""Sevgililər Günü"nün ölkəmizdə belə qeyd olunmasını sosioloq kimi məqbul saymıram"-Üzeyir Şəfiyev

""Sevgililər Günü"nün ölkəmizdə belə qeyd olunmasını sosioloq kimi məqbul saymıram"-Üzeyir ŞəfiyevFevralın 14-ü dünyanın bir çox ölkəsində "Sevgililər Günü" kimi qeyd edilir. Bu gün bəzən "Müqəddəs Valentin Günü" adlandırılsa da, onun kökləri xristianlıqdan daha əvvəlki dövrlərə, qədim Roma adətlərinə gedib çıxır. Bayramın mənşəyi ilə bağlı bir neçə fərqli versiya mövcuddur.
Hazırda bir sıra ölkələrdə "Sevgililər Günü"nün qeyd olunmasına müxtəlif səbəblərlə qadağa qoyulub.
Rusiya – Bu gün rus milli dəyərlərinə zidd hesab edildiyi üçün dövlət tərəfindən təşviq edilmir. Universitetlərdə və təhsil müəssisələrində fevralın 14-də şənliklər qadağan olunub.
Almaniya – Burada Sevgililər Günü "psixi cəhətdən sağlam olmayanların günü" kimi qeyd olunur.
İordaniya, Malayziya, Pakistan, Özbəkistan və Türkmənistan – İslam əxlaqına uyğun olmadığı üçün bu bayramın keçirilməsi məhdudlaşdırılıb. Pakistan Ali Məhkəməsi bu günü İslam ənənələrinə zidd elan edərək, ictimai qeyd olunmasını və mediada təbliğ olunmasını qadağan edib.
İran – Fevralın 14-də sevgililərə aid hədiyyəlik əşyaların satışı və reklamı qadağandır.
Səudiyyə Ərəbistanı – 2004-cü ildə verilən fitvada bu günün qeyd olunmaması müsəlmanlara tövsiyə edilib.
Azərbaycanda əksərən "Sevgililər Günü" 30 iyun tarixində keçirilir. Bu tarix 1990-cı il 20 Yanvar faciəsində şəhid olan İlham və onun yoxluğuna dözməyərək intihar edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqələndirilir. Bu hadisə əsl sevgi və sədaqətin simvolu sayıldığından, 30 iyun Azərbaycanda "Sevgililər Günü" kimi qəbul olunub.
Bununla belə, bəzi gənclər və kommersiya qurumları 14 fevralı da qeyd edir, bu gün mağazalar və restoranlar xüsusi kampaniyalar keçirir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, biz bu və ya buna bənzər bayramların tarixinə ekskursiya etdiyimizdə görürük ki, burada bayramların kökü bizim cəmiyyətin tarixi ilə uyğun gəlmir. Bu əcnəbi bayram kimi digər ölkələrdə də təbliğ edilir. Bunun yayılmasında məqsəd digər dini dəyərlərin yayılması və iqtisadi gəlirlərin əldə edilməsidir:

""Sevgililər Günü"nün ölkəmizdə belə qeyd olunmasını sosioloq kimi məqbul saymıram"-Üzeyir Şəfiyev"Bu bayramın tarixinə baxdıqda kökü protestan cəmiyyətinə, yəni cahiliyyət dövrünə gedib çıxır. Bu günün bayram kimi qeyd edilməsi ilə bağlı mübahisəli məqamlar çoxdur. Hətta qeyri-əxlaqi tərzlər və ənənələrlə bağlı "bayramın" tarixində assosiasiya olunan məqamlar var. "Sevgililər Günü"nün ölkəmizdə belə qeyd olunmasını sosioloq kimi məqbul saymıram. Bu bayramın bu qədər geniş yayılıb qeyd edilməsinin səbəbi tacirlərin ticarət industriyasını inkişaf etdirməsindən irəli gəlir. Hədiyyə və gül dükanlarının marağında olduğu üçün bu bayram genişlənir və qloballaşır.
Hərçənd bəzi qərb ölkələrində bu gün bayram olaraq qeyd olunmur. Burada bir məqsəd var: xristian sivilizasiyasının qaynaqlanan missioner fəaliyyəti genişləndirmək. Bunu bir qayda olaraq təşkil edənlər işbazlardır. Onlar reklam psixologiyası vasitəsilə kütlə şüuruna təsir edərək ictimailəşdiriblər. Təəssüf ki, bu günü "bayram" hesab edib böyük xərcə düşüb, ailə büdcələrinə zərər vururlar. Bu günün keçirilmədiyi halda ailə problemlərinin yaşandığının şahidi oluruq. Ailədə hər gün insanlar bir-birinə qayğı və sevgi ilə yanaşmalıdır. Bir günü qeyd edərkən əvvəlcə o günün mahiyyətinə və tarixinə fikir vermək lazımdır. Kütlə şüuru ilə kortəbii addım atmaq lazım deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1352   Tarix: 14 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yuventus" Ronaldoya borcunu ödəmək istəmir: Ali Məhkəməyə ŞİKAYƏT

