Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıbMüharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı tərəfindən Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 653   Tarix: 17 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günəş altında olsanız da D vitamini niyə çatışmır? - HƏKİMDƏN AÇIQLAMA

Günəş işığı D vitamininin əsas mənbəyi hesab olunsa da, bəzi insanlarda uzun müddət açıq havada olmalarına baxmayaraq D vitamini çatışmazlığı aşkarlanır. Bu, günəşə çıxmağın hər kəs üçün eyni nəticəni vermədiyini göstərir. Yaş, dəri tipi, artıq çəki, qaraciyər və böyrəklərin fəaliyyəti, bəzi həzm sistem

22.07.2026 552
.

İsrail ABŞ-İran münaqişəsinə qoşula bilər - Hazırlıqlar başladığı bildirilir

İsrailin ABŞ ilə İran arasında davam edən hərbi qarşıdurmaya qoşulma ehtimalının artdığı bildirilir. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, İsrail rəhbərliyi mümkün eskalasiya ssenarilərini nəzərdən keçirir və ordunun müxtəlif əməliyyat planları üzərində işlədiyi qeyd olunur. Mənbələrə görə, Vaşinqtonu

22.07.2026 407
.

Nigar Kərbəla ziyarətində

Aparıcı Nigar Mahmudova İraqa səfər edib. Axşam.az xəbər verir ki, aparıcı Kərbəla ziyarətində olub. Samarra şəhərində olan Nigar sosial şəbəkədə səfəri ilə bağlı paylaşım edib. O, dini inancları ilə bağlı yazılan suallara da aydınlıq gətirib:. "Düşünməyin ki, qatı şiəyəm. Mən dini məzhəblərə bölmədə

14:40 96
.

Avropa Liqası: "Qarabağ" bu gün ÇSKA ilə qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Bolqarıstanın ÇSKA klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcə

10:20 346
.

Azərbaycanlı model məhkəməni uddu

Model Səmra Hüseynova Türkiyədəki məhkəmə prosesində qalib gəlib. "Yeni Sabah" xəbər verir ki, bu barədə özü "Instagram"da məlumat yayıb. O, Türkiyədə elektronika mağazalarından birinin əməkdaşı ilə dalaşmış və təhqir edildiyini bildirmişdi

22.07.2026 648
.

Arktikada buzların əriməsi yenidən sürətlənib (TƏDQİQAT)

Arktikada dəniz buzlarının əriməsinin son illərdə müşahidə olunan nisbi sabitləşmə dövrü başa çatıb. Yeni tədqiqat göstərib ki, buz örtüyünün sahəsi yenidən sürətlə azalmağa başlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb. Alimlər əvvəllər 2005-2024-cü illərdə Arktikad

22.07.2026 441
.

"Titanik" fəlakətindən 4 gün əvvəl yazılmış məktub tapıldı: Nələrdən bəhs edilir?

İkinci sinif sərnişinin dostuna yazdığı məktub hərraca çıxarılacaq. Məktubun ilkin qiymətləndirməsi 47 min dollar təşkil edir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" yazıb. Henri Prays Hodces "Titanik"ə Sauthemptonda 250643 nömrəli, təxminən 17,5 dollarlıq biletl

22.07.2026 548
.

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətini daha da sərtləşdirmək niyyətindədir. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, üzv ölkələr Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılığ

14:38 82
.

İordaniya ordusu İranın üç raketini vurduğunu bildirib

İordaniya dövlət xəbər agentliyinin verdiyi məlumata görə, İordaniya ordusu son 24 saat ərzində İranın dörd raketi və altı dronunu vurduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bildirilib ki, bu səhər üç raketi vurub, dördüncüsü isə yaşayış olmayan əraziyə düşüb. Həmçinin əlavə edi

12:58 147
.

TOP MP3