Ata və oğuldan dəhşətli CİNAYƏT: Yaşlı kişini öldürüb, ayağına daş bağlayıb suya atdılar - TƏFƏRRÜAT+YENİLƏNİB\VİDEO
Fevralın 5-dən etibarən itkin düşən Saatlı rayon sakini, 66 yaşlı Mirhəsən Seyidovun öldürülməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az Baku TV-yə istinadən məlumat verir ki, fevralın 16-sı səhər saatlarında M.Seydiovun meyiti su kanalında aşkarlanıb.
Mərhumun qonşuları, qətli törətməkdə şübhəli sayılan ata və oğul saxlanılıb.
Mirhəsən Seyidovun yaxınları qətlin tamah məqsədilə törədildiyini iddia edirlər.
"İş yerindən bizə zəng edib məlumat verdilər ki, Mirhəsən işə gəlmir, əlaqə nömrəsinə zəng çatmır və neçə gündür ki, onu axtarırıq. Sonra polis tapdı. Kiminsə torpağını behləyib yiyə durub, orada da qonşusunun gölü var imiş. Elə o göldə də meyitini tapıblar. Hadisə mülk məsələsinə görə olub", - deyə yaxını bildirib.
Ətraflı süjetdə:
14:32
Saatlı Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində fevralın 5-də itkin düşmüş Saatlı rayon Şirinbəyli kənd sakini, 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun qəsdən öldürülməsi müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir
Qeyd olunur ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Elşad Abbasov və oğlu, 2005-ci il təvəllüdlü Elçin Abbasovun fevralın 5-də rayonun Şirinbəyli kəndi ərazisindəki çöl sahədə həmkəndliləri Mirhəsən Seyidovu sonuncuya məxsus avtomobildə tamah məqsədilə məftil vasitəsilə boğaraq qəsdən öldürməsi, hadisəni gizlətmək üçün meyiti ayağına daş bağlayaraq həmin ərazidəki su kollektoruna atmalarına əsaslı şübhələr müəyyən edilib.
Mirhəsən Seyidovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elşad Abbasov və Elçin Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulublar.
10:24
Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 66 yaşlı Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalında aşkar olunub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, Mirhəsən Seyidovun onunla ədavətli olan qonşuları - 45 yaşlı Elşad Elbrus oğlu Abbasov və onun 20 yaşlı oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Saatlıda 66 yaşlı Mirhəsən Seyidovun itkin düşməsi barədə xəbər vermişdik.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2003 Tarix: 16 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNigar Kərbəla ziyarətində
Aparıcı Nigar Mahmudova İraqa səfər edib. Axşam.az xəbər verir ki, aparıcı Kərbəla ziyarətində olub. Samarra şəhərində olan Nigar sosial şəbəkədə səfəri ilə bağlı paylaşım edib. O, dini inancları ilə bağlı yazılan suallara da aydınlıq gətirib:. "Düşünməyin ki, qatı şiəyəm. Mən dini məzhəblərə bölmədə
14:40 156 İordaniya ordusu İranın üç raketini vurduğunu bildirib
İordaniya dövlət xəbər agentliyinin verdiyi məlumata görə, İordaniya ordusu son 24 saat ərzində İranın dörd raketi və altı dronunu vurduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bildirilib ki, bu səhər üç raketi vurub, dördüncüsü isə yaşayış olmayan əraziyə düşüb. Həmçinin əlavə edi
12:58 158 ABŞ Malidə terrorçulara qarşı hərbi əməliyyat variantını nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp administrasiyası Malidə fəaliyyət göstərən "Cəmaat Nüsrət əl-İslam vəl-Müslimin" (CNİM) silahlı qruplaşmasına qarşı mümkün hərbi əməliyyatın keçirilməsini müzakirə edir. Məlumata görə, əməliyyatla bağlı yekun qərar veriləcəyi təqdirdə, Mali Trampın ikinci prezidentli
15:34 65 Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Yunanıstanda davam edən isti hava dalğası səbəbindən açıq havada görülən işlərə məhdudiyyət qoyulub. xarici mətbuata istinadən xəbər verir ki, Əmək və Sosial Təminat Nazirliyinin açıqlamasına görə, ölkənin bir sıra bölgələrində, o cümlədən paytaxt Afinanın yerləşdiyi Attiki ərazisində saat 13:00-da
22.07.2026 486 İnsanlar niyə rituallara inanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son illər sosial şəbəkələrdə "bolluq ritualı", "arzuların həyata keçməsi üçün edilən ayinlər", "enerji təmizlənməsi" və buna bənzər məzmunların sürətlə yayılması bu mövzuya marağı da artırıb. Xüsusilə qeyri-müəyyənlik və stress dövründə bir çox insan həyatında müsbət dəyişikli
11:34 375 İsrail Hizbullahın mövqelərinə hava zərbələri endirib
İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatına məxsus olduğu bildirilən hədəflərə hava zərbələri endirib. İsrail tərəfi bildirib ki, əməliyyat zamanı Hizbullah terror təşkilatının hərbi infrastrukturu və silahlı qrup üzvləri hədəfə alınıb. Zərbələrin qruplaşmanın fəaliyyətinin qarşısın
15:47 54 Azərbaycanlı model məhkəməni uddu
Model Səmra Hüseynova Türkiyədəki məhkəmə prosesində qalib gəlib. "Yeni Sabah" xəbər verir ki, bu barədə özü "Instagram"da məlumat yayıb. O, Türkiyədə elektronika mağazalarından birinin əməkdaşı ilə dalaşmış və təhqir edildiyini bildirmişdi
22.07.2026 652 Fransada meşə yanğını böyüyür: 12 min nəfər təxliyə edildi
Fransanın qərbində yerləşən Jironde departamentində baş verən güclü meşə yanğını sürətlə genişlənərək 2 min hektar ərazini əhatə edib. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, təhlükənin artması səbəbindən təxminən 12 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Məlumata görə, yanğın Somaux kommunas
15:17 100 Nigar Fərhaddan soraq yoxdur - Baş Prokurorluq və DİN-də bu barədə nə deyirlər?
Müştərilərin şikayətləri ilə diqqət mərkəzinə düşən "Aid-Group" xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad gündüz çıraqla axtarılır. Şirkət artıq fəaliyyətini dayandırdığını bildirib və bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edilib. Elanda fəaliyyətin müvəqqəti dayandırıldığı
22.07.2026 629