İtaliyanın "Yuventus" klubu Kriştiano Ronaldoya ödənilməmiş əməkhaqqına görə 9,8 milyon avro verilməsi barədə qərardan İtaliyanın Ali Məhkəməsinə şikayət edib. xəbər verir ki, klub kassasiya şikayəti təqdim edib və məhkəmə iclasının tarixinin təyin olunmasını gözləyir. Bu, 2021-ci ildən dava

14.10.2026 179
.

Ətirləri vanna otağında saxlamayın: Niyə istilik və nəm qoxunu korlayır

Sevdiyiniz ətir zaman keçdikcə qoxusunu dəyişə, əvvəlki intensivliyini itirə və hətta rəngi tündləşə bilər. Bunun əsas səbəblərindən biri düzgün saxlanılmamasıdır. Xüsusilə istilik, günəş işığı və temperaturun tez-tez dəyişməsi ətirlərin tərkibinə mənfi təsir göstərir. xarici mediaya istinadla ətirləri

14.10.2026 163
.

Su və işıq pulu hesabınızdan çox gəlirsə, sayğaclarda bunları YOXLAYIN

Azərbaycanda bir çox ailənin hər ay qarşılaşdığı problemlərdən biri kommunal ödənişlərdir. Bəzən evdə əvvəlki aylardan daha az elektrik və su istifadə olunsa da, ödəniş məbləği gözləniləndən yüksək çıxır. Belə hallarda vətəndaşlar çox vaxt pulu ödəməklə kifayətlənirlər. Halbuki yüksək hesabın səbəb

14.10.2026 200
.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

14.10.2026 138
.

Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?

Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə

14.10.2026 200
.

ChatGPT artıq hər fikrinizlə razılaşmayacaq

OpenAI ChatGPT-nin istifadəçilərlə avtomatik razılaşmasını və onları yersiz tərifləməsini azaltmaq istəyir. Məqsəd çat-botun səhv fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və daha obyektiv cavablar verməsidir. xarici mediaya istinadla xəbər verir ki, şirkət süni intellektin istifadəçiyə həddində

14.10.2026 186
.

İki saata 300 manat - Konsert qiymətləri niyə cib yandırır?

Azərbaycanda musiqisevərlərin narazılığına səbəb olan məsələlərdən biri də son illər konsert biletlərinin yüksək qiymətə olmasıdır. Xüsusilə xarici ifaçıların konsertlərində ön sıralar və VIP yerlər üçün tələb olunan məbləğlər bir çox insanın büdcəsinə uyğun gəlmir. Maraqlıdır ki, 2 saat davam edən konsertləri

14.10.2026 209
.

Rusiyadan gətirilən minlərlə bioloji həb məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində "Nord Star Pharma" MMC tərəfindən Rusiyadan idxal olunan "Biokor" istehsal müəssisəsinə məxsus "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029

14.10.2026 174
.

Keyn Messini keçib Ronaldonun rekorduna yaxınlaşdı

"Bavariya"nın hücumçusu Harri Keyn Lionel Messinin rekordunu keçib və ardıcıl Çempionlar Liqası oyunlarında qol vurmaqla Kriştiano Ronaldonun tarixi göstəricisinə yaxınlaşmağa davam edir. -ın xəbərinə görə, ümumi turnirin ikinci oyununda "Bavariya" Norveç "Vikinq"i ilə 3-

14.10.2026 177
.