindən biri olan Veysəloğlu Şirkətlər Qrupuna məxsus Məhəmmədi Logistika Mərkəzinin təməli 2017-ci ildə qoyulub. Mərkəz həm Keyfiyyət idarəetmə, həm də Əməyin mühafizəsi üzrə beynəlxalq İSO 9001 standartlarına layiq görülüb. Logistika Mərkəzi 22 hektar sahəni əhatə edir və bunun 9 hektarında 95 min palet tutumuna malik qapalı anbar yerləşir. Anbarda 20 min növ quru qida və qeyri-qida, 120 çeşid meyvə-tərəvəz, 400 növ soyuq və donmuş məhsullar saxlanılır. Anbar gündəlik 6000 palet mal qəbul edir və 4000 mağazaya məhsul təminatını həyata keçirir.

Logistika mərkəzində həmçinin soyutma sistemləri, dondurucu və soyuducularla təchiz olunan soyuq anbar da fəaliyyət göstərir. Müasir texnologiya və innovativ üsullarla hazırlanmış xüsusi soyutma sistemli daşınma nəqliyyat vasitələri ilə qida məhsulları soyuq zəncir prinsipi qorunmaqla satış nöqtələrinə çatdırır.

Logistika Mərkəzinin yerləşdiyi ərazidə Veysəloğlu Şirkətlər Qrupuna məxsus "Xonça" istehsalat fabriki də fəaliyyət göstərir. "Xonça" beynəlxalq standartlara uyğun qurulub və müştərilərə 200-dən çox məhsul çeşidi təqdim edir. Fabriki Qafqazın ən böyük şirniyyat istehsal məntəqələrindən biridir və burada aylıq 1000 tondan çox məhsul istehsal edilir. Fabrikdə müxtəlif növ ətirli çörəklər, bulkalar, tortlar və digər şirniyyat və un məmulatları istehsal olunur.

Logistika Mərkəzi və "Xonça"da ümumilikdə 3000 nəfər əməkdaş çalışır.

KOBİA nümayəndə heyəti "Veysəloğlu"na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib-FOTOKOBİA nümayəndə heyəti "Veysəloğlu"na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib-FOTOKOBİA nümayəndə heyəti "Veysəloğlu"na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib-FOTOKOBİA nümayəndə heyəti "Veysəloğlu"na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib-FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 703   Tarix: 14 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yuventus" Ronaldoya borcunu ödəmək istəmir: Ali Məhkəməyə ŞİKAYƏT

İtaliyanın "Yuventus" klubu Kriştiano Ronaldoya ödənilməmiş əməkhaqqına görə 9,8 milyon avro verilməsi barədə qərardan İtaliyanın Ali Məhkəməsinə şikayət edib. xəbər verir ki, klub kassasiya şikayəti təqdim edib və məhkəmə iclasının tarixinin təyin olunmasını gözləyir. Bu, 2021-ci ildən dava

14.10.2026 179
.

Ətirləri vanna otağında saxlamayın: Niyə istilik və nəm qoxunu korlayır

Sevdiyiniz ətir zaman keçdikcə qoxusunu dəyişə, əvvəlki intensivliyini itirə və hətta rəngi tündləşə bilər. Bunun əsas səbəblərindən biri düzgün saxlanılmamasıdır. Xüsusilə istilik, günəş işığı və temperaturun tez-tez dəyişməsi ətirlərin tərkibinə mənfi təsir göstərir. xarici mediaya istinadla ətirləri

14.10.2026 163
.

Su və işıq pulu hesabınızdan çox gəlirsə, sayğaclarda bunları YOXLAYIN

Azərbaycanda bir çox ailənin hər ay qarşılaşdığı problemlərdən biri kommunal ödənişlərdir. Bəzən evdə əvvəlki aylardan daha az elektrik və su istifadə olunsa da, ödəniş məbləği gözləniləndən yüksək çıxır. Belə hallarda vətəndaşlar çox vaxt pulu ödəməklə kifayətlənirlər. Halbuki yüksək hesabın səbəb

14.10.2026 200
.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

14.10.2026 138
.

Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?

Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə

14.10.2026 200
.

ChatGPT artıq hər fikrinizlə razılaşmayacaq

OpenAI ChatGPT-nin istifadəçilərlə avtomatik razılaşmasını və onları yersiz tərifləməsini azaltmaq istəyir. Məqsəd çat-botun səhv fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və daha obyektiv cavablar verməsidir. xarici mediaya istinadla xəbər verir ki, şirkət süni intellektin istifadəçiyə həddində

14.10.2026 186
.

İki saata 300 manat - Konsert qiymətləri niyə cib yandırır?

Azərbaycanda musiqisevərlərin narazılığına səbəb olan məsələlərdən biri də son illər konsert biletlərinin yüksək qiymətə olmasıdır. Xüsusilə xarici ifaçıların konsertlərində ön sıralar və VIP yerlər üçün tələb olunan məbləğlər bir çox insanın büdcəsinə uyğun gəlmir. Maraqlıdır ki, 2 saat davam edən konsertləri

14.10.2026 209
.

Rusiyadan gətirilən minlərlə bioloji həb məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində "Nord Star Pharma" MMC tərəfindən Rusiyadan idxal olunan "Biokor" istehsal müəssisəsinə məxsus "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029

14.10.2026 174
.

Keyn Messini keçib Ronaldonun rekorduna yaxınlaşdı

"Bavariya"nın hücumçusu Harri Keyn Lionel Messinin rekordunu keçib və ardıcıl Çempionlar Liqası oyunlarında qol vurmaqla Kriştiano Ronaldonun tarixi göstəricisinə yaxınlaşmağa davam edir. -ın xəbərinə görə, ümumi turnirin ikinci oyununda "Bavariya" Norveç "Vikinq"i ilə 3-

14.10.2026 177
.