"Valideynlərin özəl məktəblərə marağının artmasının əsas səbəbi dövlət təhsil sistemindəki problemlərdir"-EKSPERTDƏN AÇIQLAMA

"Valideynlərin özəl məktəblərə marağının artmasının əsas səbəbi dövlət təhsil sistemindəki problemlərdir"-EKSPERTDƏN AÇIQLAMAƏvvəllər cəmiyyətin böyük hissəsi özəl məktəblərə və bağçalara şübhə ilə yanaşır, onları etibarsız və kommersiya yönümlü təhsil müəssisələri hesab edirdi. Lakin son dövrdə bu yanaşma dəyişib və valideynlər arasında özəl təhsilə olan tələbat sürətlə yüksəlir. Bu dəyişimin əsas səbəblərinə nəzər salmaq vacibdir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Son illərdə insanların özəl məktəb və uşaq bağçalarına marağının artmasının bir neçə əsas səbəbi var. Ən mühüm səbəblərdən biri dövlət məktəblərində təhsilin keyfiyyətinə olan narazılığın artmasıdır. Bir çox valideynlər hesab edir ki, dövlət məktəblərində tədris proqramı köhnəlmişdir və şagirdlərə tənqidi düşünmə, problemləri həll etmə və yaradıcılıq bacarıqları qazandırmır. Müəllimlərin iş yükünün çox olması, siniflərin sıxlığı və fərdi yanaşmanın olmaması valideynləri daha alternativ təhsil imkanları axtarmağa sövq edir. Özəl məktəblər isə kiçik siniflər, fərdi yanaşma və müasir təhsil metodları ilə öndə gedir:

"Valideynlərin özəl məktəblərə marağının artmasının əsas səbəbi dövlət təhsil sistemindəki problemlərdir"-EKSPERTDƏN AÇIQLAMA"Digər bir əsas faktor dövlət məktəblərində repetitorluğun geniş yayılması və əlavə hazırlıqlara ehtiyacın artmasıdır. Valideynlər hesab edir ki, övladlarının yüksək səviyyəli təhsil alması üçün repetitor yanına getməsi artıq qaçılmazdır. Halbuki bir çox özəl məktəblər şagirdlərinə əlavə hazırlıq ehtiyacı olmadan universitetlərə qəbul üçün kifayət qədər bilik və bacarıq qazandırmağı vəd edir. Bu səbəbdən də bəzi valideynlər, məktəb və repetitor xərclərinə ayrıca pul xərcləməkdənsə, övladlarını təhsil keyfiyyətinin daha yüksək olduğu özəl məktəblərə yönləndirirlər.

Beynəlxalq standartlara uyğun təhsil almaq imkanı da özəl məktəblərə marağın artmasının mühüm səbəblərindəndir. Beynəlxalq təhsil proqramları (IB - International Baccalaureate, Cambridge, SAT və s.) bir çox valideynlər üçün cəlbedici görünür. Xüsusilə də gələcəkdə övladlarını xaricdə təhsil almağa göndərməyi düşünən ailələr bu tip məktəbləri seçirlər. Özəl məktəblərin xarici dillərə üstünlük verməsi və dünya səviyyəsində tanınan sertifikatlar təqdim etməsi onları daha cazibədar edir.
Özəl məktəblərin valideynlər üçün daha əlverişli etdiyi digər məqam şagirdlərin məktəb daxilində əlavə fəaliyyətlərlə məşğul olması və daha geniş inkişaf imkanlarına sahib olmasıdır. Bir çox özəl məktəblərdə idman, incəsənət, robot texnologiyaları, musiqi və digər sahələr üzrə dərsdənkənar məşğələlər mövcuddur. Dövlət məktəblərində isə dərsdənkənar fəaliyyətlər məhdud olduğu üçün şagirdlərin əlavə inkişafı valideynlərin üzərinə düşür".

"Valideynlərin özəl məktəblərə marağının artmasının əsas səbəbi dövlət təhsil sistemindəki problemlərdir"-EKSPERTDƏN AÇIQLAMAEkspert onu da əlavə etdi ki, bağça seçimində isə valideynlərin özəl sektora yönəlməsinin əsas səbəblərindən biri dövlət bağçalarında yerlərin məhdudluğu və şəraitin qənaətbəxş olmamasıdır. Ölkədə dövlət bağçalarının sayı yetərli deyil və mövcud bağçalar çox yüklənmiş vəziyyətdədir. Bundan əlavə, bəzi valideynlər dövlət bağçalarının metodikasının köhnəlmiş olduğunu və uşaqlara fərdi yanaşmanın zəif təşkil edildiyini düşünürlər. Özəl bağçalar isə fərdi yanaşma, daha yaxşı qidalanma və psixoloji dəstək xidmətləri təqdim edərək valideynlərin üstünlük verdiyi seçimə çevrilir:

"Valideynlərin özəl məktəblərə marağının artmasının əsas səbəbi dövlət təhsil sistemindəki problemlərdir"-EKSPERTDƏN AÇIQLAMA"Bundan başqa, son illərdə valideynlərin maliyyə imkanlarının artması və təhsilə sərmayə yatırmaq istəyi də özəl məktəblərə marağın artmasına təsir edir. Əvvəllər yalnız yüksək gəlirli ailələr özəl məktəbləri seçə bilirdisə, indi orta gəlirli ailələr də övladlarının keyfiyyətli təhsil alması üçün bu seçimi etməyə çalışır. Bu da özəl təhsil sektorunun genişlənməsinə və rəqabətin artmasına səbəb olub.
Əvvəllər özəl məktəblərin keyfiyyətsiz olması ilə bağlı formalaşan stereotiplər son illərdə dəyişib. Artıq valideynlər özəl məktəblərin yalnız kommersiya məqsədilə fəaliyyət göstərən qurumlar olmadığını, bəzi hallarda dövlət məktəblərindən daha yaxşı nəticələr əldə etdiyini görürlər. Xüsusilə beynəlxalq akkreditasiyadan keçmiş və tanınmış özəl məktəblər bu sahədə etibarlılıq qazandığı üçün əvvəlki neqativ düşüncə tədricən aradan qalxır.
Nəticə olaraq, valideynlərin özəl məktəb və bağçalara marağının artmasının əsas səbəbi dövlət təhsil sistemindəki problemlər, tədrisin keyfiyyəti ilə bağlı narahatlıqlar, beynəlxalq təhsil imkanlarına çıxış və fərdi yanaşmanın üstünlüyüdür. Təhsil sistemi ümumilikdə gücləndirilmədikcə və məktəblər arasındakı keyfiyyət fərqi azalmadıqca, bu tendensiya gələcək illərdə də davam edəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 735   Tarix: 14 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yuventus" Ronaldoya borcunu ödəmək istəmir: Ali Məhkəməyə ŞİKAYƏT

İtaliyanın "Yuventus" klubu Kriştiano Ronaldoya ödənilməmiş əməkhaqqına görə 9,8 milyon avro verilməsi barədə qərardan İtaliyanın Ali Məhkəməsinə şikayət edib. xəbər verir ki, klub kassasiya şikayəti təqdim edib və məhkəmə iclasının tarixinin təyin olunmasını gözləyir. Bu, 2021-ci ildən dava

14.10.2026 179
.

Ətirləri vanna otağında saxlamayın: Niyə istilik və nəm qoxunu korlayır

Sevdiyiniz ətir zaman keçdikcə qoxusunu dəyişə, əvvəlki intensivliyini itirə və hətta rəngi tündləşə bilər. Bunun əsas səbəblərindən biri düzgün saxlanılmamasıdır. Xüsusilə istilik, günəş işığı və temperaturun tez-tez dəyişməsi ətirlərin tərkibinə mənfi təsir göstərir. xarici mediaya istinadla ətirləri

14.10.2026 163
.

Su və işıq pulu hesabınızdan çox gəlirsə, sayğaclarda bunları YOXLAYIN

Azərbaycanda bir çox ailənin hər ay qarşılaşdığı problemlərdən biri kommunal ödənişlərdir. Bəzən evdə əvvəlki aylardan daha az elektrik və su istifadə olunsa da, ödəniş məbləği gözləniləndən yüksək çıxır. Belə hallarda vətəndaşlar çox vaxt pulu ödəməklə kifayətlənirlər. Halbuki yüksək hesabın səbəb

14.10.2026 200
.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

14.10.2026 138
.

Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?

Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə

14.10.2026 200
.

ChatGPT artıq hər fikrinizlə razılaşmayacaq

OpenAI ChatGPT-nin istifadəçilərlə avtomatik razılaşmasını və onları yersiz tərifləməsini azaltmaq istəyir. Məqsəd çat-botun səhv fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və daha obyektiv cavablar verməsidir. xarici mediaya istinadla xəbər verir ki, şirkət süni intellektin istifadəçiyə həddində

14.10.2026 186
.

İki saata 300 manat - Konsert qiymətləri niyə cib yandırır?

Azərbaycanda musiqisevərlərin narazılığına səbəb olan məsələlərdən biri də son illər konsert biletlərinin yüksək qiymətə olmasıdır. Xüsusilə xarici ifaçıların konsertlərində ön sıralar və VIP yerlər üçün tələb olunan məbləğlər bir çox insanın büdcəsinə uyğun gəlmir. Maraqlıdır ki, 2 saat davam edən konsertləri

14.10.2026 209
.

Rusiyadan gətirilən minlərlə bioloji həb məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində "Nord Star Pharma" MMC tərəfindən Rusiyadan idxal olunan "Biokor" istehsal müəssisəsinə məxsus "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029

14.10.2026 174
.

Keyn Messini keçib Ronaldonun rekorduna yaxınlaşdı

"Bavariya"nın hücumçusu Harri Keyn Lionel Messinin rekordunu keçib və ardıcıl Çempionlar Liqası oyunlarında qol vurmaqla Kriştiano Ronaldonun tarixi göstəricisinə yaxınlaşmağa davam edir. -ın xəbərinə görə, ümumi turnirin ikinci oyununda "Bavariya" Norveç "Vikinq"i ilə 3-

14.10.2026 177
